“Azərbaycan Respublikasında strateji məhsullar ixracının kompleks tədqiqi” mövzusunda


Azərbaycanın beynəlxalq strateji enerji layihələrində iştirakı



Yüklə 0,51 Mb.
səhifə6/7
tarix03.02.2017
ölçüsü0,51 Mb.
#7583
1   2   3   4   5   6   7

3.3. Azərbaycanın beynəlxalq strateji enerji layihələrində iştirakı

perspektivləri

Müasir beynəlxalq münasibətlərin ən aktual məsələləri sırasına qloballaşan dünyanın əsas geosiyasi problemlərindən biri olan istehsalat tələbləri (enerji daşıyıcıları, xammal, texnologiya, kapital, satış bazarları) uğrunda dünya ölkələrinin apardığı mübarizəni də aid edirlər.

Dünyanın müasir sənaye sivilizasiyasının tələbləri sırasında neft və neft məhsulları-yanacaq-sürtgü materialları, istilik, elektrik enerjisi, plastmas, asfalt, neft emalı məhsulları və s. birinci yerdə dayanır. Odur ki, yer kürəsinin neft ehtiyatları və bu ehtiyatların məkanı (ərazi mənsubiyyəti) müasir dünyada transmilli mahiyyət kəsb edərək həm planetin inkişaf etmiş sənaye dövlətləri, həm də neftin sahibi olan ölkələrin milli-dövlət maraqları baxımından strateji əhəmiyyət kəsb edir. Dünyada istehsal olunan bütün elektrik enerjisinin 39,5%-i neftdən, 24,3%-i kömürdən, 22,1%-i qazdan, 6,9%-i sudan, 6,3%-i atomdan alınır. Göründüyü kimi, neft elektrik enerjisinin də əsas mənbəyi olaraq qalır. Bu gün dünyanın əsas neft istehlakçısı olan ABŞ (48%) getdikcə Çin, Hindistan kimi dövlətlərlə dünya neft bazarlarında ucuz neft uğrunda toqquşmalı olur. Odur ki, neft istehsal edən ölkələrlə partnyorluq münasibətləri uğrunda dünyanın böyük və inkişaf etmiş dövlətləri arasında ciddi rəqabət mövcuddur. Dünyanın neft ehtiyatları bəzi mənbələrin verdiyi təxmini məlumata görə, 140-200 milyard ton arasındadır. Bunun təxminən 3 milyardı ABŞ-da, 8 milyardı Venesuelada, 6 milyardı Meksikada, 35 milyardı Səudiyyə Ərəbistanında, 13 milyardı İraqda, 12 milyardı İranda, 13 milyardı Küveytdə, 13 milyardı Birləşmiş Ərəb Əmirliklərində, 5 milyardı Azərbaycanda, 4 milyardı Liviyada, 2 milyardı Nigeriyada, 3 milyardı Çində, 17 milyardı Rusiyada, 9 milyardı Qazaxıstanda və 30 milyard tondan bir qədər çoxu qalan bütün dünya ölkələrindədir. Azərbaycanın, göründüyü kimi, 5 milyard tona yaxın neft və 5-6 trilyon kubmetr qaz ehtiyatları dünya enerji ehtiyatlarının təxminən 4%-ini təşkil edir. Qlobal anlamda bu kifayət qədər sanballı rəqəmdir. Lakin milli seviyyədə (ölkənin əhalisinin sayı, ərazisi və daxili tələbatı nöqteyi-nəzərindən) bəhs edilən rəqəm çox böyük sərvətdir və Azərbaycanın dünya dövlətləri sırasındakı mövqeyinə xüsusi təsir göstərir. Neft istehlakına görə ABŞ başda olmaqla, Qərbin inkişaf etmiş sənaye dövlətləri, Çin, Hindistan və Rusiya dünyada öncül yerləri tuturlar. Hesablamalara görə dünyada insanlar neftlə tanış olduqları dövrdən bu günə qədər təxminən 100 milyard ton neft istehsal etmişlər. Bu gün dünyanın təxminən 80 ölkəsində 2,8-3,2 milyard ton neft istehsal olunur (təxminən ümumi ehtiyatın 2% həcmində). Ən çox neft istehsal edən ölkələr ―böyük beşlik‖ adlanan Səudiyyə Ərəbistanı, İraq, İran, Küveyt, BƏƏ, habelə, Venesuela, Meksika və Rusiyadır (bütün istehsal olunan dünya neftinin 90- 95%-i bu ölkələrin payına düşür). Regional anlamda Fars körfəzi ölkələri dünyanın neftlə zəngin ən əhəmiyyətli geoiqtisadi və geosiyasi bölgəsi hesab olunur. Xəzər hövzəsi ölkələri (Rusiya, Azərbaycan, Qazaxıstan, İran və Türkmənistan) yanacaq- enerji resurslarının həcminə görə dünyanın ən əhəmiyyətli ikinci geoiqtisadi və geosiyasi bölgəsi hesab olunur (ABŞ ekspertlərinin hesablamalarına görə Xəzərin dörd dövlətinin (İrandan başqa) birgə yanacaq və energetika ehtiyatları 51 -57 milyard tona yaxındır). ABŞ ekspertlərinin fikrincə, bu hövzədə yalnız neft resurslarının miqdarı 35- 37 milyard tondur. Xəzər regionunun dünya enerji məkanındakı yeri və rolu günü-gündən artır. Odur ki, ABŞ bu bölgəni özünün milli maraq zonası elan etmiş, Avropa İttifaqı ölkələri, Çin, Yaponiya kimi dövlətlər isə regionda təmsil olunmaq üçün ciddi səylər göstərirlər. Dünyanın müasir geosiyasi oriyentirlərinə təsir edən mühüm faktorlardan biri də enerji məhsullarının təhlükəsiz yollarla dünya bazarlarına və əsas istehlakçılara çatdırılması məsələsidir. Bu mənada Xəzər hövzəsinin katbohidrogen ehtiyatlarının - neft və qazın ixrac marşrutları, hansı ölkələrin ərazilərindən keçməsi məsələsi də müasir geosiyasi və geoiqtisadi problemlərin mərkəzində durur. Bu məsələdə həm region dövlətləri - Rusiya, İran, Türkiyə, Azərbaycan, Gürcüstan, Ukrayna, həm dünya dövlətləri - ABŞ, Avropa ittifaqı ölkələri, Çin, Yaponiya, həm də neft istehsal edən əsas ölkələr - Fars körfəzi ölkələri, Norveç, Venesuela və başqalarının maraqları mütləq qaydada təmsil olunur. Biri nefti öz ərazisindən keçirməklə tranzit maraqlarını, digəri onun hansı marşrutla - hansı bazara axacağı ilə özünün satış bazarında yaranacaq rəqabət maraqlarını, üçüncülər özləri üçün daha ucuz, təhlükəsiz və sabit enerji qaynaqları təmin etmək maraqlarını, dördüncülər sərvətlərini dünya bazarlarına sərbəst çıxarmaqla öz milli dövlətçilik və maddi problemlərinin həlli məsələlərini təmin etməyə çalışırlar. Məsələ burasındadır ki, neftin əsas istehlakçıları hesab olunan ―böyük səkkizlər‖ (ABŞ, Yaponiya və Qərbi Avropa dövlətləri) təxminən dünya neftinin 2-3 hissəsini istehlak edirlər. Proqnozlara görə, 2010-cu ildə dünyanın neftə olan ehtiyacı gündə 91 milyon barrel (hazırda bu rəqəm 75 milyondur) olacaqdır ki, bunun da ən azı 49%-ni ABŞ, Yaponiya və Qərbi Avropa, 41%-ni inkişaf etməkdə olan ölkələr, 10%-ni isə keçid dövrünü yaşayan dövlətlər istehlak edəcəkdir. Bu gün üçün əsas neftin böyük hissəsi Fars körfəzi ölkələrindən, Şimali Afrikadan, Meksika, Venesuela, Şimal dənizi (Norveç) və Rusiyadan ixrac edilir. Ərəb nefti dünya bazarlarına Fars körfəzi ilə dünya okeanını birləşdirən Hörmüz boğazından köçərək ixrac edilir ki, bu boğazın bir tərəfi İrana məxsusdur. Digər marşrut isə Suriyadan və Türkiyədən keçən neft kəmərləri vasitəsilə Aralıq dənizinə çıxır ki, bu da terrorçuların, qeyri-sabit mövqeyi ilə fərqlənən Suriya hakim dairələrinin təsiri altındadır. Odur ki, Qərb dairələri ərəb neftinə və qeyri- sabit Fars körfəzi marşrutuna yaxın on ildə daha sabit əvəzedici mənbə tapmaq istəyir. Belə mənbə, əlbəttə, Xəzər nefti, sabit marşrut isə Bakı-Tbilisi-Ceyhan ola bilər. Tədqiqatçıların fikrinə görə, Xəzər inkişaf etmiş ölkələr üçün əlavə enerji mənbəyi rolunu oynamağa qadirdir. Neftin geoiqtisadi hərəkəti, bir qayda olaraq, beş əsas mərhələdən ibarətdir hasilat - nəql - emal - yenə də nəql - satış. İnkişaf etmiş dövlətlər xam nefti hasilat yerindəcə (bəzən elə özləri də şərikli hasil edir) alır, qalan bütün mərhələləri özləri icra edirlər. Azərbaycan, əlbəttə, bəzi texnoloji və investisiya məhdudiyyətləri üzündən, əsasən, xam neft satır. Xəzər dənizindəki ehtiyatlarının isə hasilatının da bəzən təkbaşına deyil, xarici şirkətlərlə şərikli həyata keçirir, deməli, öz gəlirlərinin böyük qismini itirir. Gələcəkdə neftin hasilatını və emalını yüksək texnologiya əsasında müstəqil təşkil edə bilsə, onda ölkəmiz hazır neft məhsullarını dünya bazarlarına çıxararaq daha çox gəlir əldə edə bilər. Bu gün isə hələ ki, Azərbaycan yaxşı halda xam neft ixrac edir, yaxud da zəngin neft yataqlarını xarici şirkətlərlə birgə istifadə edir. Dünya enerji resursları sırasında neftdən sonra ən önəmli yeri təbii qaz tutur. Bu yanacaq neftdən həm ucuzdur, həm də onun ehtiyatları yer kürəsində daha çoxdur (təxminən 120-150 trilyon ton). Buna görə qaz əslində ―ehtiyat yanacaq‖ növü kimi dəyərləndirilir. Mütəxəssislərin fikrinə görə yer kürəsindəki neft ehtiyatları 50-100 il, qaz ehtiyatları isə 100-150 il insanların ehtiyacını tam ödəmək iqtidarındadır. Dünyanın ən çox qaz ehtiyatına malik və ən çox qaz istehsal edən ölkələri sırasında Rusiya (dünya qaz ehtiyatlarının 23%-i bu ölkədədir və hər il orta hesabla 574 milyard kub.m istehsal edir), ABŞ (müvafiq olaraq 21,3 %, 550 mlrd. kub.m.), Kanada (7.2%, 186 mlrd. kub. m.), Böyük Britaniya (4,4 %, 90 mlrd. kub.m.), Əlcəzair (3,3% 72 mlrd. kub.m.), Hollandiya (3 %, 64 mlrd. kub. m.), İndoneziya (2,6%, 68 mlrd. kub. m.) İran (2,4 %, 50 mlrd. kub.m.), Səudiyyə Ərəbistanı (2,‖2%, 46 mlrd kub. m.), Özbəkistan (2,2%, 51 mlrd kub. m.) Norveç (2,3%, 48 mlrd. kub.m.), Malaziya (2%, 41 mlrd.kub.m.), Meksika (1,8%, 35 mlrd.kubm), Türkmənistan (1,6%, 50 mlrd. kubm.), Azərbaycan (0,8 %, 4,5 mlrd kub.m.) və Qazaxıstan (0,6 %), 12 mlrd.kub.m. daxildir. Hər il dünyada orta hesabla 2 trilyon 585 mlrd. kub. m. qaz istehsal olunur ki, bunun da orta hesabla 60-70-ni ABŞ, Almaniya, Yaponiya, Fransa, İtaliya, Ukrayna, Polşa və digər Avropa dövlətləri istehlak edir. Rusiya özünün və Türkmənistan qazının Avropa və Avrasiya məkanına əsas ixracçısıdır. Hər il bu ölkə dünyanın qaz təminatının təxminən 40-45%-ni ödəyir. Rusiyanın Avropaya ixrac etdiyi qaz (hər il təxminən 15- 20 milyard dollarlıq) və malik olduğu qaz kəmərləri sistemi bu ölkə üçün həm də Avropanın geosiyasi mexanizmlərinə təsir imkanı yaradır. Rusiya qazını Avropaya ixrac edən Urenqoydan (Ukrayna, Macarıstan, Slovakiya, Avstriya, Çexiyadan keçməklə) Almaniyaya qədər uzanan; Belarus vasitəsilə Polşaya qədər uzanan; Qara dənizin dibi ilə Türkiyəyə, Yunanıstan və Bolqarıstana çıxan ―Mavi axın" kimi üç nəhəng qaz kəməri Rusiyaya faktiki olaraq bütün Avropa bazarına nəzarət etmək imkanı verir. Bundan başqa, Rusiya xarici bazarlara müstəqil çıxış imkanının olunmamasından istifadə edərək, Türkmənistan qazını da ucuz qiymətə almaqla dünya bazarlarına ixrac edir. Rusiya həm də geniş qaz və kəmər üstünlüklərindən istifadə edərək özünün məxsusi geosiyasi maraqlarını, xarici dövlətlərlə əlaqələrini kombinasiya edir. Məsələn, rus qazı Almaniyaya 120 (min kub metr üçün) ABŞ dollarına satılırsa, Polşaya 100, Baltikyanı dövlətlərə 80, Ukraynaya 50, Azərbaycana 62, Belarusa 46 dollara satılır. Göründüyü kimi, bu ölkə qiymət fərqindən istifadə edərək öz tələblərini, geosiyasi və digər maraqlarını xarici aləmə təlqin edir. Son zamanlar Ukraynada, Polşa və digər Şərqi Avropa dövlətlərində baş verən proseslər və Rusiya ilə yaranmış bir qədər sərin münasibətlər bu ölkəni Qərbi Avropa qaz bazarına çıxmaq üçün yeni-yeni marşrutlar axtarmağa məcbur edir. Belə marşrutlardan biri 2005-ci ilin aprel ayında Almaniya ilə razılaşdırılmış qaydada Baltik dənizinin dibi ilə Rusiyadan birbaşa Almaniyaya və digər Qərb ölkələrinə çəkiləcək strateji qaz kəməri hesab oluna bilər. Bu kəmərin çəkilişi üçün iki milyard ABŞ dollarından çox vəsait xərclənməsi nəzərdə tutulur. Xəzər hövzəsinin zəngin qaz ehtiyatlarının (Türkmənistan, Qazaxıstan və Azərbaycan qazı nəzərdə tutulur) Bakı-Tbilisi-Ərzurum marşrutu ilə Türkiyəyə, oradan da Avropa bazarlarına çıxarılması üçün Azərbaycanın, ABŞ və Qərb dövlətlərinin reallaşdırdığı layihə Rusiyanın bu bazarda tam hegemonluğuna bir qədər son qoya bilər. Odur ki, Rusiya uzun müddət bu layihənin perspektivsizliyi haqqında ciddi təbliğat apararaq, Qərb şirkətlərini onun maliyyələşdirilməsindən çəkindirməyə, Türkmənistan və Qazaxıstanın bu layihəyə qoşulmasının qarşısını almağa çalışır. Lakin buna nail olmağın qeyri-mümkün olduğunu hiss edəndən sonra Türkiyə ilə ―Mavi axın‖ qaz kəmərini çəkmək və rus qazını Türkiyə vasitəsilə bəhs olunan bazarlara çıxarmaq razılığına gəldi. Lakin Avropa ölkələri alternativ qaz və qaz kəmərləri layihəsinə üstünlük verərək Bakı-Tbilisi- Ərzurum kəmərini, Xəzərin Azərbaycan, Türkmənistan və Qazaxıstan ərazisindəki perspektivli qaz yataqlarının istismarını bir qədər də sürətləndirdi.

Xəzər regionunda, о cümlədən Azərbaycanda hasii olunan karbohidrogenlərin dünya bazarlarına çatdırılması üçün strateji məqsədlərdən biri də Transxəzər Qaz Boru Kəmərinin inşası layihəsinin həyata keçirilməsidir. Transxəzər Qaz Boru Kəməri vasitəsilə təbii qaz Türkmənbaşıdan Bakıya nəql ediləcək və sonradan Azərbaycan-Gürcüstan, oradan isə Türkiyə-Yunanıstan-İtaliya və yaxud Ukrayna-Polşa-Mərkəzi Avropa ölkələri istiqamətini əhatə edə bilər.

Gələcəkdə Avropanın təbii qaza olan təlabatının ödənilməsi məqsədilə Avropa İttifaqı üçün prioritet layihələrdən biri olan "Cənub Dəhlizi'" layihəsi çərçivəsinda Trans-Anadolu Boru Kəməri layihəsi (TANAP) realizə olunacaq və bu boru kəməri vasitəsilə Xəzər regionunda (Qazaxıstanda, Türkmənistanda, Azərbaycanda), Yaxın Şərqdə (İraqda, İranda) və Şimali Afrikada (Misirdə) hasil ediləcək təbii qazın Mərkəzi və Qərbi Avropa ölkələrinə çatdırılması planlaşdırılır.

Azərbaycanın "Şahdəniz-2" layihəsi çərçivəsində hasil ediləcək təbii qazın Avropaya çatdırılması üçün "'Şahdəniz" konsorsiumu tərəfindən son iki il ərzində bir neçə variantı nəzərdən keçirilmiş və nəticədə Trans Adriatik Boru Kəməri (TAP) seçilmişdir. Uzuniuğu 870 km olacaq ТАР kəməri Azərbaycan qazını Türkiyə, Yünamstan və Albaniya ərazisi ilə İtaliyaya nəqlini təmin edəcəkdir. Hazırda layihə üzrə qaz alıcıları ilə müqavilələrin imzalanması prosesi başa çatdırılır və ilkin mərhələdə bu kəmər vasitəsilə ildə 10 milyard kub-metr, daha sonra isə 20 milyard kub-metr həcmində təbii qazın Avropaya çatdırılması təmin olunacaq.

Bununla yanaşı, Azərbaycamn perspektiv yataqlarından, eləcə də regionun digər ölkələrində hasil olunacaq təbii qazın nəql edilməsi məqdədilə Trans-Anadolu Boru Kəməri (TANAP) və TAP (Trans-Adriatik) boru kəmərləri ilə yanaşı, gələcəkdə "Cənub Dəhlizi" layihəsi çərçivəsində, alternativ marşrut olan Nabucco-West qaz boru kəmərindən, eləcə də Cənub-Şərqi Avropanın mövcud və perspektiv boru kəməri arabağlantıları və birləşmələri sistemindən istifadə etməklə, Avropanın təbii qaza ehtiyacının böyük hissəsinin ödənilməsini təmin edərək, Azərbaycanın dünyada aparıcı karbohidrogen ixracatçıları və tranzit ölkələrindən birinə çevriləcəkdir.

Nəticə və təkliflər

Qloballaşma şəraiti və bazar iqtisadiyyatına keçid dövründə Azərbaycan Respublikasının xarici ticarətinin formalaşması və inkişaf strategiyasının tədqiqi onun xariji fəaliyyətinin stimullaşdırılması və səmərəliliyin yüksəldilməsinə, müasir dünya təsərrüfatı sisteminə inteqrasiyasının sürətlənməsinə, beynəlxalq iqtisadi münasibətlərin müstəqil subyekti kimi respublikanın beynəlxalq əmək bölgüsünə aktiv şəkildə qoşulmasına təvcih edilmiş mötəəddid prinsipial nəzəri-metodoloci nətijələr çıxarmağa, ümumiləşdirmələr aparmağa və bir sıra praktiki təkliflər irəli sürməyə əsas verir.

1.Tədqiqdən aydın olduğü kimi respublikanın xarici ticarəti birtərəfli ixrac və onun strukturunda bütün iqtisadiyat üçün arzuolunmaz nəticələrə gətirib çıxaran ilkin emal məhsullarının üstünlük təşkil etməsi xarakterikdir. Təbii ki, zəngin ixrac potensialına malik Azərbaycan üçün həmişə ixracyönümlü siyasət aparmaq məqsədəuyğundur, amma bununla yanaşı hazırkı şəraitdə iqtisadiyyatın idxal əvəzedici metodların tətbiqinə böyük ehtiyacı var. İdxalın strukturunun təhlili göstərir ki, onda yeyinti sənayesi, metallurgiya, maşınlar və nəqliyat avadanlıqları böyük paya malikdirlər. Aydındır ki, bu məhsulların Azərbaycanda istehsalı üçün güclü sənaye və xammal bazası var, yalnız işə salınmaya ehtiyac duyur. Zənnimizcə, Azərbaycan üçün optimal strategiya ixracın inkişafı və stabilləşdirilməsi ilə bərabər idxal əvəzedici siyasətin metodlarının tətbiqi ilə ola bilər.

2. Respublikanın ixrac strukturunda xammal, xüsusən də təbii ehtiyatlar üstünlüyü ilə bahəm bir və ya bir neçə məhsul üzrə ixtisaslaşma müşahidə olunur. Dünya təcrübəsində isə xarici ticarət strukturunun əsasən, bir və ya iki məhsuldan ibarət olması, ölkənin xarici ticarətini həmin məhsulların dünya bazarındakı konyuktura vəziyyətindən asılı edir. Mövcud fakt ixrac strukturunun diversifikasiyasının təşkilini lazım qılır. Lakin ixracın diversifikasiyası neft məhsullarının payının süni surətdə azaldılması hesabına deyil, əksinə təkrar emalın keyfiyyətinin artrılması, iqtisadiyyatın digər perspektiv sahələrinin inkişafı və ixracın ümumi həcminin artırılması hesabına əldə olunmalıdır.

3. Fikrimizə görə Azərbayjanın ixracının əsas problemlərindən biri ixracyönümlü sənaye istehsalına dövlət dəstəyi və stimullaşdırılması zəruriliyi ilə bağlıdır. Hər il kənd təsərrüfatı təyinatlı xammalın ixracının azalması və mineral məhsulların reallaşmasının dünya bazarı konyukturasından yüksək səviyyədə asılılığı respublikada emal sənayesinin, neft-qaz maşınqayırmasının inkişafına və ixracda hazır məhsulun payının artırılmasına yönəlmiş dövlət proqramı qəbul olunmalıdır.

4. Daxildə istehsal olunan əmtəələrinə-kənd təsərrüfat məhsulları və bir sıra istehlak mallarına əlverişli şərait yaratmaq üçün həmin qəbildən olan məhsulların idxal tarifini artırmaq lazımdır. Yalnız bu şəkildə daxili bazarı qorumaq və milli istehsalı stimullaşdırmaq olar. Digər tərəfdən ölkə daxilində idxaləvəzedici məhsulların stimullaşdırılması siyasəti aparılmalıdır. Bu yalnız istehlak mallarına deyil, o cümlədən sənaye təyinatlı mallara da aid edilir. Xüsusilə bu elektrik cihazları, məişət jihazları və s. kimi Azərbayjanın kifayət qədər güclü mövqeyə malik olduğu sahələrə aid edilir.

5. Sənaye sahələrinin ixraca oriyentasiyasından alınn effekti obyektiv qiymətləndirmək lazımdır. Bu sahələrin inkişafına yönəlmiş dövlət siyasəti həmişə faydalıdır. Hətta bu sahələr xarici bazarlarda uğur qazanmasa belə, ölkənin özü bu sahələrin məhsulları ilə tam təmin olunar və idxalın zəruriliyindən azad olar.

6. Respublikanın iqtisadiyyatın strukturunda yeyinti sənaye məhsullarının payı mütəmadi olaraq artır və eyni zamanda ölkənin yeyinti sənayesi diversifikasiyalaşmış kənd təsərrüfatına əsaslanır. Buna görə də o yalnız respublika tələbatını deyil, o jümlədən xariji bazarları rəqabət qabiliyyətli məhsulla təjhiz edə bilər. Bununla paralel xariji firmalarla rəqabətə tab gətirməyən istehsal sahələrinin inkişafı və ixrajyönümlü modelin tətbiqi respublika üçün çox fayda verə bilər. Unutmamaq lazımdır ki, ixraj birtərəfli xarakter daşımamalıdır, ixrajdan əldə olunan gəlirlər məqsədyönlü şəkildə digər sənaye sahələrin inkişafına yönəldilməlidir.

7. Dünya praktikasına görə xarici ticarətin stimullaşdırılması və inkişaf etdirilməsi prosedurunda dövlət dəstəyi prossesin kamilliyi nöqteyi nəzərdən kuliminativ əhəmiyyətə mailkdir. Dövlət dəstəyi birbaşa formada, yəni dotasiya, güzəştli kreditlər və s., o ümlədən dolayı formada-vergi güzəştləri, ixracın sığortalanması vasitəsilə, ixrac mükafatlarının verilməsi və bir sıra digər növ yardımlarda da bilər. Məsələn, dövlət ixrajyönümlü müəssisələr üçün kadrlar hazırlaya, onların xaricdə fəaliyyəti üçün zəruri siasi və iqtisadi şərait yarada bilər. Yeni sənaye ölkələrinin, xüsusilə Cənubi Koreyanın təcrübəsi xarici bazarlara çıxış üçün xüsusi sahibkarlığın həvəsləndirilməsi və stimullaşdırılması sahəsində dövlət siyasətini açıq-aşkar göstərir.

8. Unikal təbii və iqlim şəraiti respublikamıza dunya bazarına nadir məhsullar ixrac etməyə imkan verir. Bunlara nərə kürüsünü, biyan kökünü, qoz, şabalıd və s. nümunə vermək olar. Fikrimizcə, bu məhsullardan xarici ticarət əməliyyatlarında maksimal istifadə etməlidir. Lakin bu məhsulların bugün sadəcə xamaml olaraq ixracı arzuedilməz haldır. Əgər bu malları son məhsul həddinə çatdırılması ölkə daxilində təmin olunsa həm respublikamız daha çox gəlir əldə edər, həm də idxal strukturunda çeşit artımı müşahidə olunar.

11. Azərbaycanın xarici tijarət dövriyyəsinin inkişafının və ixrac potensialının əsas amili xidmətlərlə ticarətdir. Əmtəələrlə əməliyyatlardan fərqli olaraq, xidmətlərlə ticarətə gömrük nəzarəti tətbiq edilmir. Beynəlxalq mübadilənin obyekti kimi xidmətlər daha çox elm və kapital tutumludur və sənaye xarakteri kəsb etməkdədir. Sağlamlıq turizmi, istirahət, ovçuluq və s. kimi sferalarda nəhəng imkanlara, tarixi və mədəni abidələrə malik Azərbayjanın yüksək turist xidmətləri istehsalçıları olan ölkələrdən birinə çevrilmək imkanı var. Lakin respublikanın xidmətlərlə beynəlxalq ticarətinə mane olan əsas səbəblər kommunikasiya sisteminin, mehmanxana təsərrüfatının inkişaf səviyyəsinin və nəqliyyatın dünya tələblərinə cavab verməməsi, mükəmməl maliyyə xidmətləri bazarının olmaması, baxmayaraq ki, ölkəmiz çoxlu tarixi abidələrə, muzeylərə və müalicəvi xüsusiyyətləri olan əvəzsiz mənbələrə malikdir, turizmin inkişafının lazımi səviyyədə olmamasıdır. Bu məqsədlə xidmətlər ticarətinin həcminin artırılması naminə turizmin inkişafına mütəvəccih fəaliyyətlərin təşkili və mövcud infrastrukturun bərpası və inkişafı təmin olunmalıdır.

12. İxrac siyasəti ilə ümumi iqtisadi inkişaf strategiyası arasında üzvi əlaqələrin formalaşdırılması və bu gün həyata keçirilən fəaliyyətdə mahiyyət dəyişikliklərinin aparılması zəruriliyidir. Bu yönümdə struktur islahatlarının aparılması və bu əsasda ixraj siyasətinin optimallaşdırılması itiqamətində dövlət proqramı işlənib hazırlanmalıdır.

13. Ümumiyyətlə, müasir qloballaşma şəraitində kiçik tutumlu bazarın özünüqoruma mexanizmi formalaşdırılmalı və qlobal əlaqəlar sistemində tam şəkilli əriməsinin qarşısı alınmalı, bazarın həm biliteral, həm də multiliteral münasibətlərinin optimal mütənasibliyi gözlənilməli, bazar subyektlərinin regional və qlobal bazarlar sistemində bazar paylarının təmərküzləşməsi və iriləşməsi prosesində hökumət tərəfindən yaxından yardım edilməlidir.

İstifadə edilmiş ədəbiyyat siyahısı

  1. Гаджиев Ш.Г. “Азербайджан на пути и мировому сообществу: стратегия внешне экономического развития”. Киев, « Экспресс обьява»,2000.

  2. Геостратегия: “Международное значение контракта века”, “Возраждение – XXI век” Баку – 2000, № 5, стр. 51 – 57

  3. “Нефтяная стратегия: Борьба Азербайдажнской диломатии за основной экспортный нефтепровод Баку – Тбилиси – Джейхан” “Возраждение – XXI век” Баку – 2000, №11, 12, стр. 127 – 130

  4. Chris Marsden,“Background to the Russian assault on Chechnya: a power struggle over Caspian oil”, 18 November 1999 (Internet)

  5. Regional iqtisadi inteqrasiya: nəzəriyyə və praktika” (monoqrafiya), Ə. Bayramov, Bakı 1997

  6. Xarici iqtisadi fəaliyyətin makroiqtisadi tənzimlənməsi” K.F. Sadıqov, K.S. Qafarov, N.V. Bədirov, Bakı 1999

  7. Azərbaycan iqtisadiyyatının formalaşması və inkişaf problemləri”, M.T. Əliyev, Bakı 2002

  8. Dövlətin iqtisadi siyasəti” A. Əliyev, A. Şəkərəliyev, Bakı 2002

  9. Azərbaycanın iqtisadi siyasəti” A. Əliyev, Bakı 2003

  10. İqtisadi siyasət strategiyası: konseptual əsaslar” S. Səfərov, Bakı 2000

  11. Azərbaycanın iqtisadi inkişafının konsepsiyası və proqramı” Ə. Əlirzayev, Bakı 1999

  12. Calal Mahmudov – Bakı nefti, neft milyonçuları və Nobel qardaşları. Bakı – 2005

  13. Əliyev H.Ə. Azərbaycan nefti dünya siyasətində. Bakı, 1997, s.478.

  14. Əliyev T.N., Babayev M.T. Neft-qazçıxarma sənayesini müəssisələrinin iqtisadi potensialı. Bakı: Azərnəşr, 2003, 264 s.

  15. Hacızadə E.M. Neftqazçıxarma kompleksinin iqtisadi inkişaf modeli, Bakı: Elm, 2002. 472 s.

  16. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin beynəlxalq və regional əhəmiyyəti” beynəlxalq konfrans. Tezislər, 6-7 iyun 2002.

  17. Hacızadə E.M., Abdullayev Z.S. Neft təsərrüfatının iqtisadi strukturunun modernizaziyası. Bakı: Elm, 2003, 512 s.

  18. Səfərov Q.Ə., Dadaşova K.S. Neft-qaz kompleksində məhsulun keyfiyyəti və rəqabətqabiliyyətliliyi. Bakı: Elm, 2011, 224 s.

  19. Nurəliyeva R.N Azərbaycanın yanacaq-enerji kompleksinin inkişafının iqtisadi və ekoliji problemləri. Bakı, Azərnəşr , 2010 , 221 s.

  20. www.socar.com - ARDNŞ

  21. www.oilfund.az - ARDNF

  22. www.stat.gov.az - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi.

  23. www.economy.gov.az - Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi

  24. www.bp.com - BP-Azərbaycan

  25. www.europa.eu.int - Avropa İttifaqı.

  26. www.iea.org - Beynəlxalaq Enerji Agentliyi.


РЕЗЮМЕ

Важнейшими направлениями внешнеэкономической стратегии Азербайджанской республики на современном этапе формирования ее отношений с мировым рынком необходимо считать увеличение е экспортных возможностей, совершенствование не только структуру экспортных операций, но и импортных операций, а также выход на мировые рынки с конкурентоспособной продукцией, которая бы отвечала их требованиям и стандартам. В связи такой ориентацией необходимо более подробно рассмотрет возможности республики и факторы, способствующие реализации этих направлений внешнеэкономической стратегии Азербайджана.

В диссертации изучены теоретико-консептуальные основы экспортной стратегии стран с переходной экономикой с учётом требований современного периода.

В диссертационной работе всесторонне исследованы экспортного потенциала Азербайджана и структуры экспорта.

В диссертации определяются развитие экспортного потенциала и совершенствования структуры экспорта как основное направление стратегии внешнеэкономических связей.

В заключение диссертационной работы обобщается проведённые исследования и выдвигаются конкретные предложения и рекомендации.


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin