Azərbaycan respublikasinin


Təhsil və peşə hazırlığı hüququ



Yüklə 495,55 Kb.
Pdf görüntüsü
səhifə12/59
tarix02.01.2022
ölçüsü495,55 Kb.
#40163
1   ...   8   9   10   11   12   13   14   15   ...   59
mh

Təhsil və peşə hazırlığı hüququ 

 

Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə  əsasən, hər 



bir vətəndaşın təhsil almaq hüququ vardır 

Cəzaçəkmə müəssisələrində  məhkumların ümumi orta təhsili həyata 

keğirilir. Yaşı qırxdan çox olan məhkumlar, birinci və ikinci qrup əlilliyi olan 

məhkumlar ümumi orta təhsilinə öz arzularına  görə cəlb edilirlər. 

Məhkumların ümumi orta təhsili həvəsləndirilir və onların islah edilməsi 

müəyyənləşdirilərkən nəzərə alınır. 




 

13

Əmək qanunvericiliyinə uyğun olaraq ümumi orta təhsil alan məhkumlar 



imtahan vermək üçün işdən azad edilirlər. 

Cəzaçəkmə müəssisələrinin nəzdindəki ümumi orta təhsil müəssisələrinin 

pedaqoji kollektivi tərbiyə  işinin aparılmasında cəzaçəkmə müəssisələrinin 

müdriyyətinə köməklik edir. 

Müəyyən müddətə azadlıqdan məhrum etmə növündə  cəzaya məhkum 

olunmuş  şəxslərin ümumi orta təhsili müvafiq icra hakimiyyəti orqanının 

müəyyən etdiyi qaydada həyata keçirilir. 

Ömürlük azadlıqdan məhrum etmə növündə  cəzaya məhkum olunmuş 

şəxslər ümumi orta təhsilə  cəlb olunmurlar. Onların fərdi qaydada təhsil 

alması üçün cəzanın icrası  və  çəkilməsi qaydasına,  şərtlərinə zidd olmayan 

şərait yaradılır. 

Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə  əsasən, hər 

bir vətəndaşın təhsil almaq hüququ vardır. 

Azərbaycan Respublikası  Cəzaların  İcrası  Məcəlləsinə  əsasən, peşəsi və 

ya ixtisası olmayan məhkumlar üçün cəzaçəkmə müəssisələrində peşə təhsili 

və ya peşə hazırlığı həyata keçirilir. 

Hamilə və ya cəzaçəkmə müəssisələri nəzdindəki uşaq evlərində uşaqları 

olan məhkum qadınlar, altmış yaşından yuxarı kişi və əlli beş yaşından yuxarı 

qadın məhkumlar, birinci və ikinci qrup əlilliyi olan məhkumlar peşə 

təhsilinə və ya peşə hazırlığına öz arzularına  görə cəlb edilirlər. 

Tərbiyə müəssisələrində peşə təhsili və ya peşə hazırlığı məhkumların iş 

günü müddəti ərzində həyata keçirilir. 

Cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar peşə  təhsili üzrə 

imtahan vermək üçün əmək qanunvericiliyində  nəzərdə tutulmuş müddətə 

işdən azad edilirlər. Bu müddət üçün onlara əmək haqqı hesablanmır, lakin 

yemək pulsuz verilir. 

Məntəqə tipli cəzaçekmə müəssisələrində  cəza çəkən məhkumların peşə 

təhsili üzrə imtahan verməsi dövründə onların maddi təminatı 

qanunvericiliklə müəyyən etdilmiş qayda və şərtlərlə həyata keçirilir. 

Məhkumların peşə  təhsili və ya peşə hazırlığı  həvəsləndirilir və onların 

islah edilməsi müəyyən edilərkən nəzərə alınır. 

Peşə  təhsili və ya peşə hazırlığı qanunvericiliklə müəyyən edilmiş 

qaydada həyata keçirilir. 

Ömürlük azadlıqdan məhrum etmə növündə  cəzaya məhkum olunmuş 

şəxslər peşə təhsili və peşə hazırlığına cəlb olunmurlar. 



 

14


Yüklə 495,55 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin