Azərbaycan respublikasinin


İctimai faydalı əməklə məşğul olmaq hüququ



Yüklə 495,55 Kb.
Pdf görüntüsü
səhifə4/59
tarix02.01.2022
ölçüsü495,55 Kb.
#40163
1   2   3   4   5   6   7   8   9   ...   59
mh

İctimai faydalı əməklə məşğul olmaq hüququ 

 

Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə  əsasən, hər 



kəsin əməyə olan qabiliyyəti  əsasında sərbəst surətdə özünə  fəaliyyət növü, 

peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Bu hüquq məhkumlara da 

aiddir. 

Hər bir məhkum cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən 

müəyyən edilmiş yerdə və işlərdə əmək fəaliyyəti ilə məşğul olmalıdır. 

Cəzaçəkmə müəssisəsinin müdiriyyəti məhkumların cinsini, yaşını, əmək 

qabiliyyətini, sağlamlığını, imkan daxilində ixtisaslarını nəzərə alaraq, onları 

faydalı  əməyə  cəlb etməlidirlər. Məhkumlar bir qayda olaraq, cəzaçəkmə 

müəssisələrinin istehsalat sahələrində  və  cəzaçəkmə müəssisələrindən kənar 

digər istehsalat obyektlərində müəyyən olunmuş qaydada mühafizə, təcrid 

olunmaqla əməyə cəlb olunurlar. 

Məhkumlar cəzaçəkmə müəssisəsində müdriyyətin icazəsi ilə  fərdi 

əməklə məşğul ola bilərlər. 

Altmış yaşından yuxarı kişi, əlli beş yaşından yuxarı qadın məhkumlara, 

birinci və ikinci qrup əlilliyi olan məhkumlara, hamiləliyi dörd aydan çox 

olan və ya cəzaçəkmə müəssisələri nəzdindəki uşaq evlərində  üşaqları olan 

qadın məhkumlara könüllülük əsasında işləməyə icazə verilir. 

Yetkinlik yaşına çatmayan məhkumlar əmək qanunvericiliyinə uyğun işə 

cəlb edilirlər. 

Həbsxanada cəza çəkən məhkumların  əməyi ancaq həbsxana  ərazisində 

təşkil olunur. 



 

8

Məhkumların  əməyindən istifadə edilməsi, qadağan olunan işlərin və 



vəzifələrin siyahısı  cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə 

müəyyən edilir. 

Məhkumlara  əmək mübahisələrinin həlli üçün əmək fəaliyyətini 

dayandırmaq və tətil etmək qadağan edilir. 

 


Yüklə 495,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin