Azərbaycan respublikasinin



Yüklə 495,55 Kb.
Pdf görüntüsü
səhifə10/59
tarix02.01.2022
ölçüsü495,55 Kb.
#40163
1   ...   6   7   8   9   10   11   12   13   ...   59
mh

Dini etiqad azadlığı 

 

Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə  əsasən, hər 



kəsin vicdan azadlığı vardır. 

Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə 

təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad 

etməmək, dini münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ 

vardır. 

Dini mərasimlərin yerinə yetirilməsi ictimai qaydanı pozmursa və ya 

ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir. 

Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır. 

Məhkumların vicdan və dini etiqad azadlığına təminat verilir. Onlar 

istədikləri dinə etiqad etmək və ya etməmək hüququna malikdirlər. 

Məntəqə tipli cəzaçəkmə müəssisələri və xüsusi müəssisələrdə 

məhkumların xahişi ilə onlara cəzanın icra edildiyi yerin inzibati ərazi 

hüdudları daxilində ibadət yerlərinə getməyə icazə yerilə bilər. 

Müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış dini birliklərin din 

xadimləri məhkumların xahişi ilə cəzaçəkmə müəssisələrinə dəvət olunurlar. 

Məhkumlara cəzaçəkmə müəssisələrində dini ayinləri yerinə yetirməyə, dini 

ləvazimat və  ədəbiyyatdan istifadə etməyə icazə verilir. Bu məqsəd üçün 

cəzaçəkmə müəssisəsinin müdriyyəti müvafiq yer ayırır. 

Din xadimlərinin  şəxsi təhlükəsizliyi təmin olunmaqla, onlar xüsusi 

rejimli cəzaçəkmə müəssisələrinin birnəfərlik kameralarında, intizam və 

cərimə  təcridxanalarında, kamera tipli otaqlarda saxlanılan məhkumların 

yanına buraxıla bilərlər. 




 

12

Ağır xəstəliyi ilə  əlaqədar həyatı üçün təhlükə yaranan nıəhkumların 



xahişi ilə din xadimləri zəruri dini ayinləri yerinə yetirmək üçün cəzaçəkmə 

müəssisələrinə dəvət oluna bilərlər. 

 


Yüklə 495,55 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin