Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi


Konkret fəaliyyət sahəsində vəzifəli şəxs üçün qadağa və məhdudiyyətlərin, hüquqpozmaya görə vəzifəli şəxs üçün məsuliyyətin müəyyən edilməməsi -



Yüklə 0,73 Mb.
səhifə34/61
tarix13.12.2023
ölçüsü0,73 Mb.
#175881
1   ...   30   31   32   33   34   35   36   37   ...   61
DEVdR3Vob0xy97cUnAKQBSERK0f3jUI1B4oeBZj2

Konkret fəaliyyət sahəsində vəzifəli şəxs üçün qadağa və məhdudiyyətlərin, hüquqpozmaya görə vəzifəli şəxs üçün məsuliyyətin müəyyən edilməməsi - normativ hüquqi aktda vəzifəli şəxslərin hüquq pozuntularına görə hüquqi məsuliyyətə dair aktlara uyğun gələn məsuliyyəti haqqında, habelə vəzifəli şəxslərin hərəkətindən (hərəkətsizliyindən) şikayət verilməsinin mümkünlüyü ilə bağlı normalar əks olunmalıdır.


A. Lisenziyanın və icazənin verilməsindən imtina haqqında inzibati akt imtina hallarına istinad edilməklə, əsaslandırılmalıdır.

Bu nümunədə vəzifəli şəxs üçün konkret vəzifə müəyyən edilsə də, onun öz öhdəliyini yerinə yetirməməsi halında maraqlı şəxslərin şikayət hüququ müəyyən edilməmişdir.




B. Lisenziyanın və icazənin verilməsindən imtina haqqında inzibati akt imtina hallarına istinad edilməklə, əsaslandırılmalıdır. Ərizəçi həmin inzibati aktdan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.

Bu nümunədə isə həm vəzifəli şəxs üçün öhdəlik, həm də onun hərəkət və ya hərəkətsizliyindən şikayət imkanı nəzərdə tutulmuş, sui-istifadə amillərinin qarşısı alınmışdır.




Orqana və vəzifəli şəxslərə nəzarətin müəyyənləşdirilməməsi - normativ hüquqi aktda dövlət orqanının (vəzifəli şəxslərin) daha çox əhəmiyyətli fəaliyyət istiqamətlərinə nəzarətin, o cümlədən ictimai nəzarətin mümkünlüyünü təmin edən normalar əks olunmalıdır.



  1. Həbs yerlərində əməliyyat-axtarış fəaliyyətini həbs yerlərinin müdiriyyəti həyata keçirir.

Bu halda vəzifəli şəxsə münasibətdə öhdəlik müəyyən olunsa da, həmin öhdəliyin icrasına nəzarət üçün mexanizm müəyyən edilməmişdir.




B. Həbs yerlərində əməliyyat-axtarış fəaliyyətini həbs yerlərinin müdiriyyəti həyata keçirir. Həbs yerlərində əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi zamanı qanunların icrasına nəzarəti qanunla müəyyən edilmiş qaydada prokurorluq orqanları həyata keçirirlər.

Bu halda isə vəzifəli şəxsin öhdəliklərinin icrasına nəzarət mexanizmi müəyyən edilməklə, sui-istifadə amillərinin qarşısı alınmışdır.





Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin