əssisədə sosial işçinin iştirakı ilə onların görüşünü (görüşlərini) təşkil edir. 118.9. Bu M əcəllənin 118.8-ci maddəsində nəzərdə tutulmuş görüşün (görüşlərin) nəticəsinə dair sosial işçinin hesabatı n əzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı uşağın övladlığa götürmək istəyən şəxsin (şəxslərin) ailəsində sınaq müdd əti ilə yerləşdirilib-yerləşdirilməməsi barədə qərar qəbul edir. Uşaq övladlığa götürmək istəyən şəxsin ( şəxslərin) ailəsində müvafiq icra hakimiyyəti orqanı və övladlığa götürmək istəyən şəxs (şəxslər) arasında bağlanmış müqavil ə əsasında yerləşdirilir. 118.10. U şaq Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan övladlığa götürmək istəyən şəxsin ( şəxslərin), o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ailəsində sınaq müddətində həmin şəxslərin Az ərbaycan Respublikasında mülkiyyətində yaşayış sahəsi olduğu hallarda həmin yaşayış sahəsində, əks halda Az ərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğun olaraq olduqları yer üzrə qeydiyyata alındıqdan sonra həmin yerl ərdə yerləşdirilir. 118.11. Sosial i şçi uşağın övladlığa götürmək istəyən şəxsin (şəxslərin) ailəsində sınaq müddətində yerləşdirilməsinin monitorinqini aparır. Monitorinqin n əticəsi mənfi olduqda uşaq sosial xidmət müəssisəsinə qaytarılır və müvafiq icra hakimiyy əti orqanı tərəfindən bu Məcəllənin 118.4-cü maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq reabilitasiya t ədbirləri görülür. 118.12. Müvafiq icra hakimiyy əti orqanı uşağın övladlığa götürmək istəyən şəxsin (şəxslərin) ailəsində sınaq müdd ətində yerləşdirilməsinin nəticələrinə əsasən övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu barədə rəy verir. 118.13. Müvafiq icra hakimiyy əti orqanının uşağın övladlığa götürülməsi ilə bağlı rəyi müsbət olduqda, uşağı övladlı ğa götürmək istəyən şəxs (şəxslər) həmin rəylə birlikdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uy ğun olaraq ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmənin müvafiq qərarı qəbul edilənədək, habelə məhkəmə t ərəfindən uşağın övladlığa verilməsi barədə müsbət qərar qəbul edildikdə, bu Məcəllənin 118.9-cu maddəsi ilə müəyyən edilmi ş sınaq müddəti həmin qərarın qanuni qüvvəyə mindiyi günədək uzadılır. Müvafiq icra hakimiyyəti orqanının u şağın övladlığa verilməsi ilə bağlı rəyi mənfi olduqda və ya məhkəmə uşağın övladlığa verilməsindən imtina olunması bar ədə qərar qəbul etdikdə uşaq yerləşdiyi müəssisəyə qaytarılır və müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu M əcəllənin 118.4-cü maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq reabilitasiya tədbirləri görülür. 118.14. Müvafiq icra hakimiyy əti orqanının övladlığa götürmənin övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında r əyi mənfi olduqda, uşağı övladlığa götürmək istəyən şəxs (şəxslər) bu Məcəllənin 118.3-cü (bu Məcəllənin 118.3.1-ci madd əsi istisna olmaqla) maddəsi ilə müəyyən edilmiş prosedurları təkrar keçməlidirlər. 118.15. U şaq qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) tərəfindən övladlı ğa götürüldükdə, bu Məcəllənin 118.3.2-118.3.5-ci maddələrinin tələbləri həmin şəxslərə şamil edilmir. [58] 118.16. U şaq ögey ata, ögey ana tərəfindən övladlığa götürüldükdə (hər iki valideynin vəfat etdiyi hallar istisna olmaqla) bu M əcəllənin 118.3-cü maddəsinin tələbləri onlara şamil olunmur. 118.17. Az ərbaycan Respublikası vətəndaşı olan uşaqlar əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlı ğa götürüldükdə, uşağı övladlığa götürmək istəyən şəxsə (şəxslərə) hüquqi yardım akkreditə edilmiş orqan t ərəfindən həyata keçirilir. 118.18. Akkredit ə edilmiş orqan müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 118.19. Övladlı ğa götürmək istəyən şəxsin (şəxslərin) və övladlığa götürülən uşaqların hüquq və vəzifələri m əhkəmənin uşağın övladlığa götürülməsinin müəyyən olunması barədə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən yaranır. 118.20. U şağın övladlığa götürülməsi barədə məhkəmənin qətnaməsi qanuni q üvvəyə mindikdən sonra həmin q ətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron m əhkəmə” informasiya sistemi vasitəsilə m üvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemin ə ötürülür. [59] 118.21. U şağın övladlığa götürülməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün müəyyən olunmuş qaydada qeydiyyata alınır. 118.22. Övladlı ğa götürmə barədə qərar məhkəmə tərəfindən uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin), Az ərbaycan Respublikasının vətəndaşı olan uşaq əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldüyü zaman is ə övladlığa götürmək istəyən şəxs (şəxslərin) və ya onların müraciəti əsasında akkreditə edilmiş orqanın ərizəsi əsasında qəbul edilir. Övladlığa götürmə barədə ərizəyə müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə mülki prosessual qanunvericilikd ə nəzərdə tutulmuş xüsusi icraat qaydasında baxılır. 118.23. Ögey ata (ögey ana) t ərəfindən övladlığa götürülmə zamanı məhkəmə prosesində müvafiq icra hakimiyyəti orqanının i ştirakı tələb olunmur. 118.24. Ər-arvaddan biri əcnəbi olan nikahda olan şəxs (qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qarda şları, onların övladları) istisna olmaqla) tərəfindən övladlığa götürmə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər t ərəfindən övladlığa götürməyə bərabər tutulur.