Azərbaycan respublikasinin


Penitensiar müəssisələrin işçi heyəti



Yüklə 495,55 Kb.
Pdf görüntüsü
səhifə53/59
tarix02.01.2022
ölçüsü495,55 Kb.
#40163
1   ...   49   50   51   52   53   54   55   56   ...   59
mh

Penitensiar müəssisələrin işçi heyəti 

Cəza-icra sisteminə daxil olan müəssisələrin lazımi tərzdə idarə 

olunmasında, təşkilati və tərbiyə planında qarşıya qoyulmuş məqsədlərə nail 

olmaqda işçi heyətinin xüsusi rolunu nəzərə alaraq, penitensiar müdiriyyət bu 

heyət haqqında qaydalara ciddi riayət edilməsinə birinci dərəcəli vəzifə kimi 

baxmalıdır. 

Təhsildən, məsləhət praseduralarından və səmərəli idarəetmə üsullarından 

istifadə etməklə penitensir müəssisələrin  əməkdaşları daima humanist 

olmağa, ixtisaslarını artırmağa və  vəzifələrini vicdanla icra etməyə 

həvəsləndirilirlər. 

Cəza-icra sisteminin rolu, işçi heyətinin  əməyinin cəmiyyətin həyatında 

mühüm  əhəmiyyət kəsb etməsinin düzgün dərk edilməsi ilə  əlaqədar 

ictimaiyyətə daima məlumat verilməsini penitensiar müdiriyyət  ən mühüm, 

vacib vəzifələrindən biri hesab etməlidir. 

Penitensiar rəhbərlik bütün səviyyələrdə  işçi heyətini işə götürərkən və 

sonradan onları  vəzifəyə  təyin edərkən olduqca ciddi surətdə seçmə 

üsulundan istifadə edir. Belə  iş üçün ən zəruri olan mənəvi təmizlik, 

insanpərvərlik, peşə və şəxsi keyfiyyətlər nəzərə alınır. 

İşçi heyəti bir qayda olaraq, öz vəzifələrini vicdanla yerinə yetirən, fiziki 

cəhətdən yararlı, mənəvi cəhətdən sağlam, müvafiq təhsil səviyyəli

 



 

47

məşğulluğuna təminat verilən,  ştatda duran mülki qulluqçu peşəkarlardan 



ibarətdir.  Əmək haqqı kifayət qədər yüksək olmalıdır ki, buraya müvafıq 

ixtisaslı kişi və qadınlar cəlb etmək, xidmətdə saxlamaq mümkün olsun; 

onlar  əməyin xarakteri və irəli sürülən tələblər nəzərə alınmaqla, müxtəlif 

güzəştlərə və əlverişli xidmət şəraiti ilə təmin olunurlar. 

İşçi heyətinin daimi işləmək zərurəti olmadıqda və ya müvəqqəti işləmək 

lazım gəldikdə onlara da həmin meyarlar tətbiq olunur. 

Muzdla işə  cəlb edilən andan və yaxud müəyyən təcrübə vaxtı başa 

çatdıqdan sonra işçi heyəti ümumi və xüsusi hazırlıq kursu keçir və 

əməkdaşların peşə ixtisası bunu tələb etmədiyi hallardan başqa, nəzəriyyədən 

və təcrübədən müvafıq imtahanlar verir. 

Bütün xidmət dövrü ərzində  işçi heyəti öz biliyini, peşə hazırlığını 

saxlamalı, təkmilləşdirməli, bundan ötrü müdiriyyətin vaxtaşırı  təşkil etdiyi 

ixtisasartırma kurslarını keçməlidir. 

İşçi heyətinin böyük təcrübə  əldə etməsi və daha geniş hazırlığa malik 

olması üçün lazımi tədbirlər görülməlidir. 

Bütün əməkdaşlar tədris dövründə Avropa Penitensiar Qaydaları və İnsan 

hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası 

və onların təcrübədə tətbiqi ilə tamş olmalıdırlar. 

Bütün  əməkdaşlar hər bir şəraitdə özlərini elə aparmalı  və  vəzifə 

borclarını elə yerinə yetirməlidirlər ki, məhkumlara nümunə olub, onların 

hörmətini qazansınlar və faydalı təsir göstərsinlər. 

İmkan daxilində  işçi heyətinin tərkibinə kifayət qədər psixiatrlar, 

psixoloqlar, sosial işçilər, müəllimlər və texniki peşə təhsili, bədən tərbiyəsi 

və idman üzrə təlimatçılar daxil edilməlidirlər. 

Bu və digər mütəxəssislər bir qayda olaraq ştatda olmalıdırlar. Lakin 

ehtiyac olduqda və  əgər bu göstərilən yardıma və onların təhsilinin 

səviyyəsinə müsbət təsir göstərirsə, onda daimi əsaslarla işləməyənlərdən və 

ya təmannasız olaraq könüllü kimi çalışmaq istəyənlərdən istifadə etmək olar. 

Penitensiar müdiriyyət cəza-icra sisteminin hər bir müəssisəsinin 

direktorunun, direktor müavininin və ya digər səlahiyyətli vəzifəli  şəxsin 

daimi nəzarəti altında olmasını təmin edir. 

Müəssisənin direktoru öz şəxsi keyfıyyətləri, inzibati iş qabiliyyəti, peşə 

hazırlıq səviyyəsi və təcrübə baxımından tutduğu vəzifəyə uyğun olmalıdır. 

Direktor vəzifəsi  ştata daxil edilir, işdə  və ya yaxın yerdə olmalıdır ki, 

penitensiar müdiriyyətin təlimatlarında nəzərdə tutulduğu kimi, istənilən vaxt 

onunla əlaqə yaratmaq mümkün olsun. 




 

48

Əgər cəza-icra sisteminin iki və daha çox müəssisəsi bir direktora 



tabedirsə, o, mümkün qədər tez-tez növbə ilə həmin müəssisələrdə olmalıdır. 

Bu müəssisələrin hər birində ona rəhbərlik edən məsul vəzifəli  şəxs 

olmalıdır. 

Müdiriyyət elə  təşkilat forması  və idarəetmə sistemi tətbiq edir ki, 

cəzaçəkmə yerlərinin müxtəlif xidmət sahələrinin işçi heyətinin fəaliyyətini 

tənzimləmək üçün onların arasında əlaqə yaransın, bu əlaqə, məhbuslara islah 

təsiri göstərməkdə, sonradan onların həyata uyğunlaşmalarına  kömək etsin. 

Direktor, onun müavini və digər işçilər məhbusların  əksəriyyətinin başa 

düşə bildikləri dildə danışmağı bacarmalıdırlar. 

Zəruri və mümkün olan bütün hallarda tərcüməçi xidmətinə müraciət 

olunmalıdır. 

İxtisaslı və icazəyə malik olan həkimin təcili tibbi yardım göstərə bilməsi 

üçün tədbirlər görülməlidir. 

Həkim ştatı olmayan azadlıqdan məhrum etmə yerinə əvəzçilik ilə işləyən 

həkim və ya müvafiq icazəsi olan səhiyyə xidmədinin işçi heyəti müntəzəm 

olaraq baş çəkməlidir. 

Məhbus qadınlar və kişilər saxlanılan azadlıqdan məhrum etmə yerlərində 

və ya bölmələrində  hər iki cinsdən olan əməkdaşların işə  təyin olunması, 

birgə çalışması həvəsləndirilir. 

Qanuna və daxili nizam qaydalarına  əsaslanan özünümüdafiə, qaçışın 

qarşısını alma və ya məhbusun əmrə aktiv və ya passiv tabe olmaması halları 

istisna olmaqla, işçi heyəti məhbuslara qarşı güc tətbiq etməkdən 

çəkinməlidir. Güc tətbiq edən işçilər son zərurət çərçivəsindən kənara 

çıxmamalı  və hadisə barədə müəssisənin direktoruna təcili məlumat 

verməlidirlər. 

Penitensiar müəssisələrin  əməkdaşları  zərurət olduqda, təcavüzkar 

məhbusları sakitləşdirməkdən ötrü xüsusi texniki hazırlıq keçirlər. 

Xüsusi hallar istisna olmaqla, öz fəaliyyəti ilə  əlaqədar məhbuslarla 

birbaşa təmasda olan vəzifəli  şəxslər silahlı olmamalıdırlar. Bundan əlavə, 

ondan istifadə etməyi öyrənmədən  əməkdaşlara heç bir halda silah 

verilməməlidir. 



 

49


Yüklə 495,55 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin