Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi


Fəsil 7. İCRA HAKİMİYYƏTİ ORQANLARININ NORMATİV HÜQUQİ AKTLARININ QƏBUL EDİLMƏSİ



Yüklə 0,73 Mb.
səhifə46/61
tarix13.12.2023
ölçüsü0,73 Mb.
#175881
1   ...   42   43   44   45   46   47   48   49   ...   61
DEVdR3Vob0xy97cUnAKQBSERK0f3jUI1B4oeBZj2

Fəsil 7. İCRA HAKİMİYYƏTİ ORQANLARININ NORMATİV HÜQUQİ AKTLARININ QƏBUL EDİLMƏSİ


Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 iyul tarixli 483 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında” Əsasnamə ilə Azərbaycan Respublikası Prezidentinin fərmanlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının, nazirliklərin, komitələrin və digər mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq hazırlanması və qəbul edilməsi qaydasını müəyyən edilir .
Normativ hüquqi akt layihəsinin hazırlanmasının və normayaratma orqanına təqdim edilməsinin ümumi qaydası “Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 45–48-ci maddələri ilə müəyyən edilir.
Azərbaycan Respublikasının Konstitusiyasına görə ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Prezidenti fərmanlar qəbul edir və imzalayır.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilən əsasnamələr, nizamnamələr, qaydalar və norma nəzərdə tutan digər aktlar Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə təsdiq edilir.
Azərbaycan Respublikası Prezidentinin normativ hüquqi aktı qəbul olunduqda bu aktın istinad etdiyi Azərbaycan Respublikası Konsti­tu­si­ya­sının maddəsi göstərilməli və aktın həmin maddənin icrası məqsədi ilə qəbul olunduğu qeyd edilməlidir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilən aşağıdakı iki növ fərman təsdiq olunması üçün 24 saat müddətində Milli Məclisə göndərilir:



  • Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktik işğal olunduqda, xarici dövlət və ya dövlətlər Azərbaycan Respublikasına müharibə elan etdikdə, Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi yarandıqda, Azərbaycan Respublikasının ərazisi blokadaya alındıqda, habelə blokada üçün real təhlükə olduqda Azərbaycan Respublikasının bütün ərazisində və ayrı-ayrı yerlərində hərbi vəziyyət edilməsi barədə fərman;

  • təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük ekoloji və başqa qəzalar baş verdikdə, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə yönəldilən hərəkətlər edildikdə, zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar yarandıqda, vətəndaşların həyatı və təhlükəsizliyi yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələr meydana gəldikdə Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edilməsi barədə fərman.




 Hərbi vəziyyət elan edilməsi haqqında

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin