Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi


Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları



Yüklə 0,73 Mb.
səhifə49/61
tarix13.12.2023
ölçüsü0,73 Mb.
#175881
1   ...   45   46   47   48   49   50   51   52   ...   61
DEVdR3Vob0xy97cUnAKQBSERK0f3jUI1B4oeBZj2

Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Azərbaycan Respublikası Prezidentinin aktları ilə nəzərdə tutulmuş hallarda və hədlərdə, yalnız Azərbaycan Respublikası Prezidentinin aktları ilə onların səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə qəbul edilə bilər.
Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları qərarlar formasında qəbul edilir.
Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən qəbul edilən təlimatlar, əsasnamələr, nizamnamələr və qaydalar qərarlarla təsdiq edilir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən hazırlanmış normativ hüquqi aktların layihələri razılaşdırılmaya göndərildiyi andan “elektron hökumət” portalında yaradılmış xüsusi bölmədə yerləşdirilməlidir.
Normativ hüquqi akt mərkəzi icra hakimiyyəti or­qan­la­rı tərəfindən qəbul olunduqda bu normativ hüquqi aktın istinad etdiyi Azər­bay­can Res­publikası Prezi­den­ti­nin aktı göstəri­l­məli və həmin aktın icrası məqsədi ilə qəbul olunduğu qeyd edilməlidir.
İcra hakimiyyəti or­qa­nının nor­ma­tiv hüquqi aktının layihəsi onu qəbul edən dövlət orqanının struktur böl­mə­ləri tərəfindən həmin dövlət orqanının hüquq xidmətinin mütləq iştirakı ilə hazırlanır. Sahələrarası məsələlərə aid normativ hüquqi aktın layihəsi hazırlanarkən həmin sahələrə aid olan struktur bölmələri ilə razılaşdırılmalıdır.
Ayrı-ayrı sahələr üzrə hazırlanan normativ hüquqi aktın layihəsi müvafiq sahədə dövlət siyasətini və tənzimləməsini həyata keçirən dövlət orqanları ilə razılaşdırılmalıdır. İnzibati ərazi vahidlərinin səlahiyyəti və mənafeyi ilə bağlı normativ hüquqi aktın layihəsi hazırlanarkən onların müvafiq orqanları bu işə cəlb olunurlar.
Azərbaycan Respublikasının Nazirlər Kabineti və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən hazırlanmış normativ hüquqi aktların layihələri (əldə olunması qanunla məhdudlaşdırılan informasiyaları əks etdirən layihələr istisna olmaqla) razılaşdırılmaya göndərildiyi andan “elektron hökumət” portalında yaradılmış xüsusi bölmədə yerləşdirilməlidir. Layihənin ha­zır­­lanması üçün qanun­ve­ri­ci­lik­də və ya normayaratma or­qa­nı­nın tapşırığı ilə 2 ay və ya daha az müddət müəyyən edil­dikdə 5 gündən az digər hallarda isə 10 gündən az vaxt müəy­yən­ləş­dirməməlidir. Portalda yer­ləş­di­rilmiş normativ hüquqi aktların layihələrinə dair verilən təkliflər məqsədəuyğun hesab edildikdə nəzərə alınır, məqsədəuyğun hesab edilmədikdə təklifi verən şəxsə bu barədə əsaslandırılmış cavab təqdim olunur.
Yuxarı dövlət orqanı tərəfindən müvafiq sahədə dövlət siyasətini və tənzimləməsini həyata keçirən dövlət orqanına normativ hüquqi aktın layihəsinin hazırlanması tapşırıldıqda, tapşırıqda icra müddəti mütləq qeyd edilməklə, müvafiq sahədə dövlət siyasətini və tənzimləməsini həyata keçirən dövlət orqanı əsas icraçı kimi müəyyən olunmalı və layihənin razılaşdırılması vacib olan dövlət orqanları göstərilməlidir.
Normativ hüquqi aktın layihəsi iri həcmli olduqda, layihənin üçdən artıq dövlət orqanı ilə razılaşdırılması və ya dəvət olunmuş müstəqil ekspertlərin layihə ilə bağlı əlavə ekspertizalar keçirməsi zərurəti yarandıqda, layihəni hazırlayan dövlət orqanının əsaslandırılmış təqdimatına əsasən, onun hazırlanması üçün müəyyən edilmiş müddət tapşırığı verən müvafiq dövlət orqanı tərəfindən uzadılır.
Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarında digər hal nəzərdə tutulmadıqda, normativ hüquqi aktın layihəsinin razılaşdırılması zamanı dövlət orqanının müvafiq layihəyə dair razılıq verməsi və ya verməməsi layihənin müəyyən olunmuş qaydada alındığı gündən ən geci 60 gün keçənədək, onun vizalanması isə ən geci 5 gün keçənədək həyata keçirilir.
Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarında normativ hüquqi aktın layihəsinin hazırlanması üçün 3 ay və ya daha az müddət müəyyən edildikdə isə razılaşdırılmaq üçün müvafiq dövlət orqanına daxil olmuş layihəyə 10 gün müddətində münasibət bildirilməlidir.
Razılaşdırılma haqqında məlumat müəyyən edilmiş müddətdə təqdim edilmədikdə və bu zaman razılaşdırılma müddətinin uzadılması zərurəti və ya bu müddətin uzadılmasından imtina edilməsi əsaslandırılmaqla razılaşdırılma müddətinin uzadılması haqqında təklif olmadıqda, normativ hüquqi aktın layihəsi razılaşdırılmış hesab olunur və normayaratma orqanına təqdim edilən layihəyə razılaşdırılma haqqında məlumatı vaxtında təqdim etməyən dövlət orqanına göndərilən müvafiq müşayiət məktubu əlavə olunur.
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 48.2–48.5-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetindən Azərbaycan Respublikasının Prezidentinə təqdim edilən normativ hüquqi aktın layihəsinə, onun növündən asılı olaraq, aşağıdakılar əlavə edilir:



  • müşayiət məktubu;

  • normativ hüquqi aktın qəbul edilməsi zərurətinin əsaslandırılması, o cümlədən maliyyə-iqtisadi əsaslandırılması;

  • layihənin razılaşdırılması (vizalanması) haqqında məlumatı əks etdirən sənədlər;

  • layihəyə dair məcburi hüquqi ekspertizanın, o cümlədən layihənin sui-istifadəyə məruz qalmasına dair və digər ekspertizaların rəyləri;

  • hər bir dövlət orqanı göstərilməklə, layihəni hazırlamış şəxslərin siyahısı;

  • qanunda dəyişikliklər edilməsi haqqında qanun layihələrinə maddənin və ya qanunun digər struktur elementinin redaksiyası və layihə ilə qanuna təklif edilən dəyişikliklər nəzərə alınmaqla maddənin və ya qanunun digər struktur elementinin redaksiyası göstərilməklə müqayisəli cədvəl;

  • layihəyə aid digər sənədlər (öz qərarına əsasən).

Normativ hüquqi aktın layihəsi Azərbaycan Respublikasının Prezidentinə kağız daşıyıcıda və eyni zamanda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında yaradılmış xüsusi elektron poçt ünvanına elektron fayl formasında göndərilir.


Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə normativ hüquqi aktın layihəsinin hazırlandığı və ya layihənin birbaşa Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsinin zərurəti əsaslandırıldığı hallar istisna edilməklə, hər hansı bir dövlət orqanı və ya qurumunun hazırladığı normativ hüquqi aktın layihəsi Azərbaycan Respublikasının Prezidentinə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təqdim edilməlidir. Belə zərurət əsaslandırılmadıqda və ya bu cür əsaslandırma qaneedici olmadıqda, normativ hüquqi aktın layihəsi münasibət bildirməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilir. Bu halda Azərbaycan Respublikasının Nazirlər Kabineti qaldırılan məsələni aşağıdakı qaydada həll edir:



  • məqsədəuyğun hesab etdikdə, normativ hüquqi aktın layihəsini hazırlayaraq “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 48.2–48.5-ci maddələrinə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;

  • məqsədəuyğun hesab etmədikdə, bu barədə əsaslandırılmış cavab məktubunu Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.

Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinin III hissəsinə uyğun olaraq qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Milli Məclisinə təqdim etdiyi qanun layihəsində dəyişikliklərin edilməsinə dair digər icra hakimiyyəti orqanlarının təklifləri Azərbaycan Respublikasının Milli Məclisinə (deputatlara, komitələrə) təqdim oluna bilməz.


Normativ hüquqi aktın layihəsinə baxılması və onun qəbul edilməsinin ümumi qaydası “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun XII fəsli ilə müəyyən edilir.
Dövlət orqanının əsasnaməsində nəzərdə tutulmuş hallarda normativ hüquqi akt dövlət orqanının rəhbəri və ya kollegiyası tərəfindən qəbul edilir. Normativ hüquqi aktın qəbul edilməsi barədə dövlət orqanının kollegiya qərarını bu orqanın rəhbəri imzalayır.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin