Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi


İnformasiyanın şəffaflığı rejiminin pozulması



Yüklə 0,73 Mb.
səhifə35/61
tarix13.12.2023
ölçüsü0,73 Mb.
#175881
1   ...   31   32   33   34   35   36   37   38   ...   61
DEVdR3Vob0xy97cUnAKQBSERK0f3jUI1B4oeBZj2

İnformasiyanın şəffaflığı rejiminin pozulması - normativ hüquqi aktda dövlət orqanlarının informasiya açıqlığını təmin edən normalar əks olunmalıdır. Konkret məsələ üzrə qərar qəbul edilməsində əhəmiyyət kəsb edən informasiyanın fiziki və hüquqi şəxslər üçün qapalı informasiya kimi müəyyən edilməsinə, habelə normativ hüquqi aktda belə informasiyanın əldə olunmasının mümkünlüyünün və qaydasının müəyyən edilməməsinə yol verilmir.
Konstitusiya Qanununa əsasən sistem xarakterli tipik sui-istifadə amilləri normativ hüquqi aktın ayrı-ayrı normalarını deyil, onun bütün mətninin sistemli təhlili nəticəsində aşkar edilə bilən tipik sui-istifadə amillərini özündə ehtiva edir.


sistem xarakterli tipik sui-istifadə amilləri

yanlış məqsəd və prioritetlər

kolliziyalar

məcbur edilmiş sui-istifadəyə məruz qalma



Yanlış məqsəd və prioritetlər - normativ hüquqi aktın hüquqi tənzimləmənin həqiqi tələblərinə uyğun gələn aydın məqsədləri və prioritetləri olmalıdır. Normativ hüquqi aktın qəbul edilməsi üçün obyektiv məqsədəuyğunluğun olmamasına, məsələnin zərurətdən artıq tənzimlənməsinə, normativ hüquqi aktın normalarının həmin aktın bəyan edilmiş məqsədləri ilə ziddiyyət təşkil etməsinə yol verilmir.
Kolliziyalar - digər normativ hüquqi aktla tam və ya qismən ziddiyyət təşkil edən normativ hüquqi aktda vəzifəli şəxslər üçün konkret halda tətbiq edilməli olan aktı sərbəst seçmək imkanının yaradılmasına, həmin kolliziyanın həlli mümkünlüyünün vəzifəli şəxsin iradəsindən asılı olmasına yol verilmir.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin