VI. SƏFƏRBƏRLİK ÜZRƏ ÇAĞIRIŞ VƏ TƏRXİS OLUNMA
Maddə 24. Səfərbərlik üzrə hərbi xidmətə çağırış və müharibə dövründə hərbi xidmətə sonrakı çağırış
[68]Azərbaycan Respublikasına qarşı real silahlı hücum edildiyi və ya bilavasitə real silahlı hücum təhlükəsi olduğu, habelə Azərbaycan Respublikasına qarşı yönəldilmiş silahlı münaqişə yarandığı hallarda müvafiq icra hakimiyyəti orqanı dərhal ümumi və ya qismən səfərbərlik elan edir. Azərbaycan Respublikasına hərbi basqın təhlükəsi olduqda və ya fövqəladə vəziyyət şəraitində Azərbaycan Respublikası Prezidentinin hüququ var ki, səfərbərlik elan etmədən lazımi sayda hərbi vəzifəliləri üç ayadək müddətə ehtiyatdan hərbi xidmətə çağırsın. Azərbaycan Respublikası Prezidentinin müraciətinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi bu müddəti daha 3 ay uzada bilər.
Səfərbərlik elan olunarkən həqiqi hərbi xidmətdə olan bütün şəxslər xüsusi sərəncam verilənədək xidmətdə saxlanılır, hərbi vəzifəlilər isə hərbi xidmətə çağırılır, həm də qanunvericiliyə uyğun olaraq səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət[69] istisna olmaqla bu Qanunun IV fəslində müəyyən edilmiş möhlətin və çağırışdan azadetmənin tətbiqi dayandırılır. [70]
Səfərbərlik üzrə hərbi xidmətə çağırılmalı olan hərbi vəzifəlilərin sayını müvafiq icra hakimiyyəti orqanının təqdimatı ilə müvafiq icra hakimiyyəti orqanı, müharibə dövründə sonrakı çağırışlar zamanı hərbi vəzifəlilərin sayını isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı[71] müəyyən edir. [72]
Ehtiyatda olan və səfərbərlik üzrə hərbi xidmətə çağırılmayan vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin mülki heyət vəzifəsində işləmək üçün göndərilə bilərlər.
Vətəndaşların səfərbərlik üzrə hərbi xidmətə çağırışının təşkili "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.[73]
(Çıxarılıb) [74]
Maddə 25. Səfərbərlik üzrə çağırış və müharibə dövründə sonrakı çağırışlar ilə əlaqədar tədbirlərin icrasında dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının, müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və vətəndaşların vəzifələri və məsuliyyəti[75]
Azərbaycan Respublikasının hərbi vəzifəli vətəndaşları səfərbərlik elan edilərkən və müharibə dövründə hərbi xidmətə sonrakı çağırışlar zamanı səfərbərlik sərəncamlarında, hərbi komissarlıqların çağırış vərəqələrində və ya rayon, şəhər, şəhərdə rayon hərbi komissarlıqlarının əmrlərində göstərilmiş məntəqələrə və müddətlərdə kəlməlidirlər.
Müvafiq icra hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları, müəssisələrin, idarələrin və təşkilatların rəhbərləri səfərbərlik elan edilərkən hərbi vəzifəlilərə vaxtında məlumat verilməsini və onların toplanış məntəqələrinə və ya hərbi hissələrə gətirilməsini təmin etməlidirlər. [76]
Müharibə dövründə səfərbərlik çağırışı və ya sonrakı çağırışlar üzrə toplanış məntəqələrinə vaxtında gəlməmiş şəxslər, habelə vətəndaşların bu çağırışlar üzrə vaxtında kəlməsinə mane olan dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının, müəssisələrin, idarələrin, təşkilatların, o cümlədən təhsilmüəssisələrinin rəhbərləri və digər vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyət daşıyırlar. [77]
Maddə 26. Səfərbərlikdən tərxisetmə
Səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müddətdə həyata keçirilir.
Səfərbərlikdən tərxisetmə üzrə hərbi xidmətdən buraxılan hərbi qulluqçular mövsümə uyğun[78] bir dəst paltar və ayaqqabı ilə təmin edilir. Bu hərbi qulluqçular dövlət hesabına yaşayış yerinə aparılır və yolda yeməklə təmin edilirlər.
Dostları ilə paylaş: |