Azərbaycan Respublİkasının Aİlə Məcəlləsİ



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə19/95
tarix16.12.2022
ölçüsü0,91 Mb.
#75433
1   ...   15   16   17   18   19   20   21   22   ...   95
Azərbaycan Respublikasının Ailə Məcəlləsi

[32]
Be
şinci bölmə
 
Ail
ə üzvlərinin aliment öhdəlikləri
 
13-cü f
əsil
Valideynl
ərin və uşaqların aliment öhdəlikləri


Madd
ə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi
75.1. Valideynl
ər uşaqlarını saxlamağa borcludurlar.
75.2. U
şaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər.
75.3. Valideynl
ər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə
sazi
ş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər.
75.4. Valideynl
ər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə
qaydasında tutulur.
75.5. Aliment öd
ənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları
saxlamadıqda v
ə məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan
u
şaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.
Madd
ə 76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı
76.1. Aliment öd
ənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər
ay a
şağıdakı miqdarda aliment tutulur:
76.1.1. 1 u
şağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;
76.1.2. 2 u
şağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;
76.1.3. 3 v
ə daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.
76.2. Bu payların miqdarı m
əhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa
hallar n
əzərə alınmaqla azaldıla və artırıla bilər.
Madd
ə 77. Uşaqlar üçün aliment tutulan əmək haqqının və (və ya) başqa gəlirlərin növləri
U
şaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa
g
əlirlərinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Madd
ə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması
78.1. Valideynl
ər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də
aliment verm
əyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və
ya bir hiss
əsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə
alimentin valideynin qazancından (g
əlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və
t
ərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait
tutulmasını t
ələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul
m
əbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq
qazancın (g
əlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
78.2. Sabit pul m
əbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər
hallar n
əzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq

əyyən edilir.
78.3. T
ərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan
alimentin miqdarı bu M
əcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən
edilir.
Madd
ə 79. Valideyn himayəsindən məhrum olmuş uşaqlara görə tutulan aliment və ondan istifadə
79.1. Valideyn himay
əsindən məhrum olmuş uşaqlara görə aliment bu Məcəllənin 76—78-ci maddələrinə uyğun
olaraq tutulur v
ə uşağın qəyyumuna (himayəçisinə) və ya himayədar valideynlərə (atalığa, analığa) ödənilir.
79.2. Valideyn himay
əsindən məhrum olmuş və sosial xidmət müəssisələrində yerləşdirilən uşaqların
valideynl
ərindən tutulan aliment həmin müəssisələrin hesabına keçirilir və hər bir uşağın özünə xərclənir.
79.3. Göst
ərilən müəssisələr həmin məbləğləri bankda saxlaya bilər. Məbləğlərin dövriyyəsindən alınan gəlirin 50
faizi u
şaqların saxlanmasına sərf olunur. Uşaq bu müəssisələri tərk etdikdə aliment məbləğlərinin cəmi və alimentin
dövriyy
əsindən əldə olunan gəlirin 50 faizi uşağın adına bankda açılan hesaba köçürülür.
Madd
ə 80. Əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların aliment almaq hüququ
80.1. Valideynl
ər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını
saxlama
ğa borcludurlar.
80.2. Aliment öd
ənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların
saxlanması üçün alimentin miqdarı, t
ərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla
m
əhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir.
Madd
ə 81. Valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı
81.1. Alimentin tutulması bar
ədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş
u
şaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən
k
ənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası

əyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.
[33]


81.2. Valideynl
ərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə
t
ərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə
alınmaqla, h
ər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.
81.3. M
əhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə
bil
ər.
Madd
ə 82. Yetkinlik yaşına çatmış övladların valideynlərini saxlamaq vəzifəsi
82.1. 
Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan
valideynl
ərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar.
82.2. Aliment öd
ənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan
valideynl
ər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur.
82.3. Övladların h
ər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi
v
əziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul
m
əbləğində müəyyən edilir.
82.4. Alimentin miqdarı mü
əyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik
ya
şına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə
alma
ğa haqlıdır.
82.5. Valideynl
ərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar
əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər.
82.6. U
şaqlar valideynlik hüquqlarından məhrum edilən valideynlərinə aliment ödəməkdən azad edilirlər.
Madd
ə 83. Yetkinlik yaşına çatan övladların valideynlərinə görə əlavə xərclərdə iştirakı
83.1. Yetkinlik ya
şına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır
x
əstəliyə tutulduqda, əlilliyi müəyyən edildikdə, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və
dig
ər müstəsna hallarda, yetkinlik yaşına çatmış övladlar məhkəmə qaydasında yuxarıdakı hallarla əlaqədar əlavə
x
ərclərin çəkilməsinə cəlb edilə bilərlər.
[34]
83.2. Yetkinlik ya
şına çatan övladların hər biri tərəfindən əlavə xərclərin ödənilməsi qaydası və bu xərclərin miqdarı
m
əhkəmə tərəfindən, valideynlərin və uşaqların maddi və ailə vəziyyətləri, digər diqqətəlayiq hallar nəzərə alınmaqla bu
M
əcəllənin 82.3—82.6-cı maddələrinə uyğun olaraq müəyyən edilir.
83.3. 
Əlavə xərclərin ödənilməsi qaydası və bu xərclərin miqdarı tərəflərin sazişi ilə də müəyyən oluna bilər.
14-cü f
əsil

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin