Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi


Fəsil 6. REFERENDUM AKTLARININ VƏ QANUNLARIN QƏBUL EDİLMƏSİ



Yüklə 0,73 Mb.
səhifə38/61
tarix13.12.2023
ölçüsü0,73 Mb.
#175881
1   ...   34   35   36   37   38   39   40   41   ...   61
DEVdR3Vob0xy97cUnAKQBSERK0f3jUI1B4oeBZj2

Fəsil 6. REFERENDUM AKTLARININ
VƏ QANUNLARIN QƏBUL EDİLMƏSİ

İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Kons­ti­tu­si­ya­sına əsasən Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə bilər. Qanunvericiliyə əsasən ümumxalq səsverməsi — referendum Azərbaycan xalqının öz suveren hüququnu bila­va­sitə həyata keçirməsinin vasitəsidir. Bundan əlavə, Konstitusiya yalnız referendumla həll edilən, eləcə də, referendumla həll edilməsi mümkünsüz hesab edilən məsələlərin dəqiq dairəsini müəyyən etmişdir. Belə ki, Konstitusiyaya əsasən aşağıdakı məsələlər yalnız referendumla həll edilə bilər:


1) Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər edilməsi;


2) Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi.

Vergilər və dövlət büdcəsi, amnistiya və əfv etmə, seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi müvafiq olaraq qanunvericilik və (və ya) icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi məsələləri üzrə referendum keçirilməsi mümkün hesab edilmir.


Qeyd edilməlidir ki, referendumun keçirilməsi ilə bağlı baza müddəalar Konstitusiyada, digər müddəalar isə müvafiq qanunvericilik aktları, o cümlədən Azərbaycan Respublikasının Seçki Məcəlləsində əks olunmuşdur. Seçki Məcəlləsinə əsasən eyni bir məsələyə dair təkrar referendum ilkin referendumda qəbul edilən aktın dərc edilməsi günündən başlayaraq yalnız 1 il keçdikdən sonra keçirilə bilər.
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 18-ci bəndinə və 109-cu maddəsinin 18-ci bəndinə uyğun olaraq referendum keçirilməsinə dair qərar müvafiq olaraq Azərbaycan Respublikasının Milli Məclisi və ya Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilir.
Ən azı 300 min aktiv seçki hüququna malik olan Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikası Prezidentinə və ya Azərbaycan Respublikası Milli Məclisinə referendumun keçirilməsi haqqında qərarın qəbul edilməsi təklifi ilə müraciət edə bilər.
Referendum keçirilməsinə dair qərarda (sərəncamda) aşağıdakılar göstərilməlidir:

  • referendumun keçirilməsi tarixi;

  • referenduma çıxarılan aktın adı;

  • referenduma çıxarılan aktın məzmununun qısa təfsiri;

  • referendumun maliyyələşdirilməsi qaydası.

Referenduma çıxarılan aktın layihəsi referendumun keçirilməsi haqqında qərara (sərəncam) əlavə olunur. Müvafiq layihə referendumun təyin edilməsi haqqında qərar (sərəncam) rəsmi dərc edildikdən sonra dəyişdirilə bilməz və ona əlavələr edilə bilməz. Referenduma çıxarılan aktın layihəsi kütləvi infor­ma­siya vasitələrində referendumun təyin edilməsi haq­qın­da qə­rar­la (sərən­cam­la) birlikdə dərc edilməlidir.


Seçki Məcəlləsinə əsasən seçici referendum aktının layihəsini səsvermə gününə azı 30 gün qalmış məntəqə seçki komissiyasından almaq hüququna malikdir. Referendum aktının layihəsinin çap edilməsi və yayılmasını təmin etmək Mərkəzi Seçki Komissiyasının vəzifəsidir.
Referendumun rəsmi nəticələrini referendumdan sonra 25 gündən gec olmayaraq Mərkəzi Seçki Komissiyası elan edir. Referenduma çıxarılmış məsələ o halda qəbul edilmiş sayılır ki, səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu onun lehinə səs versin. Ümumxalq səsverməsinə Mərkəzi Seçki Komissiyasının iclasında yekun vurulur və yekunlar referendumun nəticələri haqqında rəsmi bildiriş kimi elan edilir. Referendum yolu ilə qəbul olunmuş qərar və referendumun yekunları haqqında rəsmi elan referendum yolu ilə qəbul edilmiş aktın mətni ilə birlikdə səsvermə günündən ən geci 30 gün keçənədək Mərkəzi Seçki Komissiyası tərəfindən dərc edilir. Referendum yolu ilə qəbul edilmiş akt dərc edildiyi gündən qüvvəyə minir. Referendum yolu ilə qəbul edilmiş akt qətidir, Azərbaycan Respublikasının bütün ərazisində məcburi hüquqi qüvvəyə malikdir və yalnız referendum yolu ilə ləğv oluna və ya dəyişdirilə bilər.
Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişiklikləri Azərbaycan Respublikasının Milli Məclisi və ya Azərbaycan Respublikasının Prezidenti təklif etdikdə, təklif olunan dəyişikliklərə dair əvvəlcədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyi alınır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi referendumla qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklərə dair qərar qəbul edə bilməz. Azərbaycan Respublikası Konstitusiyanın 1-ci, 2-ci, 6-cı, 7-ci, 8-ci və 21-ci maddələrində dəyişikliklər və ya onların ləğv edilməsi haqqında, III fəslində nəzərdə tutulmuş insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz.



Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi barədə



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin