Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi


Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin



Yüklə 0,73 Mb.
səhifə51/61
tarix13.12.2023
ölçüsü0,73 Mb.
#175881
1   ...   47   48   49   50   51   52   53   54   ...   61
DEVdR3Vob0xy97cUnAKQBSERK0f3jUI1B4oeBZj2

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında aşağıda sadalanan məsələlərlə bağlı qəbul etdiyi qərarları normativ xarakterli aktlar hesab edilir:

  • Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Milli Məclisinin qərarlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılması;

  • Azərbaycan Respublikası Prezidentinin fərmanlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası qanunlarına uyğunluğunun yoxlanılması;

  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası Prezidentinin fərmanlarına uyğunluğunun yoxlanılması;

  • Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının qanunda nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması;

  • bələdiyyə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) uyğunluğunun yoxlanılması;

  • Azərbaycan Respublikasının qüvvəyə minməmiş dövlətlərarası müqavilələrinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu; Azərbaycan Respublikasının hökumətlərarası müqavilələrinin Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması;

  • Naxçıvan Muxtar Respublikası Konstitusiyasının, qanunlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarlarının və Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu; Naxçıvan Muxtar Respublikası qanunlarının, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Respublikası qanunlarına uyğunluğu; Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğunluğunun yoxlanılması;

  • Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarının şərh edilməsi.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərində nəzərdə tutulmuş məsələlərlə əlaqədar Konstitusiya Məhkəməsinə daxil olmuş sorğu bir qayda olaraq, 30 gün müddətində,  Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi barədə Konstitusiya Məhkəməsinə daxil olmuş sorğu haqqında məsələ isə bir qayda olaraq, 15 gün müddətində Konstitusiya Məhkəməsi palatasının iclasına çıxarılır, sorğunun icraata qəbul edilməsi, yaxud icraata qəbul edilməsindən imtina edilməsi haqqında qərardad qəbul olunur.


Sorğunun icraata qəbul edilməsi, yaxud icraata qəbul edilməsindən imtina edilməsi haqqında qərardad qəbul olunduğu gündən ən geci 7 gün keçənədək sorğuverənə (ərizəçiyə) göndərilir.
İcraata qəbul edilmiş sorğuya Konstitusiya Məhkəməsinin Plenumunda mahiyyəti üzrə baxılması, bir qayda olaraq, onun icraata qəbul edildiyi gündən ən geci 60 gün keçənədək başlanmalıdır.
Konstitusiya Məhkəməsi Plenumunun qərarı konstitusiya işinə mahiyyəti üzrə baxılması nəticəsində Konstitusiya Məhkəməsinin gəldiyi qənaəti əks etdirən və Konstitusiya Məhkəməsi Plenumunun iclaslarında qəbul edilən yazılı sənəddir.
Konstitusiya Məhkəməsi Plenumunun qərarı, 5 hakimin səs çoxluğu ilə qəbul edilir.
Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlar Azərbaycan Respublikası adından çıxarılır.
Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilən qərarları Plenumun iclasına sədrlik edən imzalayır və bir qayda olaraq, 15 gün müddətində Konstitusiya Məhkəməsinin iclasında elan edir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları dərc edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarları Azərbaycan Respublikasının rəsmi dövlət qəzetində dərc olunur.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərində nəzərdə tutulmuş məsələlər üzrə qəbul olunmuş qərarlar qərarın özündə göstərilən vaxtdan, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi barədə qərarlar dərc olunduğu gündən qüvvvəyə minir.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin