Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi


Digər qanun layihələrinə, həmçinin Konstitusiya qanunu



Yüklə 0,73 Mb.
səhifə44/61
tarix13.12.2023
ölçüsü0,73 Mb.
#175881
1   ...   40   41   42   43   44   45   46   47   ...   61
DEVdR3Vob0xy97cUnAKQBSERK0f3jUI1B4oeBZj2

Digər qanun layihələrinə, həmçinin Konstitusiya qanunu layihələrinə isə üç oxunuşda baxılır.
Qanunvericilik təşəbbüsü hüququnun subyekti Milli Məclisin müzakirəsinə təqdim etdiyi qanun layihəsini onun yekun oxunuşda baxılmasına qədər geri çağırmaq hüququna malikdir.
Qanun layihəsinin birinci oxunuşu zamanı onun qəbul edilməsinin zəruriliyi, əsas müddəaları müzakirə edilir, qanun layihəsinin ümumi konsepsiyasına qiymət verilir.
Müzakirə layihənin təşəbbüsçüsünün və aparıcı komitəsinin nümayəndəsinin məruzələri ilə başlanır.
Bundan sonra komitələrdə layihəyə baxılarkən onların arasında fikir ayrılığı əmələ gəlmişdirsə, layihə ilə razı olmayan daimi komitənin rəyini həmin komissiyanın nümayəndəsi oxuyur.
Qanun layihəsinə birinci oxunuşda baxılması nəticəsində Milli Məclisin aşağıdakı qərarlarından birini qəbul edir:



  • layihə birinci oxunuşda qəbul edilsin və söylənilmiş təkliflər və iradlar nəzərə alınmaqla onun üzərində iş davam etdirilsin (bu qərar protokol qaydasında qəbul edilir);

  • əsaslar və səbəblər göstərilməklə layihə rədd edilsin;

  • layihənin qəbul edilməsi müəyyən müddətə təxirə salınsın;

  • irad və təkliflər göstərilməklə, layihə yenidən işlənilməsi üçün geri qaytarılsın;

  • qanun qəbul edilsin.

Milli Məclis birinci oxunuşda qəbul edilmiş qanun layihəsinin ictimai dinləməsinin və ya ictimai müzakirəsinin keçirilməsi haqqında qərar qəbul edə bilər.


Birinci oxunuşda qəbul edilmiş qanun layihəsinə dair təklifləri və iradları aparıcı komitə öyrənir və ümumiləşdirir. Aparıcı komitə layihəyə təklif olunan dəyişikliklərin Azərbaycan Respublikası Konstitusiyasına və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olub-olmamasını müəyyənləşdirmək üçün müstəqil ekspertiza təyin edə bilər. Layihəyə təklif edilən dəyişikliklərin Azərbaycan Respublikası Konstitusiyasına və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa zidd olması müəyyənləşdirildikdə aparıcı komitə bu barədə dəyişikliyin müəllifinə xəbər verir. Dəyişiklik vermiş şəxslər müzakirə zamanı dəyişiklikləri dəqiqləşdirə və ya geri götürə bilərlər.
Layihənin ayrı-ayrı maddələri üzrə qruplaşdırılmış dəyişikliklərə aparıcı komitənin iclasında baxılır və komitə bu dəyişikliklərlə razı olduqda onları layihənin mətninə daxil edir. Yenidən işlənilmiş qanun layihəsi ikinci oxunuşda baxılmaq məqsədilə Milli Məclisin iclasının gündəliyinə salınmaq üçün Milli Məclisin sədrinə göndərilir.
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Milli Məclisə insan hüquq və azadlıqlarının təmin edilməsi məqsədi ilə qanunların qəbul edilməsinə, ləğv edilməsinə və ya qanunlarda dəyişikliklər edilməsinə dair təkliflər verə bilər. Həmin təklifləri Milli Məclisin sədri müvafiq komitəyə və ya komitələrə göndərir. Müvafiq komitə göstərilən təkliflərə dair müsbət münasibət bildirdikdə onlar Milli Məclisin müzakirəsinə çıxarılır.
“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan hər ilin yekunu üzrə öz fəaliyyəti haqqında Milli Məclisə illik məruzə təqdim edir. Bu məruzədə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunlarda dəyişikliklərin edilməsi ilə bağlı təkliflər verə bilər.
Qanun layihəsinin ikinci oxunuşda müzakirəsi aparıcı komitənin nümayəndəsinin məruzəsi ilə başlanır. Məruzəçi komitədə layihəyə baxılmasının nəticələri haqqında məlumat verir.
Layihənin ikinci oxunuşda müzakirəsi qanun layihəsi təşəbbüsçüsünün və ya onun nümayəndəsinin çıxışı ilə davam edir.
Daha sonra ikinci oxunuşda müzakirə edilən qanun layihəsinin əsas kimi qəbul edilməsi barədə protokol qaydasında qərar qəbul edilir. Bu cür qərar qəbul edilməzsə, qanun layihəsi qəbul edilməmiş sayılır.
Qanun layihəsi əsas kimi qəbul olunduqdan sonra Milli Məclisin iclasına sədrlik edən deputatlardan qanun layihəsində edilmiş dəyişikliklərə etirazların olub-olmamasını öyrənir. Bu cür etirazlar olduqda onları qısaca əsaslandırmaq üçün hər deputata 3 dəqiqəyədək vaxt verilir. Məruzəçi həmin etirazlara cavab verir və qanun layihəsi maddə-maddə müzakirə edilir. Qanun və ya qərar layihəsi Milli Məclisin müzakirəsinə məcburi hüquqi ekspertizanın rəyi ilə, layihəyə dair verilmiş təklif dövlət vəsaitlərinin ixtisar edilməsinə, xərclərin yaranmasına və ya artırılmasına səbəb ola bildikdə isə layihənin Azərbaycan Respublikasının Prezidenti ilə və ya onun tapşırığı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılmasına dair müvafiq rəylə birlikdə çı­xa­rı­lır.
Bundan sonra qanun layihəsi ikinci oxunuşdan qəbul edilir. İkinci oxunuşda qəbul edilmiş qanun layihəsi müzakirə zamanı müəyyənləşdirilmiş daxili ziddiyyətlərin aradan qaldırılması və redaktə edilmək üçün aparıcı komitəyə qaytarılır.
Bu iş başa çatdıqdan sonra aparıcı komitə üçüncü oxunuş üçün hazırlanmış qanun layihəsini Milli Məclisin sədrinə göndərir. Milli Məclisin Sədri qanun layihəsinə üçüncü oxunuşda baxılmasını Milli Məclisin iclasının gündəliyinə salır.
Qanun layihəsinin üçüncü oxunuşu zamanı qanun layihəsi bütövlükdə səsə qoyulur. Qanun layihəsinin üçüncü oxunuşu zamanı onun mətnində dəyişikliklər edilə bilməz.
Milli Məclisin müzakirəsində üçüncü oxunuşda olan qanun layihəsi 63 səs çoxluğu ilə ikinci oxunuşa qaytarıla bilər.
Milli Məclisə təqdim edilmiş layihələrə aşağıdakı müddətlərdə baxılır, müzakirə edilir və onlar barəsində qərar qəbul edilir:

  • Qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının Azərbaycan Respublikası Prokurorluğunun və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Azərbaycan Respublikası Milli Məclisinə təqdim etdiyi qanun layihələrinə iki ay ərzində;

  • Qanun layihəsini Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Prokurorluğu və ya Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təcili elan edibsə, 20 gün müddətində;

  • Bütün başqa hallarda Milli Məclisə təqdim edilmiş layihələr 6 ay müddətində.

Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Prokurorluğu və ya Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qanun layihələrini Milli Məclisin sessiyasının işinin bitməsinə 20 gündən az qaldıqda göndərərsə, Milli Məclisin sədri həmin layihələrə növbəti sessiyada baxılması haqqında vəsatət qaldıra bilər. Qanunvericilik təşəbbüsü hüququ subyektləri vəsatətə rədd cavabı verərsə, Milli Məclisin sessiyasının işi bitənədək həmin layihələr barədə qərar qəbul edilməlidir.


Qanunlar qəbul edildiyi gündən 14 gün müddətində Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün təqdim edilir.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin