Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi


Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının normativ xarakterli aktları



Yüklə 0,73 Mb.
səhifə52/61
tarix13.12.2023
ölçüsü0,73 Mb.
#175881
1   ...   48   49   50   51   52   53   54   55   ...   61
DEVdR3Vob0xy97cUnAKQBSERK0f3jUI1B4oeBZj2

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının normativ xarakterli aktları Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilmiş, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulan rəsmi sənəddir.
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4.1.2-ci maddəsinə uyğun olaraq, Mərkəzi Seçki Komissiyasının aktları qərarlar, təlimatlar və izahlar formasında qəbul edilir.
Mərkəzi Seçki Komissiyasının aktları “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 50-ci maddəsinin və Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğun hazırlanır.
Mərkəzi Seçki Komissiyası aktların layihəsini aidiyyəti struktur bölmələrinin iştirakı ilə müstəqil surətdə hazırlaya və ya layihənin hazırlanmasına müvafiq mütəxəssisləri cəlb edə, bunun üçün xüsusi yaradılmış işçi qruplarına tapşırıq verə bilər.
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 45.3-cü maddəsinə əsasən Mərkəzi Seçki Komissiyasının aktlarının layihələri Komissiya Katibliyinin Hüquq şöbəsinin mütləq iştirakı ilə hazırlanır.
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 46.1-ci maddəsinə uyğun olaraq, Mərkəzi Seçki Komissiyasının aktlarının layihələrinin razılaşdırılması qanunvericiliklə məcburi olduqda, habelə Mərkəzi Seçki Komissiyasının aktında digər dövlət orqanları ilə bağlı müddəalar olduqda, layihə həmin dövlət orqanları ilə razılaşdırılmalıdır.
Mərkəzi Seçki Komissiyasının aktları Komissiyanın iclasında Seçki Məcəlləsinin 28.2-ci və 19.14-cü maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilir və imzalanır.
Mərkəzi Seçki Komissiyasının qərarları açıq səsvermə yolu ilə Mərkəzi Seçki Komissiyasının iclasında komissiya üzvlərinin 12-si iştirak edərsə — azı 8 üzvün, 13-ü iştirak edərsə — azı 9 üzvün,14-ü və ya 15-i iştirak edərsə — azı 10 üzvün, 16-sı iştirak edərsə — azı 11 üzvün, 17-si və ya 18-i iştirak edərsə — azı 12 üzvün səs çoxluğu ilə qəbul edilir.
Seçki Məcəlləsinin tətbiqi qaydaları ilə əlaqədar qəbul edilən təlimatlar və ya metodiki göstərişlər Mərkəzi Seçki Komissiyasının qərarı ilə təsdiq edilməzdən əvvəl hüquqi ekspertizadan keçirilməlidir. Hüquqi ekspertizanın rəyi səsverməyə azı 3 gün qalmış layihə ilə birlikdə Mərkəzi Seçki Komissiyasının üzvlərinə təqdim edilir.
Mərkəzi Seçki Komissiyasının qərarları Komissiyanın sədri və katibləri tərəfindən imzalanır. Adları çəkilən şəxslər qərarı imza­la­ma­dıqda, onları bu sənədlərə səs verən komissiya üzvləri imzalayır.
Mərkəzi Seçki Komissiyasının qərarları ən geci 24 saat ərzində rəsmi dərc edilməlidir və onlar dərc edildiyi gündən qüvvəyə minir.
Mərkəzi Seçki Komissiyasının aktlarının rəsmiləşdirilməsi, dərc edilməsi, qüvvədə olması, şərh edilməsi və sistemləşdirilməsi ilə bağlı digər məsələlər “Normativ hüquqi aktlar haqqında” Qanununa və Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq tənzimlənir.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin