qaydası
I. Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan Respublikası Milli
Məclisinin razılığı ilə Azərbaycan Respublikasının Prezidenti təyin edir.
II. Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında təklifi
Azərbaycan Respublikasının Prezidenti onun öz vəzifələrinin icrasına başladığı gündən
bir ay və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə
müddətindən gec olmayaraq Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə
təqdim edir.
III. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Baş
naziri vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən
bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Azərbaycan
Respublikası Prezidentinin təqdim etdiyi namizədlərin Azərbaycan Respublikasının Baş
naziri vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Azərbaycan
Respublikasının Prezidenti Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan
Respublikası Milli Məclisinin razılığı olmadan təyin edə bilər.
M a d d ə 1 1 9 . Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
-
Azərbaycan Respublikası dövlət büdcəsinin layihəsini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim edir;
-
Azərbaycan Respublikası dövlət büdcəsinin icrasını təmin edir;
-
maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir;
-
dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir;
-
dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir;
-
nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların
aktlarını ləğv edir;
-
Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər
məsələləri həll edir.
M a d d ə 1 2 0 . Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları
I. Ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti
qərarlar, başqa məsələlər üzrə sərəncamlar qəbul edir.
II. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarında başqa
qayda nəzərdə tutulmayıbsa, onlar dərc edildiyi gündən qüvvəyə minir.
M a d d ə 1 2 1 . Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlüyünə
Dostları ilə paylaş: |