Azərbaycan respublikasinin


Məhkumların tibbi-sanitariya təminatı hüququ



Yüklə 495,55 Kb.
Pdf görüntüsü
səhifə7/59
tarix02.01.2022
ölçüsü495,55 Kb.
#40163
1   2   3   4   5   6   7   8   9   10   ...   59
mh

Məhkumların tibbi-sanitariya təminatı hüququ 

 

Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsinə  əsasən, hər 



kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. 

İnsanların həyatı  və sağlamlığı üçün təhlükə törədən faktları  və halları 

gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər. 

Məhkumların da sağlamlıq hüququnun təmin olunması milli 

qanunvericilik və beynəlxalq sənədlərdə təsbit olunmuşdur. 

Cəzaçəkmə müəssisələrində müalicə-profılaktika, sanitariya-profılaktika 

və sanitariya-epidemiologoya işi qanunvericiliyə, habelə  cəzanın icrası 

qaydasına və şərtlərinə uyğun təşkil edilir və həyata keçirilir. 

Cəzaçəkmə müəssisələrində  məhkumlara tibbi xidmət göstərmək üçün 

tibb-sanitariya hissələri, həmçinin yoluxucu xəstələrin, alkoqolizm və 




 

10

narkomaniyaya düçar olanların, insan immunçatışmazlığı virusu (QİÇS) ilə 



yoluxmuş  xəstələrin ambulator müalicəsi və saxlanılması üçün müalicə 

müəssisələri təşkil edilir. 

Cəzaçəkmə müəssisələrinin müdiriyyəti məhkumların ümumi və  şəxsi 

sanitariya-gigiyena tələblərinə əməl etmələrini təmin edir. 

Yemək qəbul etməkdən imtina edən və bununla əlaqədar həyatı üçün 

təhlükə yaranan məhkumların tibbi rəyə  əsasən məcburi qaydada 

qidalandırılmasına yol verilir. 

Cəzaçəkmə müəssisələrində  məhkumlara tibbi xidmət göstərilməsi, 

sanitar nəzarətinin təşkili və  həyata keçirilməsi, müəssisədən kənar tibb 

müəssisələrindən istifadə, bu məqsədlə onlara tibb işçilərinin cəlb edilməsi 

qaydası normativ hüquqi aktlarla müəyyən edilir. 

Cəzaçəkmə müəssisələrində məhkumlar tibbi məsləhət və müalicə almaq 

üçün pullu xidmət göstərən tibb müəssisələrinə müraciət etmək hüququna 

malikdirlər. Bu növ xidmətlərin, dərmanların ödəniş haqqı  məhkum və ya 

onun qohumları  tərəfindən həyata keçirilir. Belə hallarda tibbi məsləhətin 

verilməsi və müalicənin aparılması  cəzaçəkmə müəssisəsinin tibb-sanitariya 

hissəsində, həmin hissənin işçilərinin müşahidəsi altında həyata keçirilir. 

 


Yüklə 495,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin