3.2. Azərbaycan neftinin əsas ixrac marşrutları və Avropanın enerji
təhlükəsizliyi kontekstində onun şaxələndirilməsi problemləri
Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu "Yeni neft strategiyası"nın əsas istiqamətlərindən biri də Azərbaycanın enerji resurslarının dünya bazarına hansı marşrutlarla çıxarılması sayılmalıdır.
Şimal Marşrutu
(Bakı - Qroznı - Novorossiysk)
Texniki parametrləri və ümumi məlumat:
Ümumi uzunluğu 1347 km, o cümlədən:
- Azərbaycan hissəsi 231 km;
- Rusiya hissəsi 116 km (1983-cü ildə tikilmiş, 1995-1996-cı illərdə ABƏŞ və ARDNŞ tərəfindən hərəkətistiqaməti dəyişdirilmişdir).
Borunun diametri - 720 mm., nasos stansiyalarının miqdarı 12. Maksimal daşıma qabiliyyəti ildə 6 mln.ton. Daşıma qabiliyyətini ildə 17 mln.tona qədər artırma ehtimalı var. Neft kəmərinin hərəkət istiqamətinin dəyişdirilməsi ilə bağlı 60 mln. dollarlıq iş görülmüşdür. (Azərbaycan Respublikasının ərazisində) Marşrut Sənqəçal neft terminalından başlanır.Terminalın qiyməti - 72 mln.dollar, tutumu 100 000 ton (730 000 min.barr.). Terminal hər birinin tutumu 25 000 ton olan 4 rezervuardan ibarətdir.
Son məntəqə - Novorossiysk limanıdır.Liman ildə 34 mln.tona qədər neft və neft məhsullarını daşımaqabiliyyətinə malikdir. Azərbaycan hissəsinin operatoru - ABƏŞ, Rusiya hissəsinin operatoru isə Rusiyanın"Transneft" şirkətidir ki, o həm də mövcud obyektlərin təmir və yenidən qurulmasına, eləcə də yeni obyektlərin tikintisinə sərf olunan xərcləri öz üzərinə götürür. Şimal marşrutu üzrə tariflər:
- Rusiya Federasiyasının ərazisində 1 ton üçün 15,67 dollar;
- Azərbaycan Respublikası ərazisində 1 ton üçün 1,013 dollar.
Azərbaycan neftinin Rusiya ərazisi ilə nəql edilməsi, eləcə də tərəflərin müvafiq fəaliyyət, vəzifə və məsuliyyətləri Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 18 yanvar 1996-cı il Sazişi ilətənzimlənir. Sazişə uyğun olaraq xarici şirkətlər və Rusiya tərəfi ilə aparılan danışıqlar nəticəsində aşağıdakı çoxtərəfli kontraktlar və sənədlər imzalanmışdır ki, burada tərəflərin və öz hökumətlərini təmsil edən təşkilatların qarşılıqlı münasibətlərinin bütün kommersiya və hüquqi aspektləri ətraflı surətdə təsvir edilmişdir:
- Azərbaycan neftinin Rusiya Federasiyasının ərazisindən nəql edilməsi haqqında "Transneft" şirkəti ilə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) arasında saziş;
- neftin şimal marşrutu ilə eksportu üzrə ARDNŞ, ABƏŞ və xarici şirkətlər - "Əsrin müqaviləsi"nin iştirakçıları arasındakı sazişin əsasları;
- neftin nəql olunmasına kömək edilməsi haqqında Azərbaycan Respublikasının hökuməti ilə ABƏŞ arasında saziş.
Danışıqlar prosesi, bütün hökumətlərarası və başqa lazımi sazişlərin imzalanması və qüvvəyə minməsi qurtardıqdan sonra boru kəmərinin tikintisi və yenidən qurulması başlandı ki, bu da 1997-ci ildə başa çatdı.Lakin işlərin xeyli ahəngsiz getməsi səbəbindən layihədə nəzərdə tutulmuş daşıma gücünə müvəffəq olunmamışdır. Azərbaycan neftinin vurulması, nəzərdə tutulduğu kimi, 25 oktyabr 1997-ci ildə başlandı və 1999-cu ilin yanvarına kimi 1,5 mln. ton neft vuruldu.
Bakı-Novorossiysk neft kəməri ilə ARDNŞ-in hasil etdiyi xam neft ixrac boru kəməri ilə nəql olunaraq Rusiya ərazisində "Transneft" Şirkəti sistemində Rusiya ixracatçıların neftləri ilə qarışır və Novorossiysk limanından xam neft markası altında satılır. Bakı-Novorossiysk neft kəməri ilə ARDNŞ tərəfindən xam neftin ixracı başlanandan—1997-ci ildən bu günə kimi neft kəməri ilə milyon tonlarla xam neft göndərilib.Bakı-Novorossiysk neft kəməri ilə Beynəlxalq Neft Konsorsiumunun xam nefti də ixrac edilir. Beləhallar istehsalatla əlaqədar olaraq ABƏŞ-in Bakı-Supsa boru kəməri vasitəsilə xam neft aparılması imkanları olmayanda və ya məhdud olanda baş verir.
2005-ci ildə ABƏŞ tərəfindən hasil edilmiş 2.5 milyon xam neft Bakı-Novorossiysk marşrutu vasitəsiləixrac olunmuşdur.2006-2007 və 2008-ci ilin ötən ayları ərzində də bu marşrut ahəngdar işləmişdir. 2005-ci ildəARDNŞ və ABƏŞ birlikdə 4,1 milyon ton neft bu marşrut vasitəsilə ixrac etmişdir.
Qərb marşrutu
Ümummilli liderin neft strategiyasının tərkib hissələrindən biri də neft marşrutlarının alternativliyinə nail olmaq idi. Neft marşurutlarının alternativliyi Azərbaycanın hər hansı bir dövlətdən iqtisadi aslılığına son qoymaqla yanaşı ölkəmizin milli mənafeyinə cavab verirdi. Bütün bu amilləri nəzərə alan ümummilli lider Heydər Əliyev davamlı təzyiqlərə baxmayaraq müdrik və uzaqgörən qərar qəbul etdi. 1996-cı ildə martın 8-də Azərbaycan Prezidenti H.Əliyev və Gürcüstan Prezidenti E.Şevardnadze Tiflisdə Bakı-Supsa neft kəmərinin çəkilməsi barədə razılığa gəldilər. ABƏŞ, ARDNŞ və Gürcüstan hökuməti arasında bağlanmış 3 tərəfli müqavilələrdə Azərbaycan Azəri, Çıraq, Günəşli yataqlardan çıxan ilkin Azərbaycan neftinin daşınmasını Bakı-Supsa neft kəməri vasitəsi ilə nəqlini nəzərdə tuturdu.
Bakı - Tbilisi - Supsa
Texniki parametrləri və ümumi məlumat:
Ümumi uzunluğu -917 km, o cümlədən:
- Azərbaycan hissəsi (Səngəçaldan Gürcüstan sərhədinə qədər) - 492 km; - Gürcüstan hissəsi (425 km) 1975-ci ildə tikilmiş və 1991-ci ilə qədər Batumi neftayırma zavodunu Gürcüstan yataqlarından çıxan neftlə təchiz etmək üçün istifadə olunmuşdur.
Qərb marşrutunda ümumi uzunluğu 397 km olan köhnə boruların təzələnməsi və yeni boruların salınması tələb olunurdu, buna görə də 1997-ci ildə bərpa işlərinə başlanıldı.
Yenidənqurma işlərindən sonra 1997-ci ilin sonu üçün parametrlər aşağıdakı kimi idi:
Borunun diametri - 530 mm, nasos stansiyalarının sayı - 6 və 2 aşağı təzyiqli stansiya.Təsdiq edilmiş investisiya məbləği 315 mln.dollar, daşıma qabiliyyəti ildə 5,1 mln. ton (bir gündə 100000 barr).
Neft kəməri Səngəçal neft terminalından başlanır, son məntəqə isə 1998-ci ildə Supsada tikilmişterminaldır.Terminalın tutumu - 400 000 tondur (1 138 000 barr.)
Bakı-Supsa neft kəməri ilə ilkin Azərbaycan nefti 1999-cu il aprelin 17-də ixrac olunmağa başlanmışdır. Bu marşrutun ən böyük üstünlüyü Azərbaycan neftinin təmiz halda "Azəri light" markası ilə dünya bazarına çıxarılmasıdır.Bununla yanaşı kəmərin digər üstünlüyü neftin Supsaya Novorossiyskə nisbətən daha ucuz nəql olunmasıdır. Belə ki, neftin Novorossiyskə nəqlinin tonu 15,67 Supsaya nəqli isə 13,14 ABŞ dollarına başa gəlir.
Qərb istiqamətində uzanan Bakı-Supsa neft kəmərinin uzunluğu 837 km, diametri 530 mm-dir. 1999-cu ildən 2005-ci ilin əvvəlinə kimi hər iki kəmərlə 48,7 mln. ton neft nəql edilib, dünya bazarlarına çıxarılmışdır.
Bakı-Tbilisi-Ceyhan marşrutu
Heydər Əliyevin neft strategiyasının əsas istiqamətlərindən biri Azərbaycan neftinin dünya bazarına nəqlidir. Bu sahədə Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədi ilə strateji əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin gerçəkləşməsi üçün gərgin işlər həyata keçirilmiş, aparılan danışıqlar uğurla nəticələnmişdir.Azərbaycan neftinin dünya bazarına Aralıq dənizinin Ceyhan limanına ötürülməsi üçün bir neçə boru kəməri marşrutları müzakirə edilmişdir. Belə ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ilk layihəsində kəmər Bakıdan başlamalı, sonra İran İslam Respublikasının ərazisinə daxil olmalı, oradan Naxçıvan ərazisinə keçməli, sonra Türkiyəyə daxil olaraq Ceyhana qədər uzanmalı idi. ABŞ Bakı-İran-Naxçıvan-Ceyhan marşrutunu məsləhət görmədi, Bakı-Ermənistan-Naxçıvan-Türkiyə variantını isə Azərbaycan Respublikası dəstəkləyə bilməzdi. 1997-ci ilin mart ayında Turan İnformasiya Agentliyinin keçirdiyi rəy sorğusunun nəticələri aşağıdakı kimi olmuşdur:
1.Azərbaycan-İran-Körfəz - 10%;
2.Bakı-İran-Türkiyə -12.9%;
3.Bakı-Ermənistan-Naxçıvan-Türkiyə - 14.5%;
4.Azərbaycan-Çeçenistan-Rusiya - 33.8%;
5.Azərbaycan-Gürcüstan-Türkiyə - 78.1%.
Sorğunun nəticələrinə görə Azərbaycan-Gürcüstan-Türkiyə variantına üstünlük verilmişdir.
Şəkil 3.1. Bakı-Tbilisi-Ceyhan əsas neft ixracı boru kəməri
İlk dəfə bu kəmərin əsas ixrac kəməri kimi çəkiləcəyini tam müəyyənləşməsi 26 aprel 1998-ci ildə Azərbaycan, Gürcüstan, və Türkiyə prezidentlərinin Trabzon görüşündə məlum oldu. Hər üç Prezident aydın şəkildə bildirdilər ki, əsas ixrac kəməri Bakı-Tbilisi-Ceyhan kəməri olmalıdır və bununla da kəmərin reallaşmasının siyasi qərarı verilmiş oldu. 1998-ci il oktyabrın 29-da Ankarada Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistan prezidentləri və ABŞ-ın energetika naziri tərəfindən Bakı-Tbilisi-Ceyhan marşrutu ilə Əsas İxrac Kəmərinin çəkilməsini müdafiə edən Ankara bəyənnaməsi imzalanması ilə bu layihənin ilkin razılaşması əldə olunmuşdur.
Bütün bunların nəticəsi olaraq 1999-cu il noyabrın 18-də İstanbulda keçirilən ATƏT-in zirvə toplantısının gedişində İstanbulun Çırağan sarayında xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyətinin əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsi ilə nəql edilməsinə dair saziş imzalandı. Saziş H.Əliyev, E.Şevardnadze və S.Dəmirəl arasında imzalanmışdır. Bakı-Tbilisi-Ceyhan layihəsini dəstəkləmək, Qazaxıstan və Türkmənistan neftini bu layihəyə cəlb etmək üçün ABŞ-ın şahidliyi ilə Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Türkmənistan arasında İstanbul bəyannaməsi imzalandı. Bəyannaməni prezidentlər H.Əliyev, S.Dəmirəl, B.Klinton E.Şevardnadze, N.Nazarbayev və S.Niyazov imzaladılar. Bu prosesin məntiqi davamı kimi 2002-ci il sentyabrın 18-də Səngəçalda Bakı-Tbilisi-Ceyhan kəmərinin inşasına başlanmışdır. Mərasimdə 3 dövlət başçısı - Azərbaycan Prezidenti H.Əliyev, Gürcüstan Prezidenti E.Şevardnadze və Türkiyə Prezidenti Ə.N.Sezər və ABŞ-ın Xəzər məsələləri üzrə nümayəndəsi S.Mənn iştirak etmişlər. Bununla da ümummilli lider Heydər Əliyevin müəllifi olduğu "Yeni neft strategiyası"nın ən mühüm uğuru olan Bakı-Tbilisi-Ceyhan reallığa çevrilmiş oldu.
BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutdu. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı və iyulun 4-də neftlə yüklənmiş ilk tanker buradan yola salındı. 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi.
Şəkil 3.2.
Mənbə: www.socar.az
Səngəçal terminalından Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan terminalınadək uzanan 1774 kilometrlik xəttin çəkilməsinə təxminən 4 milyard dollar vəsait xərclənmişdir. Layihənin operatoru bp şirkətidir. Kəmərin tikintisi və istismarı üçün yaradılmış BTC Ko. şirkətinin səhmdarları bp (30,1%), ARDNŞ (25 %), Şevron (8,9 %), Statoyl (8,71 %), TPAO (6,53 %), ENİ (5 %), Total (5 %), İtoçu (3,4 %), İNPEX (2,5 %), KonokoFillips (2,5 %) və Amerada Hess (2,36 %) şirkətləridir.
BTC kəməri ildə 50 milyon ton Azərbaycan nefti nəql etmək üçün nəzərdə tutulmuşdur. Hazırda kəmər vasitəsi ilə ildə 60 milyon ton neft nəql etmək mümkündür. BTC istismara verilən gündən 2010-cu ilin aprel ayının 1-dək Ceyhan limanından 112,8 milyon ton Azərbaycan nefti dünya bazarlarına yola salınmışdır.Gələcəkdə bu kəmər nəinki Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasına imkan verəcəkdir, həmçinin "İpək yolu"nun və türkdilli ölkələrin də əsas magistral kəməri olacaqdır. Bakı-Tbilisi-Ceyhan istiqamətinin seçilməsi ümummilli liderimiz Heydər Əliyevin böyük siyasətinin təmtərağıdır və bu kəmər dünya "arteriya"sı kimi neft kəmərləri sisteminə daxil olmuşdur.
Bakı-Tbilisi-Ceyhan boru kəməri Azərbaycan, Gürcüstan, Türkiyə və bütövlükdə bölgə, Avropa və ümumən dünya üçün iqtisadi, siyasi baxımdan, enerji təhlükəsizliyi cəhətdən çox böyük əhəmiyyətə malik olmaqla yanaşı, Türkiyənin Qara dəniz boğazlarının həddən artıq yüklənməsinin də qarşısını alacaqdır.
Məlum olduğu kimi, 90-cı illərin əvvəllərindən başlayaraq Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geosiyasi vəziyyətinə və hədəflərinə təsir göstərən əsas amillərdən biri bölgənin mövcud enerji və karbohidrogen ehtiyatlarının təhlükəsiz yollarla dünya bazarlarına çatdırılması məsələsi idi. Bu məsələ müstəqilliyinə yenicə qovuşmuş bölgənin əksər neft-qaz ixrac edən ölkələrinin və bu sahədə iştirak edən transmilli aktorların əsas geosiyasi və geoiqtisadi qayğılarından birini təşkil edirdi.
Xəzər hövzəsi və Orta Asiyanın karbohidrogen məhsullarının dünya bazarlarına ixracı ilə bağlı Rusiyanın mövqeyindən fərqli ikinci variantın ideyasını bölgə ölkələri içərisində ilk dəfə Azərbaycan irəli sürmüşdü. Bu ideyanın əsasında Xəzər dənizi ilə dünyanın enerji bazarlarını və regionun əsas enerji istehlakçıların birləşdirəcək çoxvariantlı yeni enerji dəhlizləri və ixrac kəmərlərinin çəkilməsi təşəbbüsü dayanmışdı.
Azərbaycanın yeni təşəbbüslərini həmin dövrdə Rusiyadan başqa bütün region ölkələri - İran, Türkiyə, Gürcüstan, Qazaxıstan, Ukrayna, Türkmənistan, dünyanın aparıcı dövlətləri - ABŞ, Avropa Birliyi və s. aparıcı ölkələr də dəstəkləyirdi. Yeni dəhliz və kəmərlər vasitəsilə Xəzər dənizi və Orta Asiyadan gələcəkdə hasil ediləcək və Rusiyanın Novorossiyskdəki Qara dəniz limanının və İstanbul boğazlarının imkanlarına qətiyyən sığmayacaq on milyonlarla ton neft və milyardlarla kub metr qazın Avropa və dünya bazarlarına daşınması nəzərdə tutulurdu.
İdeya müəllifinin Azərbaycan olduğu yeni transmilli neft və qaz marşrutlarının müəyyən edilməsi, alternativ kəmərlər və dəhlizlərin yaradılma variantları ətrafında, onların hansı ölkələrinə ərazisindən keçməklə Qara, Aralıq və Baltik dənizlərinə çatdırılması və s. bir neçə il həm bölgədə, həm də dünyada geosiyasi diskussiyaları qızışdırmış və dünya geosiyasətçilərinin diqqət mərkəzində dayanmışdır. 1995-ci ildə Rusiya və İran istisna olmaqla, bu işə aidiyyəti olan əksər dünya və region ölkələrinin razılığı ilə, əsas neft və qaz marşrutu kimi Qərb istiqamətində Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft və Bakı-Tbilisi-Ərzurum qaz kəməri variantının üzərində dayanılmışdır.
Lakin Azərbaycan sonrakı illərdə də yeni-yeni enerji onların şaxələndirilməsi siyasətini davam etdirmişdir. Həmin fəaliyyət çərçivəsində Azərbaycanın həyata keçirdiyi transmilli enerji siyasətinin əsas istiqamətlərindən biri də Oara-Xəzər dənizi hövzəsi də daxil olmaqla, əksər postsovet məkanının enerji ehtiyaclarının təmin olunmasında yaxından iştirak etməkdən ibarət olmuşdur. Azərbaycan keçən dövrdə ona məxsus neft və qaz məhsullarını sərfəli qiymətlərlə və müstəqil ixrac marşrutları ilə Türkiyə və Avropa bazarlarına çıxarmaqla yanaşı, həm də onu əhatə edən, keçmişdə onunla bir geosiyasi məkanı bölüşən ölkələrin daxili bazarlarında özünə yer tutmaq uğrunda fəaliyyətə qoşulur.
Prezident Heydər Əliyev ilk gündən Xəzər hövzəsinin zəngin karbohidrogen məhsullarının dünya bazarlarına çıxarılması məqsədilə şaxələndirilmiş və çoxvariantlı enerji dəhlizləri və marşrutları məsələsinə ciddi önəm verirdi. O, bu təşəbbüsə və ideyaya Azərbaycanın regionda və dünyada aparıcı mövqeyini nümayiş etdirən, onun enerji sahəsində geoiqtisadi təhlükəsizliyi baxımından mühüm rol oynayan amil kimi baxırdı. Odur ki, Azərbaycan hökuməti 1994-cü ildən başlayaraq Xəzər dənizinin ona məxsus sektorundakı enerji ehtiyatlarını "Əsrin müqaviləsi" çərçivəsində Qərb ölkələrinə məxsus aparıcı şirkətlərilə birgə işləmək və hər hansı bir kənar qüvvənin geosiyasi təsiri altında olmayan sərbəst yollarla dünya bazarına çıxarmaq istiqamətində xüsusi fəaliyyətə başlayır.
Enerji təhlükəsizliyində Azərbaycan hökuməti ikinci əsas amil kimi ixrac dəhlizləri və kəmərlərin regional təhlükəsizliyi məsələsini irəli sürürdü. Bu anlamda əsas şərt kəmərlərin marşrutunu düzgün müəyyənləşdirməkdən ibarət idi. (hansı məkanları əhatə etməsi, marşrutların etibarlı, sabit və dayanıqlı cəmiyyəti və daxili mühiti olan tərəfdaş ölkələrin ərazisindən keçməsi və s. nəzərdə tutulur-Ə. H. ). Azərbaycan bu istiqamətdə də öz tərəfdaşları ilə geniş məsləhətləşmələr keçirir və bütün maneələrə baxmayaraq, konsorsium çərçivəsində Xəzərdən istehsal olunacaq əsas neftin ən optimal və təhlükəsiz ixrac marşrutunu - Bakı-Tbilisi-Ceyhan istiqamətini seçir.
Azərbaycanın strateji enerji daşıyıcılarının dünya bazarına etibarlı ixracını təmin edən və Xəzər hövzəsinin geosiyasi vəziyyətini, dünyanın enerji siyasətini büsbütün dəyişən əsas marşrut, "Əsrin müqaviləsi" çərçivəsində planlaşdırılan, 1999-cu ildə tikintisinə beynəlxalq sanksiya verilən və 2005-ci ildə istismara verilən Bakı-Tbilisi-Ceyhanın (BTC) əsas neft ixracı kəməri oldu. Xəzər hövzəsinin, xüsusən də dənizin Azərbaycan sektorundakı əsas neft məhsullarının dünya bazarlarına çıxarılması məqsədilə tikilən bu böyük transmilli neft kəmərinin əsas təşəbbüskarı, 1994-cü ildə dünyanın ən qabaqcıl neft şirkətləri ilə Xəzərin Azərbaycan sektorunda birgə neft və qaz çıxarılması ilə bağlı "Əsrin müqaviləsi" adlanan neft kontraktları imzalayan Azərbaycan olmuş, sonrakı dövrdə onu ABŞ, Türkiyə, Qazaxıstan, Gürcüstan, Avropa Birliyi ölkələri dəstəkləmiş və çox ciddi səylərin nəticəsi olaraq onun tikintisinə beynəlxalq sanksiya verilmişdir.
BTC-nin çəkilişi başa çatana qədər onun ətrafında qızğın geosiyasi və geoiqtisadi diskussiyalar və dövlətlərarası danışıqlar aparılmışdır. Yeni kəmərin ideyası ortaya çıxandan sonra onun keçəcəyi marşrutlarla (marşrutun əhatə edəcəyi ölkələrin əraziləri) bağlı bir çox layihələr və ideyalar irəli sürülmüş, lakin əsas iqtisadi, geosiyasi və geostrateji göstəricilər və amillərə görə Bakı-Tbilisi-Ceyhan layihəsi seçilmişdir.
Cədvəl 3.1. BTC neft kəmərinin texniki-iqtisadi göstəriciləri
Sıra
sayı
|
Texniki-iqtisadi göstərici
|
Ölçü vahidi
|
Bakı-Tbilisi-Ceyhan
|
Bakı-İran-Türkiyə
|
Bakı-Ermənistan-Naxçıvan-Türkiyə
|
1.
|
Kəmərin uzunluğu
|
kilometr
|
1760
|
1300
|
1560-1780
|
2.
|
Tələb olunan investisiya
|
mln. ABŞ $
|
2950
|
500
|
2400
|
3.
|
Sutkalıq ötürmə qabiliyyəti
|
min barrel neft
|
1000
|
200
|
100
|
4.
|
Kəmərin 1 kilometrinin tikintisinə tələb olunan investisiya
|
min ABŞ $
|
1648
|
385
|
1348
|
Mənbə: Calal Mahmudov – Bakı nefti, neft milyonçuları və Nobel qardaşları (Bakı 2005)
BTC ideyası ilk dəfə 1993-cü ildə Azərbaycan və Türkiyə arasında bağlanmış dövlətlərarası müqavilə ilə rəsmi şəkildə irəli sürülmüşdür. Təxminən, ildə 50 mln. ton buraxılış gücünə hesablanmış, 1920 km. ümumi uzunluğu olan bu kəmərin sonrakı dəstəklənməsi 1998-ci ildə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin Türkiyənin Samsun şəhərində imzaladıqları birgə bəyanatda öz əksini tapmışdır. Bunun ardınca 1998-ci ilin oktyabrında Azərbaycan, Türkiyə, Qazaxıstan, Gürcüstan, Özbəkistan prezidentləri və ABŞ-ın enerji naziri bu kəmərin dəstəklənməsi ilə bağlı növbəti sənədə - "Ankara deklarasiyası"na imza qoyurlar. Nəhayət, 1999-cu ildə - ATƏT-in İstanbul Sammitində BTC-nin çəkilişinin başlanması haqqında Azərbaycan, Türkiyə, Gürcüstan və ABŞ prezidentlərinin yuxarıda bəhs olunan hökumətlərarası sazişi imzalaması ilə bu ideyanın reallaşmasına beynəlxalq sanksiya verilir.
BTC-nin inşası Orta Asiya və Xəzər hövzəsinin, Cənubi Qafqazın və bütövlükdə Avrasiya bölgəsinin geosiyasi və geoiqtisadi vəziyyətini ciddi şəkildə dəyişdi, regionun neft məhsullarını, Qərbinsə enerji ehtiyaclarının ödənilməsini və təhlükəsiz təminatını qismən də olsa, rusların geosiyasi təsirindən və asılılığından xilasetdi.
Azərbaycan illərdən bəri öz neftini və qazını xarici bazarlara sərbəst çıxarmaq arzusu ilə yaşayırdı. BTC bu arzunu, əsasən, təmin etdi və bu ölkənin gələcək geosiyasi, geoiqtisadi və geostrateji inkişafını Rusiyanın təsirindən azad etdi.
BTC Azərbaycanla yanaşı, Gürcüstanın və Türkiyənin də gələcək geosiyasi və strateji inkişafında çox mühüm rol oynadı. Kəmərlər ideyasına beynəlxalq sanksiya verilməsi və bu ölkələrin marşrut üzrə "əsas tranzit dövlət" seçilməsi, nəinki təkcə onların enerji təhlükəsizliyinə ciddi təsir göstərmiş, həmçinin daxili siyasi və iqtisadi həyatlarını yaxşılaşdırmış, onlara ciddi iqtisadi, siyasi dividentlər və beynəlxalq önəm qazandırmışdır. BTC xüsusən Gürcüstanı ciddi iqtisadi və daxili ictimai-siyasi böhrandan xilas etmiş, bu ölkəyə dünyada "etibarlı partnyor" imici qazandırmış və onun milli inkişafı ilə bağlı bütün bədbin proqnozları aradan qaldırmış, ölkənin gələcək geosiyasi və geoiqtisadi inkişafına dair aydın, real və nikbin ictimai ovqat yaratmışdır.
BTC həm də neçə illərdir ki, Azərbaycan kimi Rusiyanın geosiyasi təzyiqləri ilə üzləşən, öz neftinin ixrac taleyini bütövlükdə bu ölkənin iradəsindən asılı vəziyyətə salan Qazaxıstan və Türkmənistan üçün də alternativ ixrac imkanları yaratdı. BTC-nin fəaliyyətə başlamasından sonra bu ölkələrin rəsmi dairələri ciddi geoiqtisadi mexanizm əldə edərək, Rusiya qarşısında getdikcə daha cəsarətli davranış nümayiş etdirməyə başlayır.
Əsas ixrac kəmərinin aktuallığı ilk növbədə onun Rusiya marşrutuna alternativliyi, geosiyasi müstəqilliyi və heç bir kənar təsirdən asılı olmamasında idi. Bundan başqa, həm Bakı-Novorossiysk, həm də Bakı- Supsa kəmərlərinin buraxılış gücünün nə Azərbaycanın getdikcə artan ehtiyaclarını, nə də ki, gələcəkdə Orta Asiya ölkələrindən ixrac olunan neftin daşınmasını təmin edə bilməyəcəyi də bütün mütəxəssislərə məlum idi.
Beləliklə, göründüyü kimi, BTC-nin işə düşməsi və Xəzər hövzəsi ölkələrinin dünya enerji bazarlarına müstəqil bir aktor kimi ayaq açması həm bölgənin geoiqtisadi durumunu, yerli ölkələrin milli maraq dairəsini və ona uyğun da geosiyasi davranışını, həm də Avropa enerji təhlükəsizliyinin geosiyasi xarakteristikasını ciddi şəkildə dəyişdi.
Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşması Azərbaycan və Qərb ölkələri üçün o qədər də asan başa gəlmədi. Bakı-Novorossiysk və Bakı-Supsa layihələrindən fərqli olaraq, bu kəmərin inşası regionun iki aparıcı geosiyasi gücü - Rusiya və İranın ciddi, açıq və dolayı müqaviməti ilə üzləşdi. İran kəmərin marşrutu ilə bağlı, əsasən, öz ərazisinin istifadə edilməsini təklif etdiyi halda, Rusiya ümumilikdə Xəzər dənizindən hər hansı alternativ layihənin gerçəkləşməsinə bütün gücü ilə, xüsusən də Xəzərin statusunu qabartmaqla mane olmağa çalışırdı.
Xəzər dənizini Qərblə bağlayan mümkün strateji enerji marşrutları içərisində hansının geosiyasi, geoiqtisadi, kommersiya, ekoloji və təhlükəsizlik baxımından daha əlverişli olması məsələsi o dövrdə regional və dünya siyasətinin aparıcı mövzularından və reallaşdırılan enerji geoiqtisadiyyatının əsas məsələlərindən idi. Xəzəryanı və qeyri Xəzəryanı dövlətlərin hər biri neft kəmərlərinin onun ərazisindən və yaxud, ona əlverişli olan ərazilərdən keçməsinə çalışırdı. Bu dövlətlər içərisində Azərbaycan, Türkiyə, İran, Rusiya, Rumıniya, Bolqarıstan, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Ermənistan və digər region dövlətləri ilə bərabər, həm də ABŞ, Yaponiya, Çin və bir çox aparıcı Qərb dövlətlərinin maraqları diqqəti cəlb edirdi. Mütəxəssislərin fikrinə görə, Xəzər hövzəsində Rusiya ilə Türkiyə, İran və Türkiyə, ABŞ-ın İrana qarşı siyasəti, Rusiyanın Qafqazda və Asiyada öz geosiyasi mövqelərini qoruyub saxlamaq istəyi, Gürcüstanın daxilində olan münaqişələr, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi, Türkiyədə kürd terrorizminin canlanması və s. amillər neft kəmərləri layihələrinə təsir edən siyasi və beynəlxalq əhəmiyyətli faktorlardan idi. Rusiyanın ənənəvi neft kəmərləri marşrutlarına nəzarəti öz əlində saxlaması Çeçenistan münaqişəsinin siyasi vasitələrlə aradan qaldırılmasının uzanması ucbatından mümkün deyildi. Odur ki, Azərbaycan və dünya neft şirkətləri Rusiya hüdudlarından yan keçən yeni ixrac kəmərlərinin çəkilməsi ideyasını gündəmə gətirmişdi.
Azərbaycanın əsas neftinin xarici bazarlara tam təhlükəsiz və etibarlı yolla nəql edilməsi kimi ciddi geoiqtisadi və geostrateji məsələdə qətiyyət və prinsipiallıq nümayiş etdirən Prezident Heydər Əliyev, mütəxəssislərin fikrinə görə, o zaman ən optimal variantı seçdi. Bundan başqa, o, regionun geosiyasi mənzərəsini və mövcud beynəlxalq münasibətlər sistemini nəzərə alaraq, əsas kəmərin keçəcəyi ölkələrin müəyyənləşməsi prosesində ən etibarlı tərəfdaşların - Gürcüstan və Türkiyənin üzərində dayandı.
1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul Zirvə toplantısı gedişində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, Gürcüstan Respublikasının Prezidenti Eduard Şevardnadze və Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəl tərəfindən "Xam neftin Azərbaycan, Gürcüstan və Türkiyə əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair saziş" imzaladılar. Eyni vaxtda, Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və ABŞ prezidentləri bu layihəni dəstəkləyən İstanbul bəyannaməsini imzaladı. 1999-cu il noyabrın 18-də İstanbulda keçirilmiş ATƏT-in Zirvə görüşü çərçivəsində "Bakı-Tbilisi-Ceyhan" Əsas ixrac boru kəməri vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən Xəzər dənizindən çıxarılan əsas xam neftin nəqli haqqında" Sazişin ABŞ Prezidenti Bill Klintonun iştirakı ilə Azərbaycan Prezidenti Heydər Əliyev, Türkiyə Prezidenti Süleyman Dəmirəl və Gürcüstan Prezidenti Eduard Şevardnadze tərəfindən imzalanması region ölkələrinin strateji əməkdaşlığı və Avropaya inteqrasiyası sahəsində ciddi addım idi.
Bütün çətinliklər və problemlərə baxmayaraq, 2002-ci il sentyabrın 18-də Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə dünyanın ən böyük enerji layihəsi olan BTC-nin əsası qoyuldu. 4 ildən sonra - 2006-cı il iyulun 13-də kəmər istifadəyə verildi. Uzunluğu 1760 km, buraxılış gücü ildə 50 milyon ton olan bu kəmərin tikintisi təqribən 2,95 milyard dollara başa gəlirdi.
Beləliklə, Azərbaycan Respublikası ilə bərabər Xəzər regionunda digər dövlətlərin də yaxından iştirakı ilə həyata keçirilən qlobal enerji ixracı layihəsi bir çox Qərb dövlətlərinin, xüsusən ABŞ-ın yaxın dəstəyi ilə reallaşdı. Bununla da bölgədə təkcə Azərbaycanın deyil, ümumilikdə regionun və Avropa məkanının enerji təhlükəsizliyinə xidmət edən geostrateji bir layihə əfsanədən gerçəkliyə çevrildi.
Qeyd edək ki, BTC-nin istismar müddəti 40 il nəzərdə tutulub ki, bunun sonuncu 15 ili yalnız Azərbaycanın tam mülkiyyəti kimi istifadə ediləcəkdir.
2007-ci il iyunun 16-da BTC layihəsinə rəsmən Qazaxıstan da qoşuldu. Həmin gün Alma-Atada Qazaxıstan və Azərbaycan prezidentləri Qazaxıstan neftinin Xəzər dənizi və Azərbaycan ərazisindən keçməklə Bakı-Tbilisi-Ceyhan vasitəsi ilə dünya bazarlarına çıxmasına dəstək və yardım barədə saziş imzaladılar. Bu razılaşma Qazaxıstan neftinin BTC ilə nəql olunması məqsədilə Aktau-Bakı daşıma sisteminin yaradılmasını nəzərdə tutur. Bundan başqa, 2010-cu ildən Türkmənistan da Xəzərdə istehsal etməyə başladığı neft məhsullarını BTC vasitəsilə Ceyhana ixrac etmək imkanları üzərində işləməyə başlayıb və hazırda bu kəmərlə müəyyən qədər neft ixracı həyata keçirir.
Qeyd edək ki, Bakı- Tbilisi-Ceyhan əsas ixrac boru kəməri bilavasitə həm layihənin iştirakçısı olan dövlətlərin iqtisadi maraqlarını təmin edir, həm də müasir dünyanın son dərəcə aktual geoiqtisadi və geosiyasi məsələsi olan enerji təhlükəsizliyi probleminin həlli baxımından geniş imkanlar açır.
Məlum olduğu kimi, Qərb dövlətləri Xəzər hövzəsinin zəngin karbohidrogen yataqlarına sərbəst çıxış imkanı əldə etmək və özlərinin neft və təbii qaza artan tələbatını bu bölgənin alternativ imkanları vasitəsilə həll etmək, dünyada mövcud olan birqütblü enerji asılılığından azad olmaq istiqamətində son illərdə xüsusi fəallıq nümayiş etdirirlər. Qeyd etmək lazımdır ki, Azərbaycanın yeni neft siyasətinin Qərbin yanacaq təhlükəsizliyi geoiqtisadiyyatı ilə üst-üstə düşməsi və bu sahədə prezident Heydər Əliyevin qətiyyəti, prinsipiallığı və uzaqgörənliyinin hər iki tərəfin maraqlarına cavab verməsi Azərbaycanın enerji sahəsində bu ölkələrlə geostrateji tərəfdaşlığını şərtləndirmişdir. Bu amil Azərbaycanın Cənubi Qafqazdakı strateji mövqeyini və nüfuzunu da artırmış və respublikanın Avroatlantik məkanına inteqrasiyası üçün geniş şərait yaratmışdır.
Dostları ilə paylaş: |