“Azərbaycan Respublikasında strateji məhsullar ixracının kompleks tədqiqi” mövzusunda


FƏSİL 2. AZƏRBAYCANIN STRATEJİ MƏHSULLAR İXRACININ TƏHLİLİ



Yüklə 0,51 Mb.
səhifə3/7
tarix03.02.2017
ölçüsü0,51 Mb.
#7583
1   2   3   4   5   6   7

FƏSİL 2.

AZƏRBAYCANIN STRATEJİ MƏHSULLAR İXRACININ TƏHLİLİ
2.1. Neft və qaz strateji məhsullarının istehsalı və ixrac potensialı
Son iki əsrdə neft-qaz ehtiyatları Azərbaycanın iqtisadi həyatında mühüm mərhələni formalaşdıraraq, həm də milli dəyərlərdə öz əksini tapmışdır. Ölkəmizin malik olduğu təbii sərvətlərin ən geniş əhatəli hissəsini təşkil edən neft resursları üzərində qurulan sənaye indi də, iqtisadiyyatımızın aparıcı sahəsi olaraq özünü göstərir. Yanacaq-enerji kompleksinin 2/3 hissəsini özündə birləşdirən neft sənayesi həm də, respublikanın sosial-iqtisadi inkişafının əsası kimi iqtisadi dirçəlişi stimullaşdıran mühüm sahədir.

Ekspertlərin hesablamalarına görə dünyada neftin potensial ehtiyatları 540 milyard tona çatır.Sübut olunmuşdur ki, dünya neft ehtiyatlarının 3/4 hissəsindən çoxu OPEK ölkələrində, yarısından çoxu isə 4 Orta Şərq ölkəsində-Səudiyyə Ərəbistanı, İran, Kuveyt və İraqdadır.Dünya neft ehtiyatlarının 1/4 hissəsi və OPEK ehtiyatlarının 1/3 hissəsi təkcə Ərəbistanın payına düşür.

Ekspertlərin fikrinə görə keçmiş SSRİ və Şərqi Avropa ölkələrinin neft ehtiyatları 32,4 milyard ton, başqa sözlə desək, məcmu dünya ehtiyatlarının 6 faizi qədər qiymətləndirilir. Alimlərin fikrincə bu göstərici regiona kifayət qədər investisiya yönəldiyi şəraitdə texniki tərəqqi və geoloji kəşfiyyat sahəsində mütərəqqi yeniliklər sayəsində əhəmiyyətli dərəcədə artırıla bilər.

Dünya neft ehtiyatları içərisində Azərbaycanın xüsusi çəkisi 0,6 faiz  təşkil edir. Əgər bu ehtiyatları dünya regionları ilə müqayisə etsək, onda görərik ki, onun ehtiyatları Cənub-Şərqi Asiya, Avstraliya, Okeaniya ölkələrinin ümumilikdə ehtiyatlarına bərabərdir və Qərbi Avropanın ehtiyatlarını təqribən 2 dəfə üstələyir.

Azərbaycan Dövlət Neft Şirkəti Geofizika  və Mühəndis Geologiyası İstehsalat Birliyinin məlumatına görə Azərbaycanın quru və dəniz sektorunda 625-dən çox antiklinal tipli qarışıqlar var. Bunlar çox perspektivli neftli-qazlı laylardır.

Ümumiyyətlə isə, neft sənayesinin bütün inkişafı dövründə 64 neft və qaz yatağı kəşf edilmişdir.Hal-hazırda quruda 37, Xəzər dənizinin Azərbaycan sektorunda 17 yataq istismara verilmək ərəfəsindədir. İndiyə qədər torpağın qatlarından 1,4 milyard ton neft, 450 milyard kub metrdən çox qaz çıxarılmışdır. İlkin neft ehtiyatlarının işlənməsi dərəcəsi quruda 87 faiz, dənizdə 53 faiz təşkil edir.

Azərbaycanın neftçıxartma sənayesinin əsas inkişaf perspektivləri dəniz yataqlarının mənimsənilməsi və Xəzərin potensial strukturlarından asılıdır.Belə ki, respublikanın neft sənayesinin potensial resurslarının təqribən yarısı Xəzər dənizinin Azərbaycan sektorunda cəmləşmişdir.Bir sıra iri neft yataqlarının aşkarlanması bunu bir daha təsdiq edir.Bu resursların geoloji və geofiziki metodlarla öyrənilmə dərəcəsi cəmi 34 faiz təşkil edir.

Qonşu respublikalarla müqayisə etdikdə görürük ki, Azərbaycanda sənaye istehsalının ümumi həcmində yanacaq-energetika kompleksinin xüsusi çəkisi 1991-ci ildəki 16%-dən artaraq 2001-ci ildə 73%-ə çatmışdır. Əlbəttə bunu normal hal hesab etmək olmaz. Yaxın gələcəkdə başqa sahələrin inkişaf etməsi nəticəsində bu sahənin xüsusi çəkisi azalacaq.

Ölkə iqtisadiyyatının bu gün əsas və aparıcı sahəsi neft-qaz sənayesi hesab edilir.Neft-qaz sənayesi milli və iqtisadi təhlükəsizliyin əsas başlıca komponenti kimi çıxış edir. Ölkə büdcəsinin 60-70%-i onun vəsaiti hesabına formalaşır.

Qeyd etmək lazımdır ki, son dövrdə neft ehtiyatlarının tükənməsi haqqında fikirlər dolaşır. Əlli il əvvəl planetdə neft hasilatı illik 500 milyon ton həddində olanda dünya ehtiyatları 20 milyard ton hesab edilirdi və yaxın 20-25 il ərzində ehtiyatların tükənəcəyi ehtimal olunurdu. Lakin yeni perspektivli nəhəng yataqların kəşfi belə proqnozları reallığa çevirmədi.

Aparılmış tədqiqatlar göstərir ki, ərazi və şelfdə potensial neft ehtiyatlarının 40-50%-i, təbii qazın 80%-i bu gün hələ kəşf edilməmiş qalır.

Geoloji tədqiqatlarda belə bir aşkar müəyyənlik var ki, respublika ərazisinin 12-14%-i, neft-qaz yataqlarının mövcudluğu baxımından kifayət qədər öyrənilməmişdir və burada perspektiv neft-qazlılıq baxımından tam qiymətləndirilməmiş müxtəlif kateqoriyalı ehtiyatların olduğu güman edilir.

Neft-qaz sənayesinin texniki-iqtisadi potensialının qiymətləndirilməsində ilk öncə ehtiyatlar və hasilat göstəricilərinə nəzər yetirək. 130 illik tarixi mərhələni aşmış sənaye üsullu hasilat dövründə laylardan 1,8 milyard tondan çox karbohidrogen çıxarılmışdır. Bunun 470 milyard m3 təbii qaz, qalan hissə isə kondensatla birlikdə neftdir. Hasilat payı: quruda 935 milyon ton neft, 130 milyard m3 qaz, dənizdə 470 milyon ton neft, 340 milyard m3 qaz təşkil edir. Quruda rekord hasilat neft 1941-ci ildə 23450 milyon ton, dənizdə 1970-ci il 13 milyon ton, təbii qaz quruda 1970-ci ildə 10 milyard m3, dənizdə 1982-ci ildə 14 milyard m3 olmuşdur.

İndiyədək açlımış 71 neft-qaz yatağının 54-də, o cümlədən, dənizdə yerləşən 38 yataqdan 17-sində istismar davam edir. Quruda  ümumi toplumda indiyədək aşkarlanan 90-dan çox neftli-qazlı sahədən 43-ü sənaye əhəmiyyətli yataq kimi istismara cəlb edilmişdir. Azərbaycan nefti dünya bazarında marker növünə görə, yüksək keyfiyyətli təbii xammal kimi qəbul edilir.

Xəzərdə hasilatda sürətlənən meyllər respublikanın neft-qaz potensialına yeniliklər gətirmişdir.Hazırda Xəzərin Azərbaycan sektorunda karbohidrogen ehtiyatlarının ümumi həcminin 6-8 milyard ton neftə bərabər olması daha çox səslənməkdədir.Quru sahələrində də proqnoz ehtiyatları 1 milyard ton həcmində ehtimal edilir.Ümumilikdə ölkənin karbohidrogen ehtiyatları orta hesabla 8 milyard ton neftə ekvivalent tutulur.Bu, indiki əhali sayında bir nəfər üçün 1000 tona yaxındır.Digər tərəfdən bu göstərici ayrı-ayrılıqda dünyanın inkişaf etmiş 7 sənaye dövlətlərindən xeyli yüksəkdir.Ehtiyatların həcminə görə, respublikamız Şərqi Avropa, Avstraliya və Okeaniya, Cənub-Şərqi Asiya ölkələrində xeyli irəlidə gedir.Bizim Xəzər şelfində aşkarlanan qaz ehtiyatları dünya ehtiyatlarının 1%-i həcmində qiymətləndirilir.

Ölkədə quru sahələrində neft hasilatını artırmaq üçün xeyli ehtiyat imkanları mövcuddur.

Respublika axtarış qazmasının geofiziki üsulları ilə müəyyən edilmiş 32 strukturunda 140 milyon tondan çox neft ehtiyatı vardır. Bununla  belə perspektivli sahələrdə 337,3 milyon ton neftin olduğu təsdiqini almışdır.

Azərbaycanın Enerji Nazirliyinin məlumatına əsasən, Azərbaycanın imzaladığı müqavilələri əhatə edən regionlarında 6-8 milyard barel neft ehtiyatı vardır. Sadəcə Azəri-Çıraq-Günəşli yataqlarının neft ehtiyatı 730 milyon tondur. Yuxarıda verilən məlumat əsasında Azərbaycanın dünya neft ehtiyatlarının 0.7%-nə sahib olduğunu deyə bilərik.

Azərbaycanın neft ehtiyatları aşağıdakı kimi göstərilmişdir:

Cədvəl 2.1. Şərqi Avropa və Avroasiya ölkələrində təsdiq olunmuş neft ehtiyatları (milyon barel)

Ölkələr/İllər

2008

2009

2010

2011

2012

Azərbaycan

7.000

7.000

7.000

7.000

7.000

Belarus

198

198

198

198

198

Qazaxstan

30.000

30.000

30.000

30.000

30.000

Rusiya

75.954

76.650

77.403

77.403

80.000

Türkmənistan

600

600

600

600

600

Ukrayna

395

395

395

395

395

Özbəkistan

594

594

594

594

594

Mənbə: OPEK-in illik statistik bülleteni (www.opec.org)

Orta Asiya və Qafqazda xam neftin mövcud olduğunun bilinməsi XIII əsrə qədər uzanır.XIX əsrin sonlarına doğru, regiondakı güclər, dünya gücləri və neft şirkətləriarasında böyük bir rəqabət başladı. Neft bazarındakı nüfuzunu itirməkdənqorxan Rusiya, 1895-ci ildə Amerikan Standart Oil, The Rotchilds və Nobelsşirkətləri arasında bir müqaviləni baykot etdi. Regiondakı rəqabət, etnik münaqişələri, bürokratiya və nisbətən az inkişaf etmiş hüquqi və ticari icralar daartan nisbətdə alovlanırdı.

XIX əsrdə texnologiyanın inkişafı neft ehtiyatlarının yüksək səviyyədəistifadəsini mümkün etdi və regionun nəzarəti üçün verilən mübarizələr də artdı. Rəqabət əsas olaraq, Qafqaz və Xəzər dənizi ətrafında mərkəzləşdi. Regiondançıxan xam neft XX əsrdə hər iki dünya müharibəsində də mühüm rol oynadı. Qafqazın neft sahələrinin mühafizəsi müttəfiqlərin ən əsas işi oldu.İkinci dünya müharibəsi ərəfəsində, Qafqaz nefti Hitlerin kəşfiyyatçılarınınən əsas hədəfi idi. 1939-cu il Alman Rus paktından sonra, Qafqazdan çıxardılanSovet nefti Alman neft idxalının 1/3-ni təşkil edirdi. 1942-ci ildə Almaniyaregionun təbii sərvətləri üzərindəki hakimiyyəti ələ keçirtmək üçün mütəmadiolaraq hücumlar təşkil etdi.

Sovet dövründə Azərbaycanın öz təbii resurslarından çox istifadə edə bilmədiyi, ittifaqın neft ehtiyaclarının böyük bir hissəsini qarşladığı müşahidə edilir. Neft hasilatını və ixracını artırmaq məqsədilə neft sənayesinə qoyulan sərmayələrdə qeyri-mütənasib artışın müqabilində, digər sənaye sahələrinə qoyulan sərmayələr getdikcə azalmışdır.

SSRİ-nin dağılmasından sonra demək olar ki, bütün dünyanın diqqəti müstəqilliyini qazanan Türk dövlətlərinə çevrildi. Zəngin neft və təbii qaz ehtiyatlarına sahib olan bu dövlətlər təəssüf ki, tək başlarına neft və təbii qaz ehtiyatlarını istifadə edə biləcək maddi və texniki gücə sahib deyildilər.

Azərbaycanın Xəzər dənizindəki neft hasilatı və inkişafı Günəşli, Çıraq,Azəri və Kəpəz olmaqla 4 sahədə cəmləşmişdi. Ancaq, sadə texnologiyanın istifadəsi səbəbiylə həm hasilatda, həm də hasil edilə biləcək ehtiyatlarda azalmaproblemləri ilə qarşı qarşıya qalınmışdı. 1980-ci ildə neft hasilatı 14.7 milyonton idisə, bu rəqəm getdikcə azalaraq 1990 cı-ildə 12.5 milyon ton, 1995 ci-ildə9.2 milyon tona və 1996-cı ildə isə 9.1 milyon tona düşmüşdür. Neft hasilatındakıbu azalma, köhnə texnologiyaların istifadəsi və neftçıxartma avadanlıqlarınıntəmirindəki nöqsanlar səbəbiylə məhsuldarlığın azalmasından qaynaqlanmışdır.

Azərbaycanın sahib olduğu zəngin neft yataqlarının istifadəsi üçün1992-ci ilin sentyabrında Azərineft və Azneftkimya birləşdirilərək AzərbaycanDövlət Neft Şirkəti (The State Oil Company if the Azerbaijan Republic-SOCAR) yaradıldı. Neft hasilatının artırılması və mövcud ehtiyatlarının yaxşılaşdırılması ancaq müasir texnologiyanın istifadəsi və yeni layihələr həyatakeçirtməklə mümkün ola biləcəkdi. Azərbaycanın sahib olduğu iqtisadi gücü vətexnologiyası mövcud ehtiyatların istifadəsi və inkişafı üçün kifayət etmirdi. Buproblemlər Azərbaycanı böyük neft şirkətləri ilə müttəfiqliyini zəruri edirdi.

Ölkədə həm quruda, həm də dənizdə neft çıxarılır. Quruda çıxarılan neft daha çox Abşeron yarımadasında çıxarılır. Azərbaycanın neft müqavilələri əsasən dəniz yataqları üzərində cəmləşmişdir. Azərbaycan böyük neft şirkətləri iləimzaladığı müqavilələrlə neft ehtiyyatlarını ölkə iqtisadiyyatına cəlb etməyi hədəf olaraq seçmişdir. Bu hədəf istiqamətində, qurudakı yataqlar da daxil olmaqla 20 sentyabr 1994-cü ildən etibarən Azərbaycanda dünyanın 19 ölkəsindən 33 şirkətin iştirakı ilə 23 beynəlxalq neft müqaviləsi imzalanmışdır. Hasilatın Bölgüsü Müqavilələri 25-30 illik dövrü əhatə edir. Qərarlaşdırılan sərmayəninümumi həcmi 60 milyard dollardan çoxdur. Neft layihələrinin həyata keçirilməsində 72-si yerli olmaqla 400 şirkət iştirak edir. Şirkətlərin fəaliyyətləri inşaatdan ekoloji xidmətlərə qədər uzanır. Yerli və xarici şirkətlər arasında müttəfiqlik, müasir texnologiyaların, materialların, idarə etmə texnikalarının istifadəsinə imkan yaradır və beləliklə mərkəziidarəetmə tipindən bazar iqtisadiyyatına keçiddə böyük rol oynayır.


2.2. Neft və qaz strateji məhsullarının ixracının mövcud vəziyyəti və

dinamikası

Neft qaz-sektorunun markroekonomik çevrədə əhəmiyyəti bu sektorun ÜDM-in strukturunda, dövlət büdcəninin gəlirlərində və xarici ticarət dövriyyəsindəki pay nisbəti ilə ölçülür. Həmin pay bölgüsünün ölkə iqtisadiyyatında optimal korelyasiyası inkişaf üçün mühüm sayır. Əks halda belə vəziyyət müdhiş «Holland sindromu» adlanan iqtisadi fenomenlə müşaiyət oluna bilər. Hekşer-Olinin nəzəriyyəsinə əsaslanan bu iqtisadi fenomen praktik müstəvidə böyük neft industriyası yaratmış bir sıra ölkələrdə (Norveç, İngiltərə, Meksika və s) müxtəlif səviyyədə və müxtəlif illərdə özünü biruzə vermişdir. Hadisənin özəyində 1960-1970-ci illərində Şimal dənizində Niderland dövlətinin təbii qazın hasilatı ilə bağlı həyata keçirdiyi iqtisadi strategiyanın acı nəticələri dayanır. Belə ki, ölkədə təbii qaz bolluğu yeni iqtisadi situasiya yaradaraq onun geniş ixracına rəvac vermiş, nəticədə ölkə büdcəsi və iqtisadiyyatı əsaslı dərəcədə təbii qaz kapitalının inhisarına keçmişdir. Yerdəyişməyə məruz qalmış gəlir artımı nəticəsində ənənəvi ixracat yönümlü emal sənayesi sahələrində istehsalın məhdudlaşması və ölkədə çatışmayan əmtəələrin idxalının yüksəlişi baş vermişdir. Xarici bazarlardan aslılıq şəraitində dəyişən qiymət meylləri isə ölkəni çətin staqnasiya vəziyyətinə salmış, əhalinin sosial vəziyyətini çətinləşdirərək gəlirlərinin aşağı düşməsi ilə müşaiyət olunmuşdur . Bütün bunlarla yanaşı vurğulanmalıdır ki, xammal ixracı heç də qorxulu məqam deyildir. Bu model də ölkə iqtisadiyyatının yüksəlişinə səbəb olur və ona təmamilə heç də pis baxılmamalıdır. Bir çox inkişaf etmiş ölkələr Kanada, Böyük Britaniya, Norveç və digərlərinin iqtisadiyyatlarında xammal ixracı əhəmiyyətli çəkiyə malikdir . Ona görə də, bu strategiyada başlıca prinsip ondan ibarətdir ki, belə vəziyyətdən sui-istifadə edilməsinə yol verilməsin. Həm də nəzərdən qaçırılmasın ki, bu sindrom avtarkiyalı iqtisadiyyatların məhsulu deyil. Onun qaynaqlandıran ticari inteqrasiya sistemidir. Bundan irəli gələrək daha acı perspektivləri hədəf götürən neft istehslçısı ölkələr vəziyyətdən çıxış üçün müvafiq Mineral Xammal Fondları yaradır və neft gəlirrləri üzrə spekulyativ əməliyyatlar realaşdırırlar. Bü gün Azərbaycanda həyata keçrilən biçimli neft strategiyası ilə ölkəmizdə bu sindromun yaşanması amilini təmamilə nəzarətə götürmüşdür. Bu nəzarətin əsasında isə dövlət büdcəsində optimal təsbit edilən neftin ixrac satış qiyməti, ARDNF təsisatlandırması və digər makro iqtisadi mexanizmlər dayanır .

Neft-qaz sektorunun ÜDM-in strukturundakı payı bu sahədə ən mühüm markroekonomik göstərici olaraq çıxış edir. Neft-qaz istehsalçıları olan inkişaf etmiş ölkələrdə neft qaz-sektorunun ÜDM-in strukturundakı payı 20-30%-dən çox olur. Ümumən isə neft-qaz sənayesi ənənəviləşmiş belə ölkələr üçün müvafiq standartın 20-25% olması optimal hesab edilir. Burada həmçinin ÜDM-in adambaşına düşən həcminin 20-25$ mindən yuxarı olması da şərtlidir. Azərbaycan bu göstəricilər hazırda 48,5% və 6008$ təşkil edir .

Statistika əsasən 2010-cu ildə qeyri-neft sektorunun artım templəri 7,9% olmaqla neft-qaz sektorunun artım templərini bir neçə bənd üstələmişdir. Lakin nəzərə alındada kı, neft-qaz-sektorunun həcm tutumu olduqca miqyaslı və rəqabətədavamlıdır, onda bu atrım templərini o qədər də qənaətbəxş hesab etmək olmaz. Nəzəri hesablamalara görə buradakı artım defelyatorun yaxın 20 il üçün hər il 2-3 olması təminatı daha əsaslı nəticələrə gətirb çıxaracaqdır .


Cədvəl 2.2. Azərbaycanın ÜDM-də neft və qeyri-neft sektorlarının payı

Mln.manatla




2010

2011

2012

2013

Ümumi daxili məhsul - cəmi,

42 465,0

52 082,0

54 743,7

57 708,2

neft-qaz sektoru

20 409,5

25 829,9

24 487,3

24 035,1

neft-qaz sektorunun payı

48,1%

49,6%

44,7%

41,6%

qeyri-neft sektoru

22 055,5

26 252,1

30 256,4

33 673,1

qeyri-neft sektorunun payı

51,9%

50,4%

55,3%

58,4%

Mənbə: Dövlət Statistika Komitəsi (www.stat.gov.az)

Zəngin karbohidrogen resurslarına malik ölkəmizdə ildən-ilə neft və təbii qaz hasilatı, neft məhsullarının istehsalı və ixracı artırılmaqla iri həcmdə valyuta daxilolmaları təmin edilmişdir.


Cədvəl 2.3. Azərbaycanın ixracında neft və qeyri neft sektorunun xüsusi çəkisi, %-lə




2011

2012

2013

İxrac

100,0

100,0

100,0

Neft sektoru

94,4

93,1

92,7

Qeyri-Neft sektoru

5.6

6.9

7.3

Mənbə: Dövlət Statistika Komitəsi (www.stat.gov.az)
Bütövlükdə, 2001-2013-cü illərdə 172,6 milyard dollar dəyərində karbohidrogen (mineral yanacaq, neft və neft emalı məhsulları) ixrac olunmuşdur ki, bu da ümumi ixracın 94 faizini təşkil etmişdir.
Cədvəl 2.4. Xam neft ixracının ümumi ixracda xüsusi çəkisi

İllər

Xam neft ixracı, mlrd.dollar

Ümumi ixrac, mlrd.dollar

Neft ixracının payı

2014

18,4

21,8

84,4

2013

20,2

24

84,2

2012

20,2

23,9

84,5

2011

22,9

26,6

86,1

2010

18,5

21,4

86,5

2009

12

14,7

81,6

2008

44,2

47,8

92,5

2007

3,2

6,1

52,5

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin