Azərbaycan respublikasinin



Yüklə 495,55 Kb.
Pdf görüntüsü
səhifə49/59
tarix02.01.2022
ölçüsü495,55 Kb.
#40163
1   ...   45   46   47   48   49   50   51   52   ...   59
mh

 

Xarici aləmlə əlaqə 

Məhbuslara öz ailələri və azadlıqdan məhrum etmə yerində saxlanma 

tələbləri, təhlükəsizliyin və nizam-intizamın gözlənilməsi  şərti ilə müxtəlif 

təşkilatların nümayəndələri ilə  əlaqə saxlamağa, imkan daxilində  həmin 

şəxslərlə tez-tez görüşməyə icazə verilir. 

Xarici aləmlə  əlaqəyə kömək üçün bu qaydaların 4-cü hissəsində qeyd 

olunduğu kimi, islah təsirinin məqsədlərinə uyğun olaraq azadlıdan məhrum 

etmə yerlərindən məzuniyyətlər sistemi mövcud olmalıdır. 

Əcnəbi məhbuslara mənsub olduqları ölkələrin diplomatik və konsulluq 

nümayəndəliklərinə müraciət hüququnun olması barədə yubadılmadan 

məlumat verilir, bundan ötrü onlara imkan daxilində lazım olan vasitələrdən 

istifadə etmək üçün şərait yaradılır. Azadlıqdan məhrum etmə yerinin 

müdiriyyəti həbsdə olan əcnəbilərin mənafelərini, xüsusi ehtiyaclarını nəzərə 

alaraq, yuxarıda qeyd olunan nümayəndəliklərlə sıx əlaqə saxlayır. 

Əcnəbi məhbusların bu ölkədə diplomatik və ya konsulluq 

nümayəndəlikləri olmadıqda, həmçinin qağqmlara və  vətəndaşlığı olmayan 

şəxslərə onların mənafelərini təmsil edən dövlətlərin nümayəndəliklərinə və 

ya həmin  şəxslərin maraqlarını müdafiə etmək hüququ olan milli və ya 

beynəlxalq orqanın nümayəndələrinə müraciət etmək üçün eyni imkan 

yaradılır. 

Məhbuslar qəzetlərdən, dövrü və digər nəşrlərdən, radio və televiziya 

verilişlərindən, mühazirələrdən və ya oxşar mənbələrdən müdiriyyətin 

razılığı  və  nəzarəti altında yeniliklər barədə müntəzəm olaraq məlumat ala 

bilərlər. Dil ilə əlaqədar çətinlik çəkən xarici vətəndaşların tələbatını ödəmək 

üçün xüsusi tədbirlər həyata keçirilməlidir. 

 


Yüklə 495,55 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin