Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi


Məcbur edilmiş sui-istifadəyə məruz qalma



Yüklə 0,73 Mb.
səhifə36/61
tarix13.12.2023
ölçüsü0,73 Mb.
#175881
1   ...   32   33   34   35   36   37   38   39   ...   61
DEVdR3Vob0xy97cUnAKQBSERK0f3jUI1B4oeBZj2

Məcbur edilmiş sui-istifadəyə məruz qalma - daha üstün hüquqi qüvvəyə malik olan normativ hüquqi aktın sui-istifadəyə məruz qalmış normaları digər normativ hüquqi aktda sui-istifadəyə məruz qalmış normaların əks etdirilməsinə səbəb ola bilməz.
Milli qanunvericiliyə görə sui-istifadəyə məruz qalmanın tipik təzahürləri müəyyən şəraitdə artıq baş vermiş sui-istifadə faktları (sui-istifadə indikatorları) barədə xəbər verən və (və ya) sui-istifadə amillərinin yaranmasına (sui-istifadə qabağı amillər) şərait yaradan müddəaların birləşməsidir.

Sui-istifadəyə məruz qalmanın tipik təzahürləri

normativ hüquqi aktın qəbul edilməsi zamanı formal-texniki şərtlərə riayət olunmaması

normativ hüquqi aktın qəbul edilməsi müddətinin göstərilməməsi

mənafelər balansının pozulması (yalnız bir qrup subyektlər üçün imtiyazların nəzərdə tutulması).

Normativ hüquqi aktın qəbul edilməsi zamanı formal-texniki şərtlərə riayət olunmaması - formal-texniki xassəli tələblərin yerinə yetirilməməsinə, normativ hüquqi aktların hüquqi ekspertizası zamanı aşkar edilən pozuntuların aradan qaldırılmamasına, o cümlədən normativ hüquqi aktın qəbul edilməsi qaydasının və (və ya) formasının pozulmasına yol verilmir.
Normativ hüquqi aktın qəbul edilməsi müddətinin göstərilməməsi - normativ hüquqi aktın qəbul edilməsi müddətlərinin müəyyənləşdirilməməsinə, qəbul edilməsi nəzərdə tutulan normativ hüquqi aktın qəbul edilməsi əvəzinə məcburi davranış qaydalarının sərbəst inzibati mülahizə əsasında fərdi hüquq tətbiq etmə aktları ilə əvəzlənməsinə yol verilmir.
Mənafelər balansının pozulması - mənafelər balansının pozulması nəticəsində bir subyektlər qrupunun zərərinə olaraq digər subyektlər qrupuna güzəştlərin və imtiyazların xüsusi norma müəyyən edilməsi yolu ilə verilməsinə yol verilmir.

Qanunvericilik normativ hüquqi aktların (onların layihələrinin) sui-istifadəyə məruz qalmasına dair ekspertiza keçirilməsinin əsas qaydalarını müəyyən edərək, belə ekspertizanın səmərəliliyinin qiymətləndirilməsi üçün meyarlar təsbit etmişdir. Belə ki, qanunun mənasına görə ekspertizanın səmərəliliyi 3 meyar əsasında qiymətləndirilir:




1   ...   32   33   34   35   36   37   38   39   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin