Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi


Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında



Yüklə 0,73 Mb.
səhifə41/61
tarix13.12.2023
ölçüsü0,73 Mb.
#175881
1   ...   37   38   39   40   41   42   43   44   ...   61
DEVdR3Vob0xy97cUnAKQBSERK0f3jUI1B4oeBZj2

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında


AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinin II hissəsinin 1-ci bəndini və 109-cu maddəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ümumxalq səsverməsinə (referenduma) çıxarılsın və kütləvi informasiya vasitələrində dərc edilsin (layihə əlavə olunur).
2. Ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-na təyin edilsin.
3. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası ümumxalq səsverməsinin (referendumun) bu Sərəncamın 2-ci hissəsində göstərilən tarixdə keçirilməsini təmin etsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti ümumxalq səsverməsinin (referendumun) maliyyələşdirilməsi ilə əlaqədar zəruri tədbirləri həyata keçirsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 iyul 2016-cı il
№ 2241



Qanunların qəbul edilməsi

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 42.1-ci maddəsinə əsasən, müvafiq olaraq, Milli Məclis və Azərbaycan Respublikasının Prezidenti qanun layihələrinin hazırlanmasının qarşılıqlı razılaşdırılmış illik planını tərtib edir. Milli Məclisin iclasları həmin illik plan əsasında növbəti sessiyanın ilk iclasında qəbul edilən qanunvericilik işləri planına uyğun olaraq keçirilir. Milli Məclisin qanunvericilik işləri planı qərarla təsdiq edilir və onun həyata keçirilməsinə Milli Məclis tərəfindən nəzarət edilir.


Milli Məclis Konstitusiya qanunları və qanunlar qəbul etmək səlahiyyətinə malikdir. Azərbaycan Respublikası Konstitusiyasına görə Konstitusiyaya əlavələr Azərbaycan Respublikasının Milli Məclisində 95 səs çoxluğu ilə Konstitusiya qanunları şəklində qəbul edilir. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları Azərbaycan Respublikasının Milli Məclisində iki dəfə səsə qoyulur. İkinci səsvermə birinci səsvermədən 6 ay sonra keçirilir. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları həm birinci, həm də ikinci səsvermədən sonra konstitusiyada qanunlar üçün nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Prezidentinə imzalanmaq üçün təqdim olunur. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları Azərbaycan Respublikasının Prezidenti tərəfindən ikinci səsvermədən sonra imzalandıqda qüvvəyə minir. Konstitusiya qanunları Azərbaycan Respublikası Konstitusiyasının ayrılmaz hissəsidir və Azərbaycan Respublikası Konstitusiyasının əsas mətninə zidd olmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələri Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikası Milli Məclisinin azı 63 deputatı təklif edə bilərlər. Konstitusiyanın birinci bölməsində əks etdirilmiş müddəalarla əlaqədar Azərbaycan Respublikası Konstitusiyasına əlavələr təklif edilə bilməz.
Azərbaycan Respublikasının Konstitusiyasına görə Milli Məclis aşağıdakı məsələlər üzrə qanunlar qəbul edir:



  • Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsində nəzərdə tutulmuş ümumi qaydalar müəyyən etdiyi məsələlər üzrə;

  • Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili;

  • Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin təsis edilməsi;

  • inzibati ərazi bölgüsü;

  • dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi;

  • Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət edilməsi ilə bağlı həll etdiyi məsələlər üzrə (95-ci maddənin 1-5-ci bəndləri).

Aşağıdakı qanunlar 83 səs çoxluğu ilə qəbul edilir:



  • Azərbaycan Respublikası Prezidentinin seçkiləri;

  • Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər;

  • Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının statusu;

  • referendumla bağlı ümumi qaydalar müəyyən edən qanunlar.

Digər qanunlar isə 63 səs çoxluğu ilə qəbul edilir.


Azərbaycan Respublikası Milli Məclisinin normativ hüquqi aktı qəbul olunduqda bu aktın istinad etdiyi Azərbaycan Respublikası Konstitusiyasının maddəsi göstərilməli və aktın həmin maddənin icrası məqsədi ilə qəbul olunduğu qeyd edilməlidir.
Qanun layihələri əsaslandırılmalı və onların qəbul edilməsinin məqsədləri göstərilməlidir.
Qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının Azərbaycan Respublikası Prokurorluğunun və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Azərbaycan Respublikası Milli Məclisinə təqdim etdiyi qanun layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və iki ay ərzində səsə qoyulur.
Qanun layihəsini Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Prokurorluğu və ya Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təcili elan edibsə, bu müddət 20 gün təşkil edir.
Belə qanun layihələrində dəyişikliklər qanunvericilik təşəbbüsü hüququndan istifadə edən subyektin razılığı ilə edilə bilər.
Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası qanunla müəyyən edilir.
“Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa görə vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihəsi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 50-ci, 53-58-ci və 62.4-cü maddələrində müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihəsində dövlət büdcəsi, dövlət rüsumu, vergilər və gömrük işi, əmək haqqının məbləği və onun ödənilməsi qaydası, cinayət və ya inzibati xətalar, ailə münasibətləri, ərazi quruluşu və inzibati ərazi bölgüsü, dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi, seçki və referendum, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad, amnistiya, seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi müvafiq olaraq qanunvericilik və (və ya) icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi ilə bağlı məsələlər nəzərdə tutula bilməz. Vətəndaşlar tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Konstitusiya qanunlarının layihələri təqdim oluna bilməz.
Milli Məclisin müzakirəsinə təqdim edilməsi təklif olunan layihənin dəstəklənməsi üçün imza toplanması və qanunvericilik təşəbbüsü ilə çıxış edən vətəndaşların mənafelərinin müdafiə edilməsi məqsədi ilə layihəni Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək təklifi ilə çıxış edən seçki hüququ olan ən azı 300 nəfər Azərbaycan Respublikasının vətəndaşı tərəfindən vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı təşəbbüs qrupu yaradılır. Bir təşəbbüs qrupu öz fəaliyyəti dövründə yalnız bir layihəni Milli Məclisin müzakirəsinə təqdim etmək təklifi ilə çıxış edə bilər. Təşəbbüs qrupu onun yaradıldığı gündən bir ay ərzində təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alınması üçün ərizə ilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edir.
Mərkəzi Seçki Komissiyasına muraciətin daxil olduğu gündən iki ay ərzində Mərkəzi Seçki Komissiyası tərəfindən təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alınması və yaxud bundan imtina edilməsi barədə qərar qəbul edilir.
Təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alınması barədə qərar qəbul edildiyi gündən həmin layihə Milli Məclisə təqdim edilənədək layihədə dəyişiklik edilə bilməz.
Təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alındığı gündən 3 iş günü müddətində təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alınması barədə qərarın surəti və imza toplanması üçün imza vərəqələrinin nümunəsi təşəbbüs qrupunun sədrinə təqdim edilir, həmçinin təşəbbüs qrupunun sədrinə, müavinlərinə və seçki dairələri üzrə koordinatorlarına müvafiq vəsiqələr verilir.
İmza toplanması üçün imza vərəqələrinin və təşəbbüs qrupunun sədrinə, müavinlərinə və seçki dairələri üzrə koordinatorlarına verilən vəsiqələrin nümunələri Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq olunur.
Milli Məclisin müzakirəsinə təqdim edilməsi təklif olunan layihənin dəstəklənməsi üçün vətəndaşların imzalarının toplanması təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alındığı gündən iki ay ərzində yalnız təşəbbüs qrupunun üzvləri tərəfindən həyata keçirilir.
Təşəbbüs qrupunun üzvləri Azərbaycan Respublikasının seçki hüququ olan ən azı 40 min vətəndaşının imzasını toplamalıdırlar. İmzaların toplanması ən azı 60 seçki dairəsinin ərazisini əhatə etməli və hər seçki dairəsinin ərazisindən ən azı 500 imza toplanmalıdır. Təşəbbüs qrupunun imza toplayan üzvü vətəndaşa təklif olunan layihənin tam mətnini təqdim etməli, layihənin məzmununu izah etməli və oxuması üçün vaxt verməlidir. Bir imza vərəqəsinə yalnız eyni seçki dairəsinin ərazisi üzrə seçici siyahılarında olan vətəndaşlar daxil edilir. Layihəni dəstəkləyən vətəndaş imza vərəqəsində öz imzasını qoyur, soyadını yazır və imzalama tarixini qeyd edir. Layihəni dəstəkləyən vətəndaş yalnız bir dəfə imza qoya bilər. Dövlət orqanlarının, bələdiyyə qurumlarının və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin imza toplanmasında iştirakına yol verilmir.
Azərbaycan Respublikasının seçki hüququ olan ən azı 40 min vətəndaşının imzası toplandıqdan sonra imzalarının toplanmasının nəticələri haqqında protokol tərtib edilir, təşəbbüs qrupunun sədri və seçki dairələri üzrə koordinatorları tərəfindən imzalanır.
Vətəndaşların imzalarının toplanmasının nəticələri haqqında protokol imzalandığı gündən bir ay ərzində həmin protokolun 2 nüsxəsi və imza vərəqələri təşəbbüs qrupu tərəfindən Mərkəzi Seçki Komissiyasına təqdim olunur.
Mərkəzi Seçki Komissiyası iki ay müddətində Azərbaycan Respublikası Seçki Məcəlləsində müəyyən edilmiş qaydada imza vərəqələrində olan məlumatların düzgünlüyünü, həmçinin təşəbbüs qrupunun qanunun tələblərinə riayət etməsini yoxlayır. Təşəbbüs qrupunun qanunun tələblərinə riayət etməsi barədə Mərkəzi Seçki Komissiyasının qərarı qəbul edildiyi gündən bir ay ərzində layihə Milli Məclisə təqdim olunur. Layihə təqdim olunmuş şəkildə iki ay ərzində Milli Məclisin müzakirəsinə çıxarılır və səsə qoyulur. Layihədə yalnız texniki xarakter daşıyan dəyişikliklər edilə bilər. Vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisin müzakirəsinə təqdim olunmuş layihə yekun oxunuşda baxılana qədər təşəbbüs qrupunun iclasında üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilmiş qərar əsasında geri çağırıla bilər.

normayaratma fəaliyyəti- normativ hüquqi aktların hazırlanması, ekspertizası, qəbul olunması, onlarda dəyişikliklər edilməsi, onların şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi üzrə fəaliyyətdir.
Qanunvericilik təşəbbüsü hüququnun subyekti və ya onun səlahiyyətli nümayəndəsi Azərbaycan Respublikasının Milli Məclisində layihə üzərində aparılan işdə iştirak etmək hüququna malikdir.
Qanun layihəsi Azərbaycan Respublikasının Milli Məclisində layihədə edilmiş dəyişikliklərlə birlikdə aşağıdakılarla razılaşdırılmalıdır (rəy alınmalıdır):



  • qanun layihəsini təqdim etmiş qanunvericilik təşəbbüsü hüququnun subyekti ilə;

  • dəyişikliklər edilməsi dövlət vəsaitlərinin ixtisar edilməsinə, xərclərin yaranmasına və ya artırılmasına səbəb ola bildikdə Azərbaycan Respublikasının Prezidenti ilə və ya onun tapşırığı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə.

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 46.2-ci maddəsi ilə nəzərdə tutulan razılaşdırılma (rəy) nəticəsində Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilmiş dəyişikliklər qanun layihəsinin alındığı gündən on dörd gün keçənədək bu şərtlə həyata keçirilir ki, həmin qanun layihəsi üzrə məcburi hüquqi ekspertizanın keçirilməsi və qanun layihəsinə baxılmasının təcili elan edilməsi ayrı müddət tələb etməsin. Əlavə məlumatın alınması zərurəti olduqda, habelə xüsusilə mürəkkəb qanun layihələri üzrə rəyin hazırlanması və razılaşdırılmanın keçirilməsi (rəyin hazırlanması) üçün daha uzun müddət müəyyən edilə bilər.


Rəyə göndərilmədən və razılaşdırılmadan müvafiq qanun layihəsində dəyişikliklər (texniki xarakter daşıyan dəyişikliklər istisna olmaqla) edilməsinə yol verilmir.
Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunmuş qanun layihəsində dəyişikliklər edilmədikdə qanun layihəsi qanunvericilik təşəbbüsü hüququnun subyekti ilə təkrar razılaşdırılmır.



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin