Hüquqi boşluqların mövcudluğu ilə əlaqədar olan
tipik sui-istifadə amilləri
hüquqi tənzimlənmədə boşluqlarının mövcudluğu
|
inzibati prosedurların olmaması
|
müsabiqə (hərrac) prosedurlarının olmaması
|
konkret fəaliyyət sahəsində vəzifəli şəxs üçün qadağa və məhdudiyyətlərin olmaması
|
hüquqpozmaya görə vəzifəli şəxs üçün məsuliyyətin müəyyən edilməməsi
|
orqana və vəzifəli şəxslərə nəzarətin müəyyənləşdirilməməsi
|
informasiyanın şəffaflığı rejiminin pozulması
|
Hüquqi tənzimlənmədə boşluqların mövcudluğu - hüquqi boşluqlar bu və ya digər məsələnin hüquqi tənzimlənməməsi nəticəsində, normativ hüquqi aktın tənzimləmə üçün istifadə edilmədiyi halda, habelə normativ hüquqi aktın mətninə hüquq pozuntularına görə vəzifəli şəxslərin məsuliyyətini nəzərdə tutan və onların fəaliyyətinə nəzarəti tənzimləyən sui-istifadə əleyhinə preventiv normalar daxil edilmədikdə yaranır.
Vəzifəli şəxslər maliyyə xarakterli məlumatları bəyannamə formasında təqdim etməlidir.
Bu nümunədə normanın pozulmasına görə təsir tədbiri müəyyən edilməmişdir. Bu isə normanın təcrübədə effektiv tətbiqinə çətinlik yaratmaqla, onun pozulması halında aidiyyəti şəxsin məsuliyyətdən kənar qalmasına şərtləndirir.
Vəzifəli şəxslər maliyyə xarakterli məlumatları bəyannamə formasında təqdim etməlidir.Bəyannaməni üzrsüz səbəbdən vaxtında təqdim etməmə və ya qəsdən natamam, yaxud təhrif edilmiş formada təqdim etmə intizam məsuliyyətinə səbəb olur.
Bu nümunədə isə normanın pozulması halında tətbiq ediləcək hüquqi təsir tədbiri müəyyənləşdirilmişdir. Göstərilən hal, normanın təcrübədə pozulmasının qarşısının alınması üçün bir növ preventiv tədbir kimi çıxış etməklə, onun effektivliyini və təcrübədə işləkliyini təmin edir.
Qanunvericiliyə əsasən hüquqi tənzimləmədə boşluqların mövcudluğu hüququn tətbiqi zamanı boşluğun dövlət orqanının (vəzifəli şəxsin) mülahizəsinə görə doldurulmasına imkan verməməlidir. Bu və ya digər fəaliyyət növü üzrə dövlət orqanına həvalə edilmiş funksiyaların həyata keçirilməsi tənzimlənməlidir.
Dostları ilə paylaş: |