Azərbaycan Respublİkasının Aİlə Məcəlləsİ


[81] Madd ə 131. Övladlığa götürmənin ləğv edilməsi



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə33/95
tarix16.12.2022
ölçüsü0,91 Mb.
#75433
1   ...   29   30   31   32   33   34   35   36   ...   95
Azərbaycan Respublikasının Ailə Məcəlləsi

[81]
Madd
ə 131. Övladlığa götürmənin ləğv edilməsi
131.1. Övladlı
ğa götürmənin ləğv olunması məhkəmə qaydasında həyata keçirilir.
131.2. Övladlı
ğa götürmənin ləğv olunması barədə işə qəyyumluq və himayə orqanının və müvafiq icra hakimiyyəti
orqanının i
ştirakı ilə baxılır.
[82]
131.3. M
əhkəmənin övladlığa götürməni ləğv etmək haqqında qətnaməsinin qüvvəyə mindiyi gündən övladlığa
götürm
əyə xitam verilir.
131.4. Övladlı
ğa götürmənin ləğv olunması barədə məhkəmənin qətnaməsi qanuni q üvvəyə mindikdən sonra həmin
q
ətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron
m
əhkəmə” informasiya sistemi vasitəsilə m üvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)
informasiya sistemin
ə ötürülür.
[83]
Madd
ə 132. Övladlığa götürmənin ləğv edilməsinin əsasları
132.1. Övladlı
ğa götürmə aşağıdakı hallarda ləğv edilir:
132.1.1. övladlı
ğa götürənlər onlara həvalə edilmiş valideynlik vəzifələrini yerinə yetirmədikdə;
132.1.2. övladlı
ğa götürənlər valideynlik hüquqlarından sui-istifadə etdikdə;
132.1.3. övladlı
ğa götürənlər övladlığa götürülən uşağa qəddar münasibət bəslədikdə;
132.1.4. övladlı
ğa götürənlər xroniki alkoqolik və narkoman olduqda.
132.2. M
əhkəmə uşağın rəyini nəzərə almaqla onun mənafeyi naminə digər əsaslarla da övladlığa götürməni ləğv edə
bil
ər.
Madd
ə 133. Övladlığa götürmənin ləğv olunmasını tələb etmək hüququ olanlar
Övladlı
ğa götürmənin ləğv olunmasını övladlığa götürənlərin özləri , uşağın valideynləri, övladlığa götürülən 14
ya
şına çatmış uşaq və müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər.
Madd
ə 134. Övladlığa götürmənin və övladlığa götürmənin ləğv olunmasının hüquqi nəticələri
134.1. Övladlı
ğa götürülənlər və onların övladları övladlığa götürənlərə və onların qohumlarına münasibətdə, eləcə
d
ə övladlığa götürənlər və onların qohumları övladlığa götürülənlərə (onların övladlarına) münasibətdə öz şəxsi qeyri-
əmlak və əmlak hüquq və vəzifələrinə görə mənşəcə qohumlara bərabər tutulurlar.
134.2. Övladlı
ğa götürülən uşaqlar öz valideynlərinə (qohumlarına) münasibətdə bu Məcəllənin 129-cu maddəsində
n
əzərdə tutulan hallar istisna olmaqla şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələrini itirirlər.
[84]
134.3. U
şaq övladlığa bir nəfər tərəfindən götürüldükdə əgər o, kişidirsə,—ananın arzusu ilə, əgər qadındırsa—atanın
arzusu il
ə, şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələri saxlanıla bilər.
134.4. U
şağın valideynlərindən biri öldükdə, əgər bunu onun mənafeyi tələb edirsə, ölmüş valideynin atasının və ya
anasının (u
şağın babasının və ya nənəsinin) xahişi ilə ölənin qohumlarına münasibətdə şəxsi qeyri-əmlak və əmlak hüquq
v
ə vəzifələri saxlanıla bilər. Ölən valideynin qohumlarının övladlığa götürülən uşaqla ünsiyyətdə olmaq hüququ bu
M
əcəllənin 62-ci maddəsinə uyğun həyata keçirilir.
134.5. U
şağın övladlığa götürülməsi haqqında məhkəmənin qətnaməsində övladlığa götürülənin valideynlərindən
biri v
ə ya ölmüş valideynin qohumları ilə münasibətlərin saxlanması barədə qeyd olunur.
134.6. Bu M
əcəllənin 128.1 və 128.2-ci maddələri ilə nəzərdə tutulmuş hüquqi nəticələri övladlığa götürən şəxslərin
u
şağın doğum haqqında akt qeydində onun valideynləri qismində yazılmasından asılı olmadan yaranır.
[85]
134.7. M
əhkəmə övladlığa götürülməni ləğv etdikdə, övladlığa götürülmüş uşağın və övladlığa götürənlərin (onların
qohumlarının) qar
şılıqlı hüquq və vəzifələrinə xitam verilir. Uşağın mənafeyi bunu tələb edərsə, onunla valideynləri
(onun qohumları) arasında qar
şılıqlı hüquq və vəzifələr bərpa olunur.
134.8. Övladlı
ğa götürmə ləğv olunduqda, uşaq məhkəmənin qətnaməsi ilə valideynlərə qaytarılır.
134.9. Bu halda, u
şağın valideynləri olmadıqda, yaxud uşağın valideynlərinə qaytarılması onun mənafeyinə ziddirsə,
u
şaq müvafiq icra hakimiyyəti orqanının himayəsinə verilir.
134.10. M
əhkəmə uşağa övladlığa götürülərkən verilən ad və soyadın saxlanıb-saxlanılmamasını bu Məcəllənin
125.3-cü madd
əsi ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla həll edir.

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin