müəyyən hissəsi faktik işğal olunduqda, xarici dövlət və ya dövlətlər Azərbaycan
Respublikasına müharibə elan etdikdə, Azərbaycan Respublikasına qarşı real silahlı
hücum təhlükəsi yarandıqda, Azərbaycan Respublikasının ərazisi blokadaya alındıqda,
habelə blokada üçün real təhlükə olduqda Azərbaycan Respublikasının bütün
ərazisində və ayrı-ayrı yerlərində hərbi vəziyyət elan edir və bu barədə qəbul etdiyi
fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir.
M a d d ə 1 1 2 . Fövqəladə vəziyyət tətbiq edilməsi
Azərbaycan Respublikasının Prezidenti təbii fəlakətlər, epidemiyalar, epizootiyalar,
böyük ekoloji və başqa qəzalar baş verdikdə, habelə Azərbaycan Respublikasının ərazi
bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə yönəldilən
hərəkətlər edildikdə, zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar yarandıqda,
vətəndaşların həyatı və təhlükəsizliyi yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün
qorxu törədən digər münaqişələr meydana gəldikdə Azərbaycan Respublikasının ayrı-
ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat
müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir.
M a d d ə 1 1 3 . Azərbaycan Respublikası Prezidentinin aktları
I. Ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Prezidenti
fərmanlar, başqa məsələlər barəsində isə sərəncamlar qəbul edir.
II. Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında başqa
qayda nəzərdə tutulmayıbsa, onlar dərc edildiyi gündən qüvvəyə minir.
M a d d ə 1 1 4 . Azərbaycan Respublikası Nazirlər Kabinetinin statusu
I. Azərbaycan Respublikasının Prezidenti icra səlahiyyətlərinin həyata
keçirilməsinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini
yaradır.
II. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası
Prezidentinin yuxarı icra orqanıdır.
III. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının
Prezidentinə tabedir və onun qarşısında cavabdehdir.
IV. Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydasını Azərbaycan
Respublikasının Prezidenti müəyyənləşdirir.
M a d d ə 1 1 5 . Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərkibi
Azərbaycan
Respublikası
Nazirlər
Kabinetinin
tərkibinə
Azərbaycan
Respublikasının Baş naziri, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti
orqanlarının rəhbərləri daxildirlər.
M a d d ə 1 1 6 . Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefası
Yeni seçilmiş Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutduğu və
səlahiyyətlərini icra etməyə başladığı gün Azərbaycan Respublikasının Nazirlər Kabineti
Azərbaycan Respublikası Prezidentinə istefa verir.
M a d d ə 1 1 7 .
Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclasları
Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclaslarına, bir qayda olaraq,
Azərbaycan Respublikasının Baş naziri sədrlik edir.
M a d d ə 1 1 8 . Azərbaycan Respublikası Baş nazirinin təyin edilməsi
Dostları ilə paylaş: