Azərbaycan respublikasinin


Pensiya və ya sosial müavinət almaq hüququ



Yüklə 495,55 Kb.
Pdf görüntüsü
səhifə6/59
tarix02.01.2022
ölçüsü495,55 Kb.
#40163
1   2   3   4   5   6   7   8   9   ...   59
mh

Pensiya və ya sosial müavinət almaq hüququ 

 

Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə  əsasən, hər 



kəsin sosial təminat hüququ vardır. 


 

9

Hər kəs qanunla müəyyən edilmiş yaş  həddinə çatdıqda, xəstəliyinə, 



əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə 

və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 

Bu konstitusion hüquqlar məhkumlara da aiddir. 

Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən 

edilir. 

Müəyyən müddətə azadlıqdan məhrum etmə  və ömürlük azadlıqdan 

məhrum etmə növündə  cəzaya məhkum olunmuş  və  işləyən  şəxslər dövlət 

məcburi sığortalanmasına cəlb edilir, qadın məhkumlar isə bundan əlavə 

ümumi əsaslarla hamiləliyə və ya doğuşa görə müavinətlə təmin olunurlar. 

Müəyyən müddətə azadlıqdan məhrum etmə  və ömürlük azadlıqdan 

məhrum etmə növündə  cəzaya məhkum olunmuş  şəxslər ümimi əsaslarla 

qanunvericilikdə  nəzərdə tutulmuş hallarda pensiya təminatı hüququna 

malikdirlər. 

Məhkumların pensiyalarından qanunvericiliklə müəyyən edilmiş əsaslarla 

və miqdarda tutmalar aparılır. 

Cəzaçəkmə müəssisələrində  və  həbsxanalarda məhkumların  şəxsi 

hesabına, bütün tutulmalı  məbləğlərdən asılı olmayaraq onlara hesablanmış 

aylıq  əmək haqqının, pensiyanın və digər gəlirlərin  ən azı iyirmi beş faizi

altmış yaşından yuxarı kişi,  əlli beş yaşından yuxarı qadın məhkumların, 

birinci və ikinci qrup əlilliyi olan məhkumların, yetkinlik yaşına 

çatmayanların və ya hamilə, cəzaçəkmə müəssisələri nəzdindəki uşaq 

evlərində  uşaqları olan məhkum qadınların  şəxsi hesabına isə aylıq  əmək 

haqqının, pensiyanın və digər gəlirlərin ən azı əlli faizi keçirilir. 

 


Yüklə 495,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin