Azərbaycan respublikasinin



Yüklə 495,55 Kb.
Pdf görüntüsü
səhifə57/59
tarix02.01.2022
ölçüsü495,55 Kb.
#40163
1   ...   51   52   53   54   55   56   57   58   59
mh

Azad edilməyə hazırlıq 

Bütün məhbuslar azadlığa çıxdıqdan sonra onların cəmiyyətə 

qayıtmalarına, ailələrini bərpa etməyə, iş tapmağa kömək edən vasitələrdən 

istifadə etmək imkanına malik olmalıdır. Bu məqsədlə müxtəlif prosedurlar 

işlənib hazırlanır və xüsusi kurslar təşkil edilir. 

Uzun müddətə azadlıqdan məhrum edilən məhbuslara gəldikdə, onları 

cəmiyyətdəki həyata qayıtmağa tədricən hazırlamaq təmin olunmalıdır. Bu 

məqsədə nail olmağa həmin və digər azadlıqdan məhrum etmə yerlərində 

tətbiq edilən azadlığa buraxılışa hazırlıq proqramı və ya cəmiyyətin səmərəli 

köməyinə arxalanan, bu və ya digər formada nəzarət altında  şərti azad 

olunma kömək edə bilər. 




 

54

Penitensiar müdiriyyət fəaliyətini məhbuslara cəmiyyətdə öz yerini bərpa 



etməyə, xüsusilə ailə  həyatına qayıtmağa, işlə  təmin olunmağa kömək edən 

sosial xidmətlər, ictimai təşkilatlarla sıx əlaqədə həyata keçirməlidir. 

Zərurət olduqda, azad edilən məhbusları müvafıq sənəd və  şəxsiyyəti 

təsdiq edən vəsiqə ilə təmin etmək, onlara yaşayış və iş yeri tapmaqda kömək 

məqsədilə  tədbirlər görülür. Onlar həmçinin azad olunduqda, bilavasitə ilin 

fəslinə  və hava şəraitinə uyğun paltarla, gedəcəkləri yerə çatmaqdan ötrü 

kifayət qədər məbləğdə pul ilə təmin olunurlar. 

Sosial xidmətlərin və ictimai təşkilatların səlahiyyətli nümayəndələri 

məhbusları azadlığa buraxılmağa hazırlamaq və onların gələcək 

reabilitasiyası üçün azadlıqdan məhrum etmə yerlərinə getmək, məhbuslarla 

görüşmək imkanma malik olmalıdırlar. 

 


Yüklə 495,55 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin