Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi


Vəzifəli şəxs (orqan) üçün fiziki və hüquqi şəxslərin hüquqlarından sui-istifadə imkanının yaradılması (dispozitiv imkanın verilməsi)



Yüklə 0,73 Mb.
səhifə31/61
tarix13.12.2023
ölçüsü0,73 Mb.
#175881
1   ...   27   28   29   30   31   32   33   34   ...   61
DEVdR3Vob0xy97cUnAKQBSERK0f3jUI1B4oeBZj2

Vəzifəli şəxs (orqan) üçün fiziki və hüquqi şəxslərin hüquqlarından sui-istifadə imkanının yaradılması (dispozitiv imkanın verilməsi) - normativ hüquqi aktda fiziki və hüquqi şəxslərin hüquqlarının dəqiq (dürüst) nizamlanmaması yolu ilə vəzifəli şəxslər üçün diskresion səlahiyyətlərin və dispozitiv imkanların yaradılmasına yol verilmir. Normativ hüquqi aktda fiziki və hüquqi şəxslərə başlanmış inzibati prosedur çərçivəsində hərəkətlərin edilməsi üçün üsul və müddətlərin sərbəst seçimi əvəzinə yalnız hüquqların alternativ seçilməsi imkanının nəzərdə tutulmasına yol verilmir.
Vəzifəli şəxsin (orqanın) hüquqlarının həcminin əsassız olaraq dəyişdirilməsi - normativ hüquqi aktda vəzifəli şəxsin öz mülahizəsindən asılı olaraq fiziki və hüquqi şəxslər üçün ümumi qaydadan istisnalar müəyyənləşdirmək imkanı nəzərdə tutula bilməz. Normativ hüquqi aktda vəzifəli şəxslərə normativ hüquqi aktla nizamlanmayan güzəştlər, habelə qadağa və məhdudiyyətlər müəyyən etmək imkanı nəzərdə tutula bilməz.
Qanundan irəli gələn normayaratmanın həddindən artıq azadlığı -qanunda normaların həddindən artıq detallaşdırılması Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş icra və məhkəmə hakimiyyəti orqanlarının səlahiyyətlərinə müdaxiləyə gətirib çıxarmamalıdır.
Hüquqi-linqvistik sui-istifadəyə məruz qalma - vəzifəli şəxsin diskresion səlahiyyətlərinin genişləndirilməsi üçün ikimənalı və təcrübədə az yerini tapan terminlərdən, məfhumlardan (anlayışlardan) və xülasələrdən, qiymətləndirmə xassəli kateqoriyalardan istifadə edilə bilməz.
Orqanın səlahiyyətindən kənar normativ hüquqi aktının qəbul edilməsi- icra hakimiyyəti orqanı normativ hüquqi aktları yalnız öz səlahiyyətləri daxilində qəbul etməlidir və digər icra hakimiyyəti orqanının fəaliyyət dairəsinə müdaxilə edə bilməz.
Qanun boşluqlarının icra hakimiyyəti orqanının normativ hüquqi aktları ilə doldurulması - qanunun olmadığı halda digər normativ hüquqi aktla qanunun predmetini təşkil edən məsələlərin hüquqi tənzimlənməsinə və hamı üçün məcburi olan davranış qaydalarının müəyyənləşdirilməsinə yol verilmir.




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin