Azərbaycan respublikasinin


Azadlıqdan məhrum etmə yerlərində saxlanmanın məqsədləri və



Yüklə 495,55 Kb.
Pdf görüntüsü
səhifə54/59
tarix02.01.2022
ölçüsü495,55 Kb.
#40163
1   ...   51   52   53   54   55   56   57   58   59
mh

3.4. Azadlıqdan məhrum etmə yerlərində saxlanmanın məqsədləri və 

rejimlər 

İnsanı azadlıqdan məhrum etməklə  həbsxanaya salınma artıq özü-

özlüyündə cəzadır. Buna görə də təcrid etmə və intizamı qoruyub saxlamaq 

halları istisna olmaqla, azadlıqdan məhrum etmə yerlərində saxlanma şəraiti, 

rejimi məhbusların iztirablarını artırmamalıdır. 

Bütün səylər göstərilməlidir ki, azadlıqdan məhrum etmə yerlərində tətbiq 

edilən rejimlər elə təyin edilsin, həyata keçirilsin ki: 

a) cəmiyyətdə  qəbul edilmiş normalara və insan ləyaqətinə uyğun 

şərait təmin olunsun; 

b) məhbus özünə hörməti və şəxsi məsuliyyətini itirməsin deyə, məh-

busluğun mənfi nəticələri və  məhbusun azadlıqdakı  həyatla fərqi minimum 

həddə çatdırılsın; 

c) məhbusların və onların ailələrinin mənafeyi naminə qohumlarla və 

ictimaiyyətlə əlaqə saxlanılsın, bu əlaqələr möhkəmləndirilsin; 

ç) azadlıqdakı həyata uğurla daxil olmağa kömək edən vərdiş və meylləri 

inkişaf etdirməkdən ötrü məhbuslara imkan yaradılsın. 

Bu məqsədlə  məhbuslara fərdi islah təsiri göstərməkdən ötrü tərbiyə-

islah, təhsil, mənəvi, dini və digər vasitələr, onlardan istifadə etmək imkanı 

ohnahdır. Buna görə də tətbiq edilən rejimlərə aşağıdakılar daxil edilməlidir: 

a) dini 


dayaq 

və kömək, həmçinin texniki peşə, ümumtəhsil və 

peşəyönümü hazırlığı, idmanla məşğul olmaq və sosial verdişləri inkişaf 

etdirmək və uyğun gələn iş üçün imkan yaradılması; məsləhətlər verilməsi, 

qrup halında tədbirlər təşkil edilməsi və asudə vaxtın verilməsi; 

b) məhbusların xarici aləmlə 

əlaqələrini imkan daxilində 

genişləndirməyə  və onların azadlığa çıxdıqdan sonra sosial uyğunlaşmasını 

yüngülləşdirməyə imkan yaradan fəaliyyəti təmin edən tədbirlərin təşkili; 

c) müvafiq 

işçi heyətlə  və o cümlədən, barələrində söhbət gedən 

məhbuşlarla  ətraflı  məsləhətləşmələrdən sonra fərdi islahetmə  təhsil 

proqramlarının hazırlanması və onların dəyişdirilməsi prosedurları; 

ç)  islah rejimlərinin və proqramlarının effektiv və müvəffəqiyyətlə 

həyata keçirilməsi naminə  işçi heyəti və  məhbuslar arasında müsbət 

münasibətlərin yaranmasına kömək edən  əlavə sistemləri və  rəhbərlik 

üsulları. 

Bu məqsədlərə çatmaqdan ötrü məhbuslara göstərilən islah təsirini 

fərdiləşdirmək lazımdır. Bunun üçün məhbusları müxtəlif cəzaçəkmə 



 

50

müəssisələrinə  və yaxud onların bölmələrinə çevik surətdə bölüşdürmək 



sistemi yaratmaq lazımdır ki, hər bir məhbus üçün müvafiq islah təsiri və 

təhsil nəzərdə tutulsun. 

Bu müəssisələrin və onların bölmələrinin tipi, ölçüləri, təşkili, imkanları 

başlıca olaraq tətbiq edilən islah təsirinin, təhsilin xarakteri ilə təyin olunur. 

Məhbusları yerləşdirərkən təhlükəsizlik və  nəzarət tələblərini nəzərə 

almaq lazımdır. Lakin görülən tədbirlər zəruri təhlükəsizliyi təmin edən və 

məhbusların fərdi tələbatını  nəzərə alan minimum həddi aşmamalıdır. 

Məhbusların açıq tipli müəssisələrə göndərilməsinə və ya onlara xarici aləmlə 

geniş  əlaqə yaratmağa imkan verilməsinə nail olmaq lazımdır. Xarici 

vətəndaşların azadlıqdan məhrum etmə yerlərindən kənarda olan öz 

həmvətənləri ilə əlaqə saxlaması xüsusi ilə vacibdir. 

Müəyyən müddətdə azadlıqdan məhrum olunmuş  hər bir məhbus qəbul 

edildikdən və onun şəxsiyyəti öyrənildikdən sonra mümkün qədər qısa 

vaxtda,  əsasən onun fərdi tələbatı, bacarığı, mənəvi vəziyyəti, qohumlarına  

yaxınlığı xüsusiyyətlərini nəzərə alan saxlanma proqramı hazırlanır. 

Tətbiq olunan rejimlər çərçivəsində məsuliyyət hissinin, təşəbbüskarlığın 

inkişafı və özlərinin islah olunmasına maraq yaratmaq məqsədilə məhbuslara 

müəssisənin fəaliyyətində iştirak etmək imkanı yaradılır. 

Məhbuslarla əməkdaşlıq etməyin və onların özlərinin islah olunmalarında 

iştirakı üsullarını təkmilləşdirməyi həvəsləndirmək vacibdir. Bu məqsədlə bu 

qaydaların 34-cü maddəsi çərçivəsində, məhbuslarda saxlandıqları 

müəssisənin müəyyən sahələrində məsuliyyəti öz üzərlərinə götürmək həvəsi 

yaratmaq lazımdır. 

Məhbusların azadlığa buraxılması ilə  əlaqədar hazırliq işlərinə onların 

azadlıqdan məhrum etmə yerinə  gəldiklərindən sonra mümkün qədər tez 

başlamaq lazımdır. Bu o deməkdir ki, məhbuslarla davranış  və onların 

saxlanılması elə olmalıdır ki, onlar özlərini cəmiyyətdən təcrid olunmuş 

hesab etməsinlər, əksinə, onun bir hissəsi olduğunu hiss etsinlər. Buna görə 

də, ictimai təşkilatları  və sosial əməkdaşları azadlıqdan məhrum etmə 

yerlərində  məhbusların sosial reabilitasiyası  işində  işçi heyətinə köməklik 

göstərməyə, xüsusi ilə  məhbusun öz ailəsi və digər  şəxslərlə, ictimai təşk-

ilatlarla əlaqə saxlamasına, bu münasibətləri yaxşılaşdırmağa yardım etməyə 

cəlb etmək lazımdır. Qanunla təyin olunmuş  cəza çərçivəsində  məhbusların 

vətəndaşlıq, sosial təminat və digər sosial hüquqlarının müdafiəsi üçün zəruri 

tədbirlər görülməlidir. 



 

51

İslah təsiri proqramları  həmçinin azadlıqdan məhrum etmə yerlərindən 



tibbi, təhsil, peşə, ailə  və digər sosial xarakterli məsələlərlə  əlaqədar 

məzuniyyət verilməsi şərtlərini də nəzərdə tutmalıdır. 

Əcnəbilər, ancaq onların vətəndaşlıqları  səbəbindən azadlıqdan məhrum 

etmə yerlərindən qısa müddətə  kənara çıxmaq imkanından məhrum 

edilməməlidirlər. Bununla yanaşı, təcrid olunma hisslərini azaltmaq üçün 

rejimin nəzərdə tutduğu fəaliyyətdə onların hamı ilə birlikdə iştirakı üçün hər 

şey edilməlidir. 

Azadlıqdan məhrum etmə yerlərində  əməyə islah təsirinin, peşə 

hazırlığının və inzibati idarəetmənin müsbət elementi kimi baxılır. 

Həkimlərin rəyi ilə, əgər məhbusların fiziki və psixi sağlamlıqları imkan 

verirsə, onları əməyə cəlb etmək olar. 

Normal iş günü ərzində məhbuslara kifayət həcmdə ictimai faydalı iş və 

ya əgər məqsədəuyğundursa, digər fəaliyyət növü ilə məşğul olmaqları üçün 

imkan yaradılır. 

Məhbuslara təqdim olunan iş onlara azadlığa çıxdıqdan sonra normal 

qazanc  əldə etmək qabiliyyətini saxlamağa və yaxşılaşdırmağa imkan 

yaratmalıdır. 

Məhbuslara, xüsusi ilə  gələcəkdə lazım ola bilən faydalı peşələrə 

yiyələnməkdən ötrü peşə təhsili almaq imkanı verilir. 

Müdiriyyətin və intizamın tələbləri,  şüurlu peşə seçimi çərçivəsində 

məhbuslara öz arzularına  uyğun məşğuliyyət növü seçmək imkanı verilir. 

Azadlıqdan məhrum etmə yerlərində  əməyin təşkili və üsulları imkan 

daxilində elə ohnahdır ki, azadlıqda tətbiq olunan iş şərtlərinə uyğun olsun və 

məhbuslara azadlıqdakı əmək şəraitinə hazırlamaq mümkün olsun. Belə əmək 

qüvvədə olan normalara və texniki tələblərə uyğun olmalı  və müasir 

idarəetmə və istehsalat prosesləri çərçivəsində həyata keçirilməlidir. 

Məhbusların  əməyindən maliyyə  gəliri almaq cəhdi keyfiyyətin 

yüksəlməsinə  və yaxşılaşmasına, həmçinin peşə hazırlığının səviyyəsinə 

müsbət təsir göstərsə  də, məhbusların mənafeləri və onlara göstərilən islah 

təsiri bu məqsədə tabe edilməməlidir. 

 


Yüklə 495,55 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin