Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi


Milli Məclisdə qanunvericilik prosesi



Yüklə 0,73 Mb.
səhifə42/61
tarix13.12.2023
ölçüsü0,73 Mb.
#175881
1   ...   38   39   40   41   42   43   44   45   ...   61
DEVdR3Vob0xy97cUnAKQBSERK0f3jUI1B4oeBZj2

Milli Məclisdə qanunvericilik prosesi

Milli Məclisə təqdim edilmiş qanun layihələri Milli Məclisin Aparatında qeydiyyata alınır.


Milli Məclisə təqdim edilmiş qanun layihələrini Milli Məclisin Sədri Milli Məclisin komitəsinə göndərir və layihəyə baxılması müddətini müəyyən edir. Qanun layihəsi bir neçə müvafiq komitəyə göndərildiyi halda Milli Məclisin Sədri onlardan birini aparıcı komitə təyin edir.
Qanun layihələri üzərində iş aparmaq üçün komitə işçi qrupu yarada bilər. Qanun layihələri bir neçə komitə tərəfindən hazırlanırsa, onlar birgə işçi qrupları yarada bilərlər. Bir məsələyə aid iki və ya daha çox qanun layihəsi varsa, onlar birlikdə müzakirə edilir.
Aparıcı komitənin tapşırığı ilə Milli Məclisin Aparatı qanun layihələrinin ictimai dinləmələrini və ictimai müzakirələrini təşkil edir. Qanun layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin təşkili üçün Azərbaycan Respublikası Milli Məclisinin Aparatı:


  • Azərbaycan Respublikası Milli Məclisinin internet səhifəsində xüsusi bölmə ayırır;

  • Azərbaycan Respublikası Milli Məclisinin Aparatında qeydiyyata alınmış bütün qanun layihələrini müvafiq komitəyə göndərdikdən sonra üç gün ərzində Azərbaycan Respublikası Milli Məclisinin internet səhifəsinin xüsusi bölməsində yerləşdirir;

  • Azərbaycan Respublikası Milli Məclisinin internet səhifəsinin xüsusi bölməsində qanun layihəsi ilə birlikdə onu təqdim edən subyekt, layihənin qeydiyyat nömrəsi, göndərildiyi komitə (komitələr), ictimai dinləmələrin qrafiki və keçiriləcəyi yer və ictimai müzakirənin müddəti, keçirilməsi qaydaları, rəy, irad və təkliflərin təqdim olunması qaydası, onlara baxılması və nəticələrin açıqlanacağı müddətlər barədə məlumatı yerləşdirir;

  • qanun layihələrinə dair təqdim olunmuş rəy, irad və təkliflərin nəzərə alınmasının nəticələri barədə ictimaiyyəti məlumatlandırır;

  • birinci və ikinci oxunuşlardan sonra qanun layihəsinin yenilənmiş mətnlərini dərc edir.

İctimai dinləməyə və ictimai müzakirəyə dəvət edilən şəxslər ictimai dinləmənin və ya ictimai müzakirənin keçirilməsi tarixi barədə azı 5 gün əvvəl, Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinin V hissəsinə əsasən, təcili elan edilən qanun layihələri ilə bağlı isə azı 3 gün əvvəl xəbərdar olunurlar.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin