Azərbaycan respublikasinin


Fiziki məşğələlər və idman



Yüklə 495,55 Kb.
Pdf görüntüsü
səhifə22/59
tarix02.01.2022
ölçüsü495,55 Kb.
#40163
1   ...   18   19   20   21   22   23   24   25   ...   59
mh

Fiziki məşğələlər və idman 

Açıq havada işləməyən məhbusların hava əlverişli olduqda hər gün, heç 

olmasa, bir saat həyətdə münasib fiziki məşğələ etmək hüququ var. 

Azyaşlılara və müvafiq vəziyyətdə olan münasib yaşlı  məhbuslara fiziki 

məşq keçmək və məşğələ zamanı idman oyunu oynamaq imkanı verilməlidir. 

Bunun üçün lazımi meydançalar, qurğular və avadanlıq olmalıdır. 

 

Tibbi xidmət 

Bütün müəssisələrin sərəncamında, heç olmasa, psixiatriya sahəsində 

biliyi olan bir nəfər ixtisaslı tibb işçisi olmalıdır. Tibbi xidmət yerli, yaxud 

dövlət səhiyyə orqanları ilə sıx əlaqədə təşkil edilməlidir. O, psixiatriya 




 

21

diaqnostikası xidmətinin və lazım gəldiyi yerlərdə, psixi cəhətdən normal 



olmayan məhbusların müalicəsini əhatə etməlidir. 

Mütəxəssis xidmətinə ehtiyacı olan xəstə  məhbuslar xüsusi müəssisəyə, 

yaxud adi xəstəxanaya keçirilməlidir. Həbsxana xəstəxanaları  xəstələrə 

lazımi tibbi qulluq göstərilməsi və onların müalicəsi üçün zəruri olan 

avadanlığa, qurğu və dərmanlara, həmçinin kifayət qədər ixtisaslı personala 

malik olmalıdır. 

Hər bir məhbusun ixtisaslı diş  həkiminin xidmətindən istifadə etmək 

imkanı olmalıdır. 

Qadın müəssisələrinin hamilə və zahı qadınlara qulluq etmək üçün xüsusi 

otaqları olmalıdır. Mümkün olan yerlərdə çalışmaq lazımdır ki, doğum 

həbsxanada yox, adi xəstəxanada baş versin. Uşaq həbsxanada doğularsa, bu 

hadisə doğum haqqında şəhadətnamədə göstərilməməlidir. 

Məhbus qadınlara öz körpələrini yanlarında saxlamağa icazə verilən 

yerlərdə uşaqları ana qayğısı görmədiyi vaxtlarda yerləşdirmək üçün ixtisaslı 

personala malik körpələr evi yaradılması nəzərdə tutulmalıdır. 

Hər bir məhbus qəbul edilərkən və sonralar lazım gəldikdə, onun fıziki və 

əqli cəhətdən xəstə olub-olmadığını müəyyən etmək, müvafıq tədbirlər 

görmək, hansısa yoluxucu xəstəliklərə mübtəla olması güman edilə bilən 

xəstələri təcrid etmək, onların yenidən tərbiyəsinə mane ola bilən fiziki

yaxud  əqli naqisliyini üzə  çıxarmaq, onların  əmək qabiliyyətlərini 

müəyyənləşdirmək üçün tibbi müayinədən keçirilməlidir. 

Məhbusların fiziki və peşə sağlamlıqlarının qayğısına həkim qalmalıdır. 

O, hər gün bütün xəstələri, xəstəlikdən  şikayət edənləri və onun xüsusi 

diqqətinin yönəldildiyi hamını ya qəbul etməli, yaxud onların hamısına baş 

çəkməlidir. 

Həkim məhbusun həbsi, yaxud hər hansı dustaqlıq  şəraiti ilə  əlaqədar 

fıziki, yaxud əqli müvazinətinin pozulduğunu və ya pozulmaq qarşısında 

olduğunu hesab etdiyi hər dəfə bu barədə direktora məruzə edir. 

Həkim müntəzəm surətdə inspeksiya keçirməli və direktora aşağıdakı 

məsələlər barədə məruzə etməlidir: 

a) yeməyin miqdarı, keyfiyyəti, hazırlanma və paylanma şəraiti; 

b) müəssisənin və orada saxlanan şəxslərin gigiyenası və təmizliyi; 

c) müəssisənin qızdırılması, sanitariyası, işıqlandırılması 

və 


ventilyasiyası; 

d) məhbusların paltarının və yatacaq ləvazimatının yararlılığı, 

təmizliyi; 

e)  xüsusi personala həvalə edilmədiyi hallarda bədən tərbiyəsi və 

idman işlərinə dair qaydalara riayət edilməsi. 



 

22

Direktor həkimin ona göndərdiyi məruzə və tövsiyələri nəzərə almalı və 



sonuncunun tövsiyələri ilə razıdırsa, onların yerinə yetirilməsi üçün dərhal 

tədbirlər görməlidir; bu tövsiyələr onun səlahiyyət çərçivəsindən kənara 

çıxırsa, yaxud onlarla razı deyilsə, o, dərhal həm öz məruzəsini, həm də 

həkimin tövsiyələrini yuxarı orqanlara təqdim etməlidir. 




Yüklə 495,55 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin