Azərbaycan respublikasinin



Yüklə 495,55 Kb.
Pdf görüntüsü
səhifə5/59
tarix02.01.2022
ölçüsü495,55 Kb.
#40163
1   2   3   4   5   6   7   8   9   ...   59
mh

İstirahət etmək hüququ 

 

Azərbaycan Respublikası Konstitusiyasının 37-ci maddəsinə  əsasən, hər 



kəsin, o cümlədən məhkumların istirahət hüququ vardır. 

Məhkumların iş vaxtının müddəti,  əməyin mühafizəsi və istehsalat 

sanitariya qaydaları əmək qanunvericiliyinə uyğun olaraq müəyyən edilir. 

Məhkumlara istirahət günləri verilir və onlar əmək qanunvericiliyində 

nəzərdə tutulmuş qaydada bayram günlərində işdən azad edilirlər. 

Məhkumların ödənişli  əməyə  cəlb edildikləri vaxt ümumi əmək stajına 

daxil edilir. Əmək stajının hesablanması  təqvim ilinin yekununa əsasən

cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən aparılır. Ardıcıl olaraq əmək 

vəzifələrini yerinə yetirməyən, yaxud digər hallarda işdən boyun qaçıran 

məhkumların müvafiq dövrdəki iş vaxtları  cəzaçəkmə müəssisəsinin 

müdiriyyətinin təqdimatına  əsasən məhkəmənin qərarı ilə onların ümumi 

əmək stajından çıxarıla bilər. 

Əmək fəaliyyəti ilə  məşğul olan məhkumlar hər il əmək qanunvericiliyi 

ilə müəyyən edilmiş ödənişli məzuniyyətdən istifadə hüququna malikdirlər. 

Məzuniyyətdən istifadə zamanı  cəzaçəkmə müəssisələrinin hüdudlarından 

kənara qısa müddətli səfər etmək qaydası qanunvericiliklə müəyyən edilir. 

Məhkum qadınlar hamiləliyə  və doğuşa görə qanunvericilikdə müəyyən 

edilmiş müddətə işdən azad edilirlər. 

İş normalarını artıqlaması ilə yerinə yetirən və ya müəyyən edilmiş 

tapşırıqları nümunəvi yerinə yetirən məhkumlara  əmək qanunvericiliyində 

nəzərdə tutulmuş əlavə məzuniyyət verilə bilər. 

Məhkumlar  əmək qanunvericiliyinə uyğun olaraq əməyin ödənilməsi 

hüququna malikdir. 

 


Yüklə 495,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin