Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi


III bölmə – “Qeyri-normativ hüquqi aktlar”



Yüklə 0,73 Mb.
səhifə59/61
tarix13.12.2023
ölçüsü0,73 Mb.
#175881
1   ...   53   54   55   56   57   58   59   60   61
DEVdR3Vob0xy97cUnAKQBSERK0f3jUI1B4oeBZj2

III bölmə – “Qeyri-normativ hüquqi aktlar”:
“Azərbaycan Respublikası Milli Məclisinin qərarları”;
“Azərbaycan Respublikası Prezidentinin sərəncamları”;
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamları”.
Dövlət Reyestrinə konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə qəbul edilən və ya digər birdəfəlik tətbiq halları üçün nəzərdə tutulan normativ xarakterli aktlar daxil edilmir.
Dövlət Reyestri qeydiyyat informasiya sistemi vasitəsilə elektron variantda və Dövlət Reyestri kitabı vasitəsilə kağız variantda Azərbaycan Respublikasının dövlət dilində aparılır.
Hüquqi aktı qəbul etmiş orqan (qurum) tərəfindən həmin aktın qəbulu üçün müəyyən olunmuş qaydada təsdiq edilmiş aktın digər dilə tərcüməsi mövcud olduqda, Dövlət Reyestrinə müvafiq dildə olan hüquqi akt da daxil edilir.
Hüquqi aktların dövlət sirrini əks etdirən ayrı-ayrı müddəaları Dövlət Reyestrinin elektron variantında və Dövlət Reyestrinin toplusunda dərc edilmir.
Ayrı-ayrı müddəaları dövlət sirrini əks etdirən hüquqi aktlar istisna olmaqla, natamam hüquqi aktların Dövlət Reyestrinin elektron variantında və Dövlət Reyestrinin toplusunda dərc edilməsinə yol verilmir.
Dövlət Reyestrinə daxil edilmiş hüquqi aktların mətnləri rəsmi dərc edilmiş hüquqi aktların mətnləri ilə birgə istinad üçün rəsmi mənbə hesab olunur.
Dövlət Reyestrinə daxil edilmiş və rəsmi dərc edilmiş hüquqi aktların mətnləri arasında ziddiyyət olarsa, Dövlət Reyestrinə daxil edilmiş hüquqi aktın mətninə üstünlük verilir.
Dövlət Reyestrinə daxil edilmək üçün təqdim olunan hüquqi aktlar “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun, həmçinin ayrı-ayrı hüquqi aktların hazırlanması və qəbuluna dair müəyyən edilmiş qaydaların tələblərinə uyğun olmalıdır.
Hüquqi aktlar onları qəbul etmiş dövlət orqanı tərəfindən Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək məqsədi ilə həmin aktların qəbul edildiyi gündən üç gün keçənədək göndərilir.
Nizamnamə, əsasnamə, təlimat, reqlament, qayda və norma nəzərdə tutan digər aktlar onları təsdiq edən aktla birgə təqdim olunur.
Hüquqi aktlar kağız daşıyıcıda onların əslinin həqiqi surəti formasında və eyni zamanda elektron daşıyıcıda mətn faylları formasında birgə təqdim edilir.
Hüquqi Aktların Dövlət Reyestrinə hüquqi aktın növü,qəbul edildiyi tarix, qeydiyyat nömrəsi,adı,qanun,fərman və Nazirlər Kabinetinin qərarlarının rəsmi dərc edildiyi mənbə; qüvvəyə minmə tarixi,Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu (kodları), Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix kimi rekvizitlər daxil edilir.
Hüquqi akt barədə məlumat, onu təqdim edən orqan (qurum), aktın növü, qəbul edildiyi tarix, qeydiyyat nömrəsi və adı göstərilməklə Dövlət Reyestrinin qeydiyyat jurnalının kağız və elektron formalarında qeydiyyata alınır.
Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları müşayiət məktubu olmadan, onları qəbul etmiş orqan (qurum) tərəfindən Dövlət Reyestrinə təqdim olunur və Ədliyyə Nazirliyinə daxil olduğu gündən sonrakı iş günü ərzində Dövlət Reyestrinə daxil edilir.
Qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları rəsmi dərc edildikdən sonra Dövlət Reyestrinin elektron variantında dərc edilir.
Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları və normativ xarakterli aktlar (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları istisna olmaqla) onları qəbul etmiş orqanın (qurumun) rəhbəri, o olmadıqda isə onun vəzifəsini icra edən müavini tərəfindən imzalanmış müşayiət məktubu ilə birgə Dövlət Reyestrinə təqdim edilir. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına və normativ xarakterli aktlara “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 51.1-ci maddəsinə müvafiq olaraq tərtib edilmiş məcburi hüquqi ekspertizanın rəyi əlavə olunur.Həmçinin həmin hüquqi aktların razılaşdırılması Azərbaycan Respublikasının qanunvericiliyi ilə məcburi olduqda, habelə hüquqi aktda Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada digər orqanla (qurumla) bağlı normativ göstərişlər və (və ya) tapşırıqlar olduqda, həmin hüquqi akt əlaqədar orqanla (qurumla) razılaşdırılaraq Dövlət Reyestrinə təqdim edilir.
Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları və normativ xarakterli aktlar (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları istisna olmaqla) Ədliyyə Nazirliyinə daxil olduğu gündən yeddi iş günü müddətində Dövlət Reyestrinə daxil edilmək üçün qəbulundan imtinaya əsas olub-olmamasına dair yoxlanılır. Yoxlama aparılarkən hüquqi aktlar məcburi hüquqi ekspertizadan keçirilir. Məcburi hüquqi ekspertizanın rəyi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 51.1-ci maddəsinə müvafiq olaraq tərtib edilməlidir. Dövlət Reyestrinə daxil edilmək üçün qəbulundan imtinaya əsas aşkar edilməzsə Dövlət Reyestrinə daxil edilir. Gün ərzində Dövlət Reyestrinə daxil edilmiş hüquqi aktlar növbəti gün saat 00.00-da Dövlət Reyestrinin elektron variantında dərc edilir.
Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları və normativ xarakterli aktlar, həmin aktlarda onların qüvvəyə minməsinin daha gec müddəti nəzərdə tutulmadıqda, Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. Hüququn analo­gi­ya­sın­dan və ya qanunun analogiyasından istifadə olunması haqqında Azər­bay­can Respublikası Konstitusiya Məhkəməsinin qərarı Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
Dövlət Reyestrinə daxil edilmiş hüquqi akta xüsusi alqoritm əsasında vahid və təkrarlanmayan Dövlət Reyestrinin qeydiyyat nömrəsi verilir.
Dövlət Reyestrinə daxil edilmiş hüquqi aktın Dövlət Reyestrinin qeydiyyat nömrəsi, Dövlət Reyestrinə daxil edilmək üçün qəbulundan imtina olunmuş hüquqi akt barəsində isə imtinanın əsası Dövlət Reyestrinin qeydiyyat jurnalında göstərilir.
Yeni hüquqi aktın qəbulu ilə əlaqədar olaraq, Dövlət Reyestrinə əvvəllər daxil edilmiş hüquqi aktlarda zəruri hallarda müvafiq dəyişikliklər edilir. Dövlət Reyestrinə daxil edilmiş hüquqi aktların ləğv edilmiş və ya qüvvədən düşmüş hesab edilmiş struktur elementləri aktlardan çıxarılır, hüquqi aktlar qüvvəsini itirdikdə isə bu barədə müvafiq qeyd edilir.Dəyişikliklər edilmiş, ləğv edilmiş və ya qüvvədən düşmüş hüquqi aktlar üzrə Hüquqi Aktların Dövlət Reyestrinə həmin aktlarda dəyişikliklər etmiş, onları ləğv etmiş və ya qüvvədən düşmüş hesab etmiş hüquqi aktın rekvizitləri, habelə Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi və hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmə tarixi göstərilməklə müvafiq qeyd daxil edilir.
Dövlət Reyestrinə daxil edilmiş hüquqi aktın kağız və elektron daşıyıcıları Dövlət Reyestrinin strukturuna uyğun olaraq onun arxivində daimi saxlanılır.
Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilən məlumatlar 3 ayda bir dəfə toplu şəklində dərc edilməlidir

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin