Azərbaycan respublikasinin


Məhkumların müraciət etmək hüququ



Yüklə 495,55 Kb.
Pdf görüntüsü
səhifə14/59
tarix02.01.2022
ölçüsü495,55 Kb.
#40163
1   ...   10   11   12   13   14   15   16   17   ...   59
mh

 

Məhkumların müraciət etmək hüququ 

 

Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə  əsasən, 



Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət 

etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. 

Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətdə yazılı 

cavab verilməlidir. 

Azərbaycan Respublikası  vətəndaşlarının dövlət orqanlarının və onların 

vəzifəli  şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər 

ictimai birliklərin, habelə ayrı-ayrı  vətəndaşların fəaliyyetini və  işini tənqid 

etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid 

sayıla bilməz. 

Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə  əsasən, 

məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində  çıxarılmış hökmə 

qanunla nəzərdə tutulan qaydada yuxarı  məhkəmədə yenidən baxılması, 

habelə özünün əfv edilməsi və cəzanın yüngülləşdirilməsi haqqında müraciət 

etmək hüququ vardır. 

Məhkumlar cəzanın çəkilməsinin təxirə salınması  və ya onun ləğv 

edilməsi, xəstəliyə görə cəzanı çəkməkdən azad edilməsi, ittiham 




 

15

hökmünün icrası müddəti ilə  əlaqədar cəza çəkməkdən azad edilməsi, 



cəzadan  şərti olaraq vaxtından  əvvəl azad edilməsi, cəzanın çəkilməmiş 

hissəsinin daha yüngül cəza ilə  əvəz edilməsi, cəzaçəkmə müəssisəsinin 

növünün dəyişdirilməsi, amnistiyanın tətbiq edilməsi, müalicə müəssisəsində 

saxlanma vaxtının cəzaçəkmə vaxtına daxil edilməsi, məhkumluğun 

vaxtından əvvəl götürülməsi üçün ərizə ilə məhkəməyə, əfv edilmək üçün isə 

Azərbaycan Respublikasının Prezidentinə bilavasitə  və ya qanuni 

nümayəndələrinin vasitəsilə, habelə yetkinlik yaşına çatmayan və ya fiziki 

qüsurlardan, yaxud psixi xəstəlikdən  əzab çəkən məhkumlar barəsində isə 

onların müdafiəçilərinin və qanuni nümayəndələrinin vasitəsilə müraciət 

etmək hüququ vardır. 

Qanunla məhkumların təklif,  ərizə  və  şikayətləri yazılı  və  şifahi verilə 

bilər. 


Azadlıqdan məhrum edilmiş  şəxslərin qanunla müəyyən olunmuş 

təşkilatlara ünvanlanmış təklif, ərizə və şikayətləri cəzaçəkmə müəssisəsinin 

müdiriyyəti tərəfındən göndərilir. 

Digər cəza növlərinə məhkum edilmiş şəxslər təklif, ərizə və şikayətlərini 

sərbəst göndərirlər. 

Məhkumların cəzanı icra edən müəssisə və ya orqanın vəzifəli şəxslərinin 

qərar və  hərəkətlərinə dair təklif,  ərizə,  şikayətləri həmin qərarların, 

hərəkətlərin icrasını dayandırmır. 

Məhkumların təklif,  ərizə  və  şikayət göndərdiyi orqan və ya vəzifəli 

şəxslər onlara qanunvericiliklə müəyyən edilmiş müddətdə baxmalı, nəticəsi 

barədə məhkuma yazılı məlumat verməlidirlər. 

Cəzanı icra edən müəssisə  və ya orqanın vəzifəli  şəxsləri məhkumları 

müəyyən edilmiş, onlara bildirilmiş günlərdə, saatlarda qəbul edir. 

Cəzaçəkmə müəssisələrinin fəaliyyətinə nəzarəti həyata keçirən orqanlara 

və Azərbaycan Respublikasının  İnsan Hüquqları üzrə Müvəkkilinə 

(Ombudsmana) ünvanlanmış təklif, ərizə və şikayətlər senzuradan keçirilmir, 

bir gündən gec olmayaraq (istirahət və bayram günləri istisna olmaqla) 

aidiyyəti üzrə göndərilir. 




Yüklə 495,55 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin