Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi


Fəsil 9. HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ



Yüklə 0,73 Mb.
səhifə58/61
tarix13.12.2023
ölçüsü0,73 Mb.
#175881
1   ...   53   54   55   56   57   58   59   60   61
DEVdR3Vob0xy97cUnAKQBSERK0f3jUI1B4oeBZj2

Fəsil 9. HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
Dövlət Reyestri Azərbaycan Respublikasında qəbul edilən normativ hüquqi aktları, normativ xarakterli aktları, Azərbaycan Respublikası Milli Məclisinin qərarlarını, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamlarını, həmçinin onların rekvizitlərini əks etdirən dövlət informasiya ehtiyatıdır.
Hüquqi aktların Dövlət Reyestrinə daxil edilməsi - qəbul edilmiş hü­quqi aktların “Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında” Əsas­na­mə­də müəyyən edilmiş qaydada Dövlət Reyestrinə daxil edilməsi, habelə əvvəllər Dövlət Reyestrinə daxil edilmiş hüquqi aktlarda dəyişikliklərin edilməsi və onların qüvvəsinin itirilməsi ilə bağlı fəaliyyətdir.
Hüquqi Aktların Dövlət Reyestri aşağıdakı bölmələrdən və fəsillərdən ibarətdir:


I bölmə – “Normativ hüquqi aktlar”:
1-ci fəsil – “Azərbaycan Respublikasının Konstitusiyası, referendum aktları və konstitusiya qanunları;
2-ci fəsil – “Azərbaycan Respublikasının qanunları”;
3-cü fəsil – “Azərbaycan Respublikası Prezidentinin fərmanları”;
4-cü fəsil – “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları”;
5-ci fəsil – “Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları”.


II bölmə – “Normativ xarakterli aktlar”:



  • “Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərinə və IV hissəsinə əsasən qəbul edilmiş və hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə olunması haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları”;

  • “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarları, təlimatları və izahları”;

  • “maliyyə bazarları tənzimləyicisinin qərarları”;

  • “Məhkəmə-Hüquq Şurasının qərarları”;

  • “Milli Televiziya və Radio Şurasının qərarları”;

  • “Yerli özünüidarə orqanlarının qərarları”;

  • “Yerli icra hakimiyyəti orqanlarının qərarları”.




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin