Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi



Yüklə 0,73 Mb.
səhifə33/61
tarix13.12.2023
ölçüsü0,73 Mb.
#175881
1   ...   29   30   31   32   33   34   35   36   ...   61
DEVdR3Vob0xy97cUnAKQBSERK0f3jUI1B4oeBZj2

İnzibati prosedurların olmaması - inzibati akt həm vəzifəli şəxs üçün, həm də fiziki və hüquqi şəxslər üçün normativ hüquqi aktın mətnindən onlara əvvəlcədən məlum olan müəyyən prosedur üzrə qəbul edilməlidir və hərəkətlərin qayda və müddətləri müəyyən edilməlidir.



  1. Ərizəçi öz ərizə və ya vəsatətlərini inzibati orqana ünvanlaya bilər.

Bu halda, hüquq müəyyən edilsə də, həmin hüququn realizəsi üçün prosedur müəyyən edilməmişdir. Bu isə normanın təcrübədə tətbiqini qeyri-effektiv etməklə, onun sui-istifadəsinə şərait yaradır.




B. İnzibati orqan ərizəçi tərəfindən şəxsən təqdim olunmuş və ya poçt rabitəsi vasitəsilə daxil olmuş ərizəni qəbul etməli və həmin gün qeydiyyata almalıdır.

Bu halda isə hüququn realizəsi üçün müəyyən edilmiş konkret prosedurun olması müvafiq normanın sui-istifadəsinin qarşısını alır.


Mövzu ilə əlaqədar qeyd olunmalıdır ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatvermənin ümumi qaydaları, bu cür məlumatı verən şəxsin hər hansı təzyiqdən müdafiəsi üçün təminatlar göstərilsə də, həmin şəxslərin müdafiəsi mexanizminin tətbiqi üçün konkret və təkmil prosedur işlənib hazırlanmamışdır. Bu cür prosedurun olmaması isə müvafiq çətinliklərin yaranmasına səbəb olur, eyni zamanda korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatvermə institunun təcrübədə effektiv şəkildə tətbiqinin qarşısını alır. Bu səbəbdən də belə hesab edirik ki, korrupsiyaya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatvermənin qaydalarının, həmin şəxslərin müdafiəsi üçün təminat və mexanizmlərin, eləcə də, bu cür mexanizmlərin tətbiqi üçün prosedurların ayrıca qanunvericilik aktında təsbit olunmaqla, bu institutun işləkliyinin təmin edilməsi məqsədəmüvafiqdir.




Müsabiqə (hərrac) prosedurlarının olmaması - imtiyaz verən konkret hüququn verilməsi (hüquqi vəziyyətin yaradılması) üçün namizədin seçilməsi ilə bağlı hərəkətlər müsabiqə (hərrac) prosedurlarına uyğun həyata keçirilməlidir. Konkret hüququn inzibati qaydada verilməsinə (hüquqi vəziyyətin inzibati qaydada yaradılmasına), habelə müsabiqələrin (hərracların) keçirilməsi zamanı diskresion səlahiyyətlərin geniş olmasına yol verilmir.


A. Müvafiq tələblərə cavab verən şəxslərin dövlət qulluğuna qəbul edilmək hüququ vardır. Dövlət qulluğuna qəbul bir qayda olaraq müsabiqə əsasında keçirilir.

Bu nümunədə dövlət qulluğuna qəbul edilmək üçün hüquq və hüququn realizəsi üçün müsabiqənin keçirilməsini tələb edən norma müəyyən edilsə də, müvafiq prosesin aparılmasının qayda və şərtlərinin təsbit edilməməsi, (müvafiq prosedurun olmaması) normanın sui-istifadəsinə şərait yaradır.





  1. Dövlət qulluğuna qəbul müsabiqə əsasında keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.

Bu nümunədə isə dövlət qulluğuna qəbulun müsabiqə əsasında keçirilməsinin məcburiliyi təsbit edilmiş, konkret prosedurun müəyyən edilməsi yolu ilə sui-istifadənin qarşısı alınmışdır.



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin