Vəzifəli şəxsin (orqanın) diskresion səlahiyyətlərinin genişliyi - vəzifəli şəxsə qərar qəbul edilməsi zamanı öz mülahizələrinə görə hərəkət etmək imkanı verən normativ hüquqi aktdakı diskresion səlahiyyətləri (orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə, biləcəyi səlahiyyətləri) özbaşına həyata keçirilə bilməz. Normativ hüquqi aktda qərar qəbul etmə müddətlərinin müəyyən edilməməsinə və ya bu müddətin qeyri-müəyyənliyinə, bu və ya digər qərarın qəbul edilməsi şərtlərinin və əsaslarının qeyri-müəyyənliyinə, müxtəlif dövlət orqanlarının səlahiyyətlərinin bir-birini təkrarlamasına yol verilmir.
Birinci nümunədə, vəzifəli şəxsə geniş diskresion səlahiyyət verildiyindən, normanın sui-istifadəsinə şərait yaranmışdır. Digər nümunədə isə müəyyən hərəkətin edilməsi üçün məhdud zaman çərçivəsi müəyyən edilməklə, normanın sui-istifadəsinin qarşısı alınmışdır:
Vəzifəli şəxsin (orqanın) səlahiyyətinin dispozitiv imkan kimi müəyyənləşdirilməsi - normativ hüquqi aktda dövlət orqanın hüququ konkret icraçının mülahizəsindən asılı olan bu və ya digər hərəkətlərin edilməsi, dispozitiv imkan kimi müəyyənləşdirilə bilməz. Normativ hüquqi aktda dövlət orqanının səlahiyyətlərinin həddindən artıq ümumiləşdirilmiş formada müəyyən edilməsinə, “orqan edə bilər”, “bir qayda olaraq”, “müstəsna hallarda yol verilir”, “orqan öz səlahiyyətləri daxilində”, “zərurət olduqda” və bunlara bənzər qeyri-müəyyən ifadələrdən istifadə olunmasına yol verilmir.
Birinci nümunədə vəzifəli şəxsə öz mülahizəsinə görə hərəkət etmək imkanı müəyyən edilməklə, normanın sui-istifadəsinə şərait yaranmışdır.
Digər nümunədə isə vəzifəli şəxsin konkret halda etməli olduğu hərəkət birbaşa göstərilməklə, qeyri-müəyyənlik, o cümlədən, sui-istifadəyə şərait yaradan digər faktorlar aradan qaldırılmışdır.
Şəxsə məxsus hüquqların həyata keçirilməsi üçün ona lazım olunandan yüksək tələblərin irəli sürülməsi - normativ hüquqi aktda fiziki və hüquqi şəxslərin öz hüquqlarını həyata keçirməsi və ya vəzifələrini yerinə yetirməsi üçün zəruri olan tələblər (şərtlər) ağır və (və ya) çətin yerinə yetirilən tələblər (şərtlər) ola bilməz.
Normativ hüquqi aktda lazım olduğundan yüksək və artıq tələblərin irəli sürülməsinə, fiziki və hüquqi şəxslər tərəfindən təqdim edilən sənədlərin, yaxud başlanmış inzibati prosedur çərçivəsində ona imtina üçün əsasların açıq (natamam) siyahısının mövcudluğuna, hüququn həyata keçirilməsinə imtina üçün subyektiv qiymətləndirici ifadələrdən istifadə olunmasına yol verilmir.
Birinci nümunədə vətəndaşdan onun bütün yaxın qohumlarına aid sənədləri təqdim etməsi tələb olunur ki, bu da müvafiq prosedura münasibətdə ağır və çətin yerinə yetirilə bilən şərtdir. Bu halda vətəndaş öz hüquqlarının realizəsi üçün zəruri olan tələblərdən aşkar sürətdə yüksək tələblərlə üzləşir və müvafiq normada olan sui-istifadə amilləri səbəbindən onun hüquqları pozulur.
İkinci nümunədə isə sui-istifadənin qarşısı vətəndaşdan müvafiq prosedur üçün tələb olunan sənədlərin dəqiq və ağlabatan dairəsinin müəyyən edilməsi yolu ilə alınmışdır.
A:Şəxsiyyət vəsiqəsinin alınması üçün tələb olunan sənədlər:
3*4sm ölçüdə şəkil
doğum haqqında şəhadətnamə
ödəniş qəbzi
Şəxsin bütün yaxın qohumlarına aid digər sənədlər
B: Şəxsiyyət vəsiqəsinin alınması üçün tələb olunan sənədlər:
3*4sm ölçüdə şəkil
doğum haqqında şəhadətnamə
ödəniş qəbzi
yaşayış yerindən arayış
Dostları ilə paylaş: |