Azərbaycan respublikasinin


Penitensiar müdiriyyət məhbusları işlə təmin edir



Yüklə 495,55 Kb.
Pdf görüntüsü
səhifə55/59
tarix02.01.2022
ölçüsü495,55 Kb.
#40163
1   ...   51   52   53   54   55   56   57   58   59
mh

Penitensiar müdiriyyət məhbusları işlə təmin edir: 

a) cəzaçəkmə yerlərindəki emalatxanalarda və ya kənd təsərrüfatı 

müəssisələrində; 

b)  şəxsi icarədarların köməyi ilə azadlıqdan məhrum etmə yerlərinin 

ərazisində  və ya oradan kənarda; bu hallarda iş  təqdim edən  şəxslər onlar 

üçün işləyən məhbuslara adi əmək haqqı verir, bu zaman onların istehsal 

normaları nəzərə alınır. 



 

52

Məhbusların  əməyinin və sağlamlığının qorunması  tədbirləri azadlıqda 



olan insanlar üçün tətbiq olunanlara uyğun olmalıdır. 

Peşə  xəstəlikləri də daxil olmaqla, istehsalatda xəsarət alma hallarında 

məhbusların dəymiş ziyanın əvəzini almaq hüquqları azadlıqda insanlar üçün 

nəzərdə tutulanlarla eyni olaraq qanunda öz əksini tapmalıdır. 

Məhbusların iş gününün və  iş  həftəsinin maksimal müddəti azadlıqda 

insanlara şamil edilən yerli qayda və normalara uyğun olaraq təyin edilir. 

Məhbuslara həftədə ən azı bir azad gün və kifayət qədər asudə vaxt verilir 

ki, onlar islah təsiri proqramlarında nəzərdə tutulduğu kimi təhsillə və digər 

işlərlə  məşğul ola bilsinlər və  gələcəkdə azad həyata daxil olmağa 

hazırlaşsınlar. 

Məhbusların əməyinin ədalətli ödənilməsi sistemi mövcud olmalıdır. 

Bu sistemə uyğun olaraq məhbuslara qazanclarının ən azı bir hissəsindən 

şəxsi istifadə üçün icazə verilən əşyalar almağa və əmək haqqının müəyyən 

hissəsini ailəsinin ehtiyacları  və izin verilən başqa məqsədlər üçün 

xərcləməyə icazə verilir. 

Bu sistem müdiriyyət tərəfindən məhbusun qazancının onun şəxsi 

hesabına keçirilməsini və azad olunarkən ona təqdim olunmasını  nəzərdə 

tutur. 


 

Təhsil 

Hər bir azadlıqdan məhrum etmə yerində  məhbusların özlərinin az da 

olsa, maraq və tələbatlarının bir hissəsini ödəməyə imkan verən ətraflı təlim 

proqramı hazırlanır və  həyata keçirilir. Belə proqramların məqsədi - uğurlu 

sosial reabilitasiya imkanlarını yaxşılaşdırmaq, onlarda ruh yüksəkliyini 

saxlamaq, ətrafdakılara münasibəti yaxşılaşdırmaq və özlərinə hörmət hissini 

yüksəltmək olmalıdır. 

Təhsilə penitensiar rejim çərçivəsində  əmək statuslu və  əsasən haqqı 

ödənilən fəaliyyət kimi baxılmalıdır, bu şərtlə ki, o adi iş günü ərzində yerinə 

yetirilir, təsdiqlənmiş fərdi islah etmə proqramına daxildir. 

Penitensiar müdiriyyət gənc məhbusların, spesifik-mədəni və ya etnik 

tələbatı olan xarici mənşəli məhbusların təhsilinə, tərbiyəsinə xüsusi diqqət 

yetirməlidir. 

Xüsusi problemlərlə rastlaşan, misal üçün, oxumağı  və saymağı 

bacarmayan məhbusların təhsilindəki qüsurları aradan qaldırmaq üçün fərqli 

proqramlar tərtib etmək vacibdir. 

İmkan daxilində məhbusların təhsili: 

a) onların azadlığa çıxdıqdan sonra öz təhsillərini asanlıqla davam 

etdirmələrindən ötrü dövlət təhsil sistemi ilə inteqrasiyada olmalıdır. 



 

53

b) azadlıqdan məhrum etmə yerlərindən kənarda olan təhsil 



müəssisələrində həyata keçirilməlidir. 

Hər bir azadlıqdan məhrum etmə yerində bütün məhbus qrupları üçün 

nəzərdə tutulan, bədii  ədəbiyyat və  dərsliklərlə tam komplektləşdirilmiş 

kitabxana olmalıdır, məhbuslar onlardan istifadə etməyə həvəsləndirilməlidir. 

Mümkün olan yerlərdə həbsxana kitabxanaları kütləvi kitabxanaların iştirakı 

ilə yaradılır. 

 


Yüklə 495,55 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin