Azərbaycan Respublİkasının Aİlə Məcəlləsİ



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə22/95
tarix16.12.2022
ölçüsü0,91 Mb.
#75433
1   ...   18   19   20   21   22   23   24   25   ...   95
Azərbaycan Respublikasının Ailə Məcəlləsi

Alimentin öd
ənilməsi barədə saziş
Madd
ə 94. Alimentin ödənilməsi barədə sazişin bağlanması və onun forması
94.1. Aliment öd
ənilməsi barədə saziş (alimentin miqdarı, ödənilmə qaydası və şərtləri) aliment ödəməli olan şəxslə
onu alan 
şəxs arasında, aliment ödəməli olan və (və ya) onu alan şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs olduqda isə həmin
şəxslərin qanuni nümayəndələri arasında bağlanır. Tam fəaliyyət qabiliyyəti olmayan şəxslər aliment ödənilməsi barədə
sazi
şi özlərinin qanuni nümayəndələrinin razılığı ilə bağlayırlar.
94.2. Aliment öd
ənilməsi barədə saziş yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. Aliment
öd
ənilməsi barədə sazişin qanunla müəyyən olunmuş formasına əməl edilməməsi Azərbaycan Respublikasının Mülki
M
əcəlləsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
94.3. Aliment öd
ənilməsi barədə saziş notariat qaydasında təsdiq edildikdə, icra vərəqəsi qüvvəsinə malik olur.
Madd
ə 95. Aliment ödənilməsi barədə sazişin bağlanması, icrası, dəyişdirilməsi, pozulması və etibarsız sayılması
qaydası
95.1. Aliment öd
ənilməsi barədə sazişin bağlanması, icrası, dəyişdirilməsi, pozulması və etibarsız sayılması üçün
Az
ərbaycan Respublikası Mülki Məcəlləsinin mülki hüquqi əqdlərin bağlanması, icrası, dəyişdirilməsi, pozulması və
etibarsız sayılması bar
ədə normaları tətbiq olunur.
95.2. Aliment öd
ənilməsi barədə saziş tərəflərin qarşılıqlı razılığı əsasında istənilən vaxt dəyişdirilə və pozula bilər.
Bu halda sazi
şin dəyişdirilməsi və pozulması bu Məcəllənin 94.2-ci maddəsində nəzərdə tutulan eyni formada həyata
keçirilir.
95.3. Aliment öd
ənilməsi barədə sazişi icra etməkdən birtərəfli qaydada imtina etməyə və onun şərtlərinin birtərəfli
qaydada d
əyişdirilməsinə yol verilmir.
95.4. T
ərəflərin maddi və ailə vəziyyətində əsaslı dəyişiklik olduqda və aliment ödənilməsi barədə sazişin dəyişilməsi
v
ə pozulması üçün razılıq əldə edilmədikdə, maraqlı tərəf bu sazişin dəyişdirilməsi və ya pozulması üçün məhkəmə
qar
şısında iddia qaldırmaq hüququna malikdir.
Madd
ə 96. Aliment alanın maraqları pozulduqda aliment ödənilməsi barədə sazişin etibarsız sayılması
96.1. Alimentin öd
ənilməsi barədə sazişdə nəzərdə tutulan təminatın verilməsi şərtləri azyaşlı uşağın, yaxud yetkinlik
ya
şına çatan, lakin əmək qabiliyyəti olmayan ailə üzvünün maraqlarını pozursa, o cümlədən bu Məcəllənin 97.2-ci
madd
əsinin tələblərinə əməl edilmədikdə həmin saziş mübahisələndirilə bilər.
96.2. Bu sazi
ş azyaşlı uşağın və ya yetkinlik yaşına çatan, lakin əmək qabiliyyəti olmayan ailə üzvünün qanuni
nümay
əndəsi, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən mübahisələndirilə bilər.

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin