Azərbaycan respublikasinin



Yüklə 495,55 Kb.
Pdf görüntüsü
səhifə20/59
tarix02.01.2022
ölçüsü495,55 Kb.
#40163
1   ...   16   17   18   19   20   21   22   23   ...   59
mh

 

Binalar 

Məhbusların kamera, yaxud otaqlarda gecələdiyi yerlərdə onların hər 

birinin ayrıca kamerası, yaxud otağı olmalıdır. Əgər xüsusi səbəb, məsələn, 

dustaqxananın müvəqqəti olaraq həddindən çox dolu olması üzündən mərkəzi 

həbsxana idarəsi bu qaydanın tətbiqindən imtina etməli olduqda iki 

məhbusun eyni kamerada, yaxud otaqda yerləşdirilməsi mümkündür. 

Ümumi kameralar olan yerlərdə orada yerləşdirilən məhbuslar onların bu 

şəraitdə bir yerdə yaşaya biləcəklərinə  əmin olmaq baxımından diqqətlə 

seçilməlidir. Lakin hər gecə müəssisənin xarakterinə uyğun olaraq daimi 

nəzarət qoyulmalıdır. 

Məhbusların istifadə etdiyi yerlər, xüsusilə yatacaq yerləri bütün 

sanitariya tələblərinə cavab verməli, həm də, belə yerlərin iqlim şəraitinə

kubaturasına, minimal sahəsinə, işıqlandırılmasına, qızdırılmasına, 

ventilyasiyasına lazımi diqqət yetirilməlidir. 

Məhbusların yaşadıqları və işlədikləri yerlərdə: 

a) pəncərələr məhbusların gün işığında oxuması  və  işləməsi üçün 

kifayət edəcək irilikdə olmalı  və elə düzəldilməlidir ki, süni ventilyasiya 

sisteminin olub-olmamasından asılı olmayaraq təmiz havanın gəlməsi təmin 

edilsin. 

b) süni 


işıqlandırma məhbusların görmə qabiliyyətinə xələl gətirmədən 

oxumasına və işləməsinə kifayət etməlidir. 

Sanitar qurğuları hər bir məhbusa təbii ehtiyaclarını, ona lazım olduqda, 

təmizlik və ədəb şəraitində ödəməsinə kifayət etməlidir. 

Hamam qurğularının və duşların sayı hər bir məhbusun hər iqlimə uyğun 

temperaturda çimə bilməsi, yaxud duş qəbul edə bilməsi, bunu etməyə borclu 

olması, bunu ilin fəsli, coğrafi rayon nəzərə alınmaqla, ümumi gigiyena 

şərtlərinin tələb etdiyi qədər tez-tez yəni mülayim iqlimdə, heç olmasa 

həftədə bir dəfə - etməsi üçün kifayət etməlidir. 

Müəssisənin məhbusların müntəzəm istifadə etdikləri bütün hissələri 

həmişə lazımi qaydada ən ciddi təmizlik şəraitində saxlanmalıdır. 


Yüklə 495,55 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin