Azərbaycan respublikasinin



Yüklə 495,55 Kb.
Pdf görüntüsü
səhifə23/59
tarix02.01.2022
ölçüsü495,55 Kb.
#40163
1   ...   19   20   21   22   23   24   25   26   ...   59
mh

 

İntizam və cəzalar 

Nizam-intizam qətiyyətlə gözləmlməli, lakin yalnız müəssisədə nəzarətin 

etibarlığını və birgə yaşayış qaydalarına  riayət olunmasını təmin etmək üçün 

zəruri olan məhdudiyyətlər qoyulmalıdır. 

Məhbuslara inzibati qaydada müəssisənin özünə xidmət göstərmək üçün 

işləmək cəzası verilməməlidir. 

Lakin bu qayda sosial, tərbiyəvi, yaxud idman fəaliyyətinin müəyyən 

növlərinə görə  məsuliyyətin yenidəntərbiyə  məqsədilə yaradılan qrupların 

tərkibində  nəzarət altında işləyən məhbusların öz üzərinə qoyulduğu 

özünüidarə sisteminin lazımi surətdə  fəaliyyət göstərməsinə mane 

olmamalıdır. 

Aşağıdakı amillər həmişə qanunla, yaxud səlahiyyətli inzibati hakimiyyət 

orqanlarının sərəncamı ilə müəyyən edilməlidir: 

a) intizamsızlıq hərəkəti olan davranış; 

b) məhbusa verilə biləcək cəza növü və müddəti

c) cəzalandırmaq hüququ olan orqan. 

Cəza yalnız belə qanuna, yaxud sərəncama görə verilə bilər, həm də, heç 

bir məhbus eyni hərəkətə görə təkrar cəzalandırıla bilməz. 

Heç bir məhbusa onun təqsirləndirildiyi hərəkət barəsində ona əvvəlcədən 

xəbər verilmədən və özünə  bəraət qazandırmaq üçün fıkrini açıqlamaq 

imkanı verilmədən cəza verilə bilməz. Səlahiyyətli orqanlar bu qəbildən olan 

hər bir işə diqqətlə baxmalıdır. 

Zəruri və mümkün hallarda məhbusa özünü tərcüməçi vasitəsilə müdafiə 

etmək imkanı verilməlidir. 

Bədən xəsarəti cəzası, qaranlıq kameraya salmaq və qəddar, qeyri-insani, 

yaxud insan ləyaqətini alçaldan cəza növləri intizamsızhq hərəkətlərinə görə 

cəza kimi qadağan olunmalıdır. 

Ciddi həbs, yaxud qidanın azaldılmasını  nəzərdə tutan cəzalar yalnız 

həkim məhbusu müayinədən sonra həmin cəzaya tab gətirə biləcəyini yazılı 

şəkildə təsdiq etdikdən sonra verilə bilər. 

Həkim, cəzalandırılanlara fıziki, yaxud psixi vəziyyəti səbəblərindən 

cəzanın dayandırılmasım, yaxud dəyişdirilməsini zəruri hesab edərsə, bu 

barədə öz fıkrini direktora çatdırmalıdır. 



 

23


Yüklə 495,55 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin