Azərbaycan respublikasinin


Məhkumların əsas vəzifələri



Yüklə 495,55 Kb.
Pdf görüntüsü
səhifə16/59
tarix02.01.2022
ölçüsü495,55 Kb.
#40163
1   ...   12   13   14   15   16   17   18   19   ...   59
mh

Məhkumların əsas vəzifələri 

 

Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə  əsasən, 



dövlət və  cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və  vəzifələrindən 

bilavasitə irəli gələn vəzifələr daşıyır. 

Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına 

əməl etməli, başqa  şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli

qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. 

Oanunu bilməmək məsuliyyətdən azad etmir. 

 

Məhkumlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən 



edilmiş vəzifələr daşıyırlar. Məhkumların əsas vəzifələri aşağıdakılardır: 

 

• Məhkumlar Azərbaycan Respublikasının vətəndaşları üçün 



qanunvericiliklə müəyyən olunmuş vəzifələri yerinə yetirməli və cəmiyyətdə 

qəbul edilmiş müvafiq davranış normalarına  riayət etməlidirlər. 

• Məhkumlar Cəzaların  İcrası  Məcəlləsinin, habelə ona uyğun qəbul 

edilmiş digər normativ hüquqi aktların tələblərinə riayət etməlidirlər. 

• Məhkumlar cəzanı icra edən müəssisə  və ya orqanın işçi heyətinin 

qanuni tələblərini yerinə yetirməlidirlər. 

• Məhkumlar cəzanı icra edən müəssisənin işçi heyətinə və cəzaçəkmə 

müəssisəsinə baş  çəkən  şəxslərə, habelə digər məhkumlara qarşı  nəzakətlə 

davranmalıdırlar. 

 

Məhkumlar üzərinə düşən vəzifələri, habelə cəzanı icra edən müəssisə və 



ya orqanın işçi heyətinin qanuni tələblərini yerinə yetirmədikdə, qanunla 

müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar. 

Məhkumların vəzifələri digər normativ aktlarda da nəzərdə tutula bilər və 

onların icrası məcburudir.    

 



 

17


Yüklə 495,55 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin