Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi



Yüklə 0,73 Mb.
səhifə37/61
tarix13.12.2023
ölçüsü0,73 Mb.
#175881
1   ...   33   34   35   36   37   38   39   40   ...   61
DEVdR3Vob0xy97cUnAKQBSERK0f3jUI1B4oeBZj2

sistemlilik

  • etibarlılıq

  • nəticələrinin yoxlanılmasının mümkünlüyü



    Yuxarıda göstərilənlərin təmin edilməsi üçün aşağıdakı qaydalara riayət olunmalıdır:



    • normativ hüquqi aktların (onların layihələrinin) sui-istifadəyə məruz qalmasına dair ekspertizası və onun nəticələrinin ifadə olunması eyniliklə – normativ hüquqi aktda (onun layihəsində) tipik sui-istifadə amilləri və sui-istifadəyə məruz qalmanın təzahürləri cədvəlində (“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa 2 nömrəli Əlavə) göstərilən tərkib və ardıcıllıq üzrə aparılmalıdır;

    • hər bir tipik sui-istifadə amilləri və sui-istifadəyə məruz qalmanın təzahürləri onların normativ hüquqi aktın (onun layihəsinin) hər bir normasında mövcud olub-olmamasına dair yoxlanılmalıdır;

    • sui-istifadə amilləri və sui-istifadəyə məruz qalmanın təzahürləri onların normativ hüquqi akta (onun layihəsinə) qəsdən və ya bilmədən daxil edilib-edilməməsindən asılı olmayaraq, bu səbəblərə qiymət vermədən aşkar edilir və göstərilir;

    • ekspertiza nəticəsində aşkar olunmuş istənilən tipik sui-istifadə amili və sui-istifadəyə məruz qalmanın təzahürü normativ hüquqi aktdan (onun layihəsindən) çıxarılmalıdır;

    • normativ hüquqi aktların (onların layihələrinin) sui-istifadəyə məruz qalmasına dair ekspertizasının nəticələri üzrə iş sui-istifadəyə məruz qalmaya dair ekspertizanın nəticələri üzrə rəylər əsasında müvafiq normativ hüquqi aktların hazırlanması və qəbul edilməsi üçün müəyyən edilmiş qaydada aparılır;

    • təhlil nəticəsində aşkar edilmiş sui-istifadəyə şərait yaradan qeyri-tipik müddəalar normativ hüquqi aktların (onların layihələrinin) sui-istifadəyə məruz qalmasına dair ekspertizasının nəticələri üzrə rəydə göstərilir və tipik sui-istifadə amilləri və sui-istifadəyə məruz qalma təzahürləri üçün müəyyən edilmiş qaydada çıxarılmalıdır.

    Bundan başqa qeyd edilməlidir ki, normativ hüquqi aktlarda (onların layihələrində) sui-istifadə amillərinin və sui-istifadəyə məruz qalma təzahürlərinin, sui-istifadənin təzahürləri üçün şərait yaranmasına kömək edən digər müddəaların mövcud olub-olmamasına dair nəticə aşağıdakı qaydada rəsmiləşdirilir:





    • normativ hüquqi aktın (onun layihəsinin) məcburi hüquqi ekspertizasının nəticələri üzrə rəyin tərkibində;

    • normativ hüquqi aktın (onun layihəsinin) məcburi hüquqi ekspertizasının nəticələri üzrə rəyinə əlavə olunan izahedici arayışda.

    Normativ hüquqi aktda (onun layihəsində) sui-istifadənin təzahürləri üçün şərait yaranmasına kömək edən müddəalar aşkar edildikdə ekspertizanın nəticələri üzrə hazırlanmış sənəddə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyənləşdirilmiş ardıcıllıqla tipik sui-istifadə amilləri və sui-istifadəyə məruz qalma təzahürləri onların aşkar edildiyi struktur elementlər (bölmə, fəsil, maddə, hissə və s.) göstərilməklə izah edilir.


    Ekspertizanın nəticələri üzrə hazırlanmış sənəddə habelə digər tipik sui-istifadə amillərinin və sui-istifadəyə məruz qalmanın digər təzahürlərinin, sui-istifadənin təzahürlərinə kömək edən digər müddəaların aşkar edilmədiyi göstərilir.
    Normativ hüquqi aktda (onun layihəsində) sui-istifadənin təzahürlərinə kömək edən müddəaların aşkar edilmədiyi hallar istisna olmaqla, təhlil edilən normativ hüquqi aktın (onun layihəsinin) sui-istifadəyə məruz qalma dərəcəsi bütövlükdə sui-istifadəyə məruz qalmaya dair ekspertizanın nəticələrini əks etdirən sənəddə müəyyənləşdirilir. Belə müddəaların aşkar edildiyi normativ hüquqi aktın layihəsinin göstərilən iradlar nəzərə alınmaqla yenidən işlənməsi (normativ hüquqi aktda dəyişikliklər edilməsi) ilə bağlı tövsiyələr nəzərdə tutulmalıdır.
    Əlavə olaraq göstərilməlidir ki, bir sıra hallarda sui-istifadəyə zəmin yaradan faktor qismində normativ bazanın mövcud olmaması və ya mövcud normativ bazanın tətbiqi üçün zəruri mexanizmin forma­laş­dır­ı­l­ma­masını göstərmək olar. Belə ki, beynəlxalq antikorrupsiya stan­dar­t­larına əsasən vəzifəli şəxslərin fəaliyyətlərində maraqlar toqquşması hallarını tənzimləyən vahid qanunvericilik aktının mövcud olması zəruridir. Bu baxımdan qeyd edilməlidir ki, milli qanunvericilik sistemində vəzifəli şəxslərin fəaliyyətlərində maraqlar toqquşması hallarının qarşısını alınması məqsədilə qəbul edilmiş ayrıca qanunvericilik aktı yoxdur. Maraqlar toqquşması ilə bağlı məsələlər milli qanunvericilikdə etik davranış qaydalarının tərkib hissəsi kimi müəyyənləşdirilmişdir. Buna baxmayaraq, beynəlxalq antikorrupsiya standartlarına əsasən maraqlar toqquşmasını bilavasitə tənzimləyən hərtərəfli və vahid qanunvericilik aktı olmalıdır ki, zənnimizcə müvafiq standartlarla uyğunluğun təmin edilməsi məqsədilə belə bir aktın qəbul edilməsi prosesi sürətlən­di­ril­mə­li­dir.
    Konstitusiya Qanununa əsasən normativ hüquqi aktların məcburi linqvistik ekspertizası aparılarkən normativ hüquqi aktın layihəsi aşağıdakı tələblərə cavab verməsi yoxlanılmalıdır;



    • normativ hüquqi aktın mətni lakonik formada, normaların ziddiyyətli təfsirini istisna edən sadə və aydın dildə, Azərbaycan ədəbi dilinin və hüquq terminologiyasının rəsmi-işgüzar üslubuna əməl etməklə tərtib edilməlidir;

    • normativ hüquqi aktın terminologiyası aydın anlaşılan sözlərdən və söz birləşmələrindən istifadə etməklə formalaşdırılmalıdır;

    • normativ hüquqi aktda eyni terminlər bir mənada işlədilməli və vahid formaya malik olmalıdır;

    • normativ hüquqi aktda istifadə edilən terminlərin və onların tərifinin dəqiqləşdirilməsi zərurəti olduqda həmin aktda onların mənasını izah edən maddə (hissə, bənd) yerləşdirilməlidir;

    • normativ hüquqi aktda xüsusi nişanlanmalardan yalnız müvafiq xüsusi sahədə işlədilən mənada istifadə olunmalıdır;

    • zərurət olduqda, xüsusi nişanlanmalar normativ hüquqi aktda izah edilməlidir;

    • normativ hüquqi aktın mətnində loru dil, Azərbaycan dilinin dialektləri və danışıq nitqinin ekspressiv formaları, eyni mənada müxtəlif anlayışlar (terminlər), Azərbaycan dilində eynimənalı sözlər və terminlər olduqda başqa dillərdən alınma sözlər, anlaşılmaz söz birləşmələri, ümumiləşdirilmiş düşüncələr, çağırışlar, bədii müqayisələr, epitetlər, metaforalar, abrevia­tu­ralar (məlum olanlar istisna olmaqla) ifadə edilməməlidir;

    • dövlət orqanlarının normativ hüquqi aktlarda ifadə edilən adları onların əsasnamələrinə (nizamnamələrinə), yaradılması, adlandırılması və adlarının dəyişdirilməsi haqqında aktlara tam uyğun olaraq göstərilir;

    • dövlət orqanlarının ixtisar edilmiş adlarının ifadə olunmasına onların ixtisar edilmiş adları rəsmi olduqda və yalnız texniki nor­mativ hüquqi aktlarda, qeyri-normativ hüquqi akt­lar­da, ha­belə stenoqramlarda, pro­to­kol­lar­da, xidməti məktu­b­lar­da, ara­yış xarakterli sənəd­lər­də, hüquqi aktlara dair mətndən kənar əlavələrdə yol veril­mə­l­i­dir;

    • dövlət orqanlarını ifadə edən ümumiləşdirilmiş anlayışlardan (sözlərdən, söz birləş­mə­lə­rin­dən) normativ hüquqi aktlarda istifadə edilməsinə yalnız mü­vafiq ümumiləşdirilmiş anla­yışın istənilən dövlət orqanına şamil olunduğu nəzərdə tutulan hallarda yol verilməlidir. Nor­ma­tiv hüquqi aktın mətnində döv­lət orqanının adının dəfə­lərlə göstərilməsi tələb olun­duq­da və ya sözlər qrupu ilə ifadə olunan bu və ya digər anlayış dəfələrlə işlədildikdə bu dövlət or­qa­nının və ya anlayışın adı ilk dəfə istifadə edilən müddəada tam verilir və bu zaman mötərizədə növbəti müd­dəa­lar­da göstəriləcək ixtisar (şərti nişanlanma) qeyd olunur;

    • natamam adın göstərilməsi məqsə­də­uy­ğun olmadıqda dəfə­lərlə istinadlar edilən nor­ma­tiv hüquqi aktın adı ilk dəfə istifadə edilən müddəada tam verilir və bu zaman mö­tə­ri­zədə növ­bə­ti müddəalarda göstəriləcək ixtisar (şərti nişanlanma) qeyd olunur;

    • normativ hüquqi aktda həmin normativ hüquqi akta və ya onun struktur elementinə istinad yalnız “bu” sözündən istifadə etməklə edilməlidir.

    Normativ hüquqi aktın layihəsinə dair məcburi linqvistik ekspertizanın rəyində aşağıdakı nəticələrdən biri göstərilməlidir:





    • normativ hüquqi aktın layihəsi rədd edilir;

    • normativ hüquqi aktın layihəsi yenidən işlənilməsi üçün normayaratma təşəbbüsünün subyektinə qaytarılır;

    • normativ hüquqi aktın layihəsi dəstəklənir.

    Məcburi linqvistik ekspertizanın rəyi normativ hüquqi aktın layihəsinin mətnində aparılan düzəlişlər formasında tərtib edilir.


    Yuxarıda göstərilənlərə əlavə olaraq qeyd olunmalıdır ki, qanun­ve­ri­ci­lik­də məcburi hüquqi ekspertizanın hansı qurum tərəfindən aparılması ilə bağlı də­qiq müddəalar müəyyən edilsə də, normativ hüquqi aktların (onların layihə­lərinin) sui-istifadəyə məruz qalmasına dair ekspertizasının və linqvistik eks­per­ti­zanın (qanunlar istisna olmaqla) aparılması səlahiyyətinə malik qurumların konkret dairəsi müəyyən edilməmişdir.



    Yüklə 0,73 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   33   34   35   36   37   38   39   40   ...   61




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin