Azərbaycan respublikasinin


Məhbuslarla beynəlxalq minimal standart davranış qaydaları



Yüklə 495,55 Kb.
Pdf görüntüsü
səhifə17/59
tarix02.01.2022
ölçüsü495,55 Kb.
#40163
1   ...   13   14   15   16   17   18   19   20   ...   59
mh

2. Məhbuslarla beynəlxalq minimal standart davranış qaydaları 

 

Birləşmiş Millətlər Təşkilatının cinayətkarlığın qarşısını almaq və qanun 



pozucuları ilə davranışa dair 1955-ci ildə Cenevrədə keçirilən birinci 

konqresində  qəbul edilmiş  və  İqtisadi və Sosial Şura tərəfindən onun 663 

(XXIV) sayh 31 iyul 1957-ci il və 2076 (XII) saylı 13 may 1977-ci il tarixli 

qətnamələri ilə bəyənilmişdir. 

Aşağıdakı qaydalar nümunəvi həbs cəzası müəssisələri sistemini müfəssəl 

təsvir etmək məqsədi daşımayıb, yalnız müasir fikrin hamı tərəfindən qəbul 

edilmiş nailiyətləri  əsasında və hazırda daha qənaətbəxş olan sistemlərin 

başlıca elementləri nəzərə alınmaqla, adətən məhbuslarla davranış, həbsxana 

müəssisələrinin idarə olunması sahəsində prinsipial və praktik baxımdan 

düzgün sayılanları ifadə etmək üçün təsis edilmişdir. 

Hüquqi, sosial, iqtisadi və coğrafi  şəraitin müxtəlifliyi nəzərə alınmaqla 

aydındır ki, bu qaydaların heç də hamısını  hər yerdə  və eyni vaxtda tətbiq 

etmək olmaz. Bununla belə, bu qaydalar daim onların həyata keçirilməsində 

qarşıya çıxan praktik çətinliklərin aradan qaldırılmasına yönəldilmiş  səylər 

doğurmalıdır. Belə ki, onlar ümumiyyətlə və bütövlükdə Birləşmiş Millətlər 

Təşkilatının məqbul saydığı minimal şərtləri əks etdirir. 

Digər tərəfdən onlar fikrin daim irəli getdiyi fəaliyyət sahəsini  əhatə 

edirlər. Bu qaydalar onlarda əksini tapmış prinsiplərə uyğun və onlarda 

nəzərdə tutulan məqsədlərə nail olunmasına yönəldilmiş  təcrübələrin 

keçirilməsinə  və praktikanın tətbiqinə  əngəl törətmək məqsədi daşımır. 

Qaydalardan bu ruhda kənara çıxmağa yol verilməsi mərkəzi həbsxana 

idarəsi üçün həmişə bəraətverici olacaqdır. 

2.1-ci yarımfəsildə təsbit olunmuş müddəalar cəzaçəkmə müəssisələrinin 

ümumi idarə edilməsinə  və cinayət işi, yaxud mülki iş üzrə  həbsdə 

olmasından və yalnız istintaqda olmasından, yaxud məhkum edilməsindən - 

hakimin təyin edilməsindən-hakimin təyin etdiyi «təhlükəsizlik tədbiri», 

yaxud islah tədbirləri məqsədilə  həbs edilənlər daxil olmaqla - asılı 

olmayaraq, bütün kateqoriyadan olan məhbuslara aiddir. 

2.2-ci yarımfəsildə haqqında hər bölmədə  bəhs edilən xüsusi 

kateqoriyalara tətbiq edilən qaydalar ifadə edilir. Lakin 2.2.1-ci bəndi üzrə 

məhkum edilmiş  məhbuslara aid qaydalar eyni dərəcədə barəsində 

yarımfəsilin digər bəndlərində söhbət gedən kateqoriyalardan olan şəxslərə 

də - bu kateqoriyadan olan şəxslər üçün işlənib hazırlanmış qaydalara zidd 

olmamaq və sonuncuların vəziyyətini yaxşılaşdırmaq şərtilə - aid edilməlidir. 




 

18

Qaydalar azyaşlılar üçün bu cür müəssisələrin - Barstalın müəssisələri, 



yaxud islah evləri kimi - idarə olunmasını nizama salmaq məqsədi daşımır. 

Bununla belə, 2.1-ci yarımfəsil bu müəssisələrə də tətbiq edilə bilər. 

Azyaşlılar kateqoriyasına, heç olmasa, azyaşlı cinayətkarları mühakimə 

etmək səlahiyyətinə malik məhkəmələrə aid olan bütün gənc məhbuslar daxil 

edilməlidir. Bir qayda olaraq, belə  gənc adamlar həbs cəzasına məhkum 

edilməlidir. 

 


Yüklə 495,55 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin