2.1. Ümumtətbiq qaydaları
Əsas prinsip
Aşağıdakı qaydalar qərəzsiz tətbiq edilməlidir. İrq, dərinin rəngi, cins, dil,
dini, siyasi, yaxud digər əqidə, milli, yaxud sosial mənşə, mülki vəziyyət, ailə
mənşəyi, yaxud sosial vəziyyət əlamətlərinə görə ayrı-seçkilik
yolverilməzdir.
Digər tərəfdən, əhalinin bu və ya digər qruplarına mənsub məhbusların
dini etiqadlarına və əxlaqi görüşlərinə hörmət edilməlidir.
Reyestr
Bütün həbsxanalarda səhifələri nömrələnmiş cildli jurnal şəklində reyestr
olmalıdır. Orada hər bir məhbusa aid aşağıdakı məlumatlar qeyd edilməlidir:
a) onun
şəxsiyyətinə dair məlumatlar;
b) həbs edilməsinin səbəbləri və həbs edilməsi barəsində qərar qəbul
etmiş hakimiyyət orqanları;
c) həmin həbsxanaya daxil olduğu və oradan çıxdığı gün və saat.
Heç kəs təfərrüatı qabaqcadan reyestrdə qeyd edilən həbsedilmə barəsində
əsl əmr olmadan dustaqxanaya qəbul edilə bilməz.
Dostları ilə paylaş: |