Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi


Hüquqi Aktların Dövlət Reyestrinin



Yüklə 0,73 Mb.
səhifə55/61
tarix13.12.2023
ölçüsü0,73 Mb.
#175881
1   ...   51   52   53   54   55   56   57   58   ...   61
DEVdR3Vob0xy97cUnAKQBSERK0f3jUI1B4oeBZj2

Hüquqi Aktların Dövlət Reyestrinin
qeydiyyat nömrəsi 24201907080001


Hüquqi aktın Hüquqi Aktların
Dövlət Reyestrinə daxil edildiyi tarix 17.07.2019

Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun 12.0.1-ci və 12.0.13-cü maddələrini rəhbər tutaraq, Məhkəmə-Hüquq Şurası


Q Ə R A R A A L I R:

  1. Məhkəmə-Hüquq Şurasının 2005-ci il 11 mart tarixli qərarı ilə təsdiq edilmiş “Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları”na aşağıdakı məzmunda 3.36-1-ci bənd əlavə edilsin:

“3.36-1. İnformasiya-kommunikasiya texnologiyalarının yeni imkanlarının və mütərəqqi üsulların tətbiqi, namizədlər üçün daha şəffaf və əlverişli şəraitin yaradılması məqsədilə yazılı imtahanın birinci fazasının keçirilməsi bu Qaydaların 3.9-3.12, 3.15, 3.17, 3.21, 3.25, 3.34 və 3.36-cı bəndlərinin tələbləri gözlənilməklə Hakimlərin Seçki Komitəsi tərəfindən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin razılığı ilə həmin quruma həvalə edilə bilər. Bu halda sualların hazırlanması və ekspertizası, imtahanın kompüter vasitəsilə keçirilməsi və onun nəticələrinə dair arayışın dərhal namizədə təqdim edilməsi, habelə imtahanla bağlı digər təşkilati tədbirlərin görülməsi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş qaydada təmin olunur.”.
2. Məhkəmə-Hüquq Şurasının Aparatı (C.Hüseynov) “Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları”nı bu dəyişikliklə birlikdə Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim etsin.
Sədr Fikrət Məmmədov


Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının normativ xarakterli aktları Milli Televiziya və Radio Şurası tərəfindən qəbul edilmiş, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulan rəsmi sənəddir.
Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 4.1.5-ci maddəsinə uyğun olaraq, Milli Televiziya və Radio Şurasının normativ xarakterli aktları kollegial qaydada, qərarlar formasında qəbul edilir.
Normativ xarakterli aktın layihəsi hazırlanarkən layihənin işlənib hazırlanması zərurəti əsaslandırılmalı, bu aktların qəbul edilməsinin məqsədi, əsas müddəalarının və qüvvədə olan qanunvericilik sistemində onların yerinin xarakteristikasını əks etdirən konsepsiya da hazırlanaraq layihəyə əlavə edilməlidir.
Milli Televiziya və Radio Şurası normativ xarakterli aktın layihəsini aidiyyəti struktur bölmələrinin iştirakı ilə hazırlaya, habelə layihələrin hazırlanmasına müvafiq mütəxəssisləri cəlb edə, bunun üçün xüsusi yaradılmış işçi qruplarına tapşırıq verə bilər.
Normativ xarakterli aktın layihəsi mütləq Milli Televiziya və Radio Şurasının Aparatının hüquq xidməti ilə razılaşdırılmalıdır.
Milli Televiziya və Radio Şurasının normativ xarakterli aktlarının layihələrinin razılaşdırılması qanunvericiliklə məcburi olduqda, habelə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının aktında digər dövlət orqanları ilə bağlı müddəalar olduqda, layihə həmin dövlət orqanları ilə razılaşdırılmalıdır.
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının normativ xarakterli aktları Şura tərəfindən qəbul edilir və sədri tərəfindən imzalanır.


Yerli icra hakimiyyəti və yerli özünüidarə orqanlarının ( bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır) normativ xarakterli aktları onlar tərəfindən qəbul edilmiş, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulan müəyyən formalı rəsmi sənəddir.
Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin V hissəsinə uyğun olaraq, yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd olmayan normativ xarakterli aktlar qəbul edə bilərlər.
Yerli icra hakimiyyəti orqanlarının qəbul etdikləri normativ xarakterli aktların icrası onun ərazisində yaşayan fiziki şəxslər və onun ərazisində yerləşən hüquqi şəxslər üçün məcburidir.
Azərbaycan Respublikası Konstitusiyasının 150-ci maddəsinin I hissəsinə uyğun olaraq, bələdiyyələrin qəbul etdikləri aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) zidd olmamalıdır.
Bələdiyyələrin qəbul etdiyi aktın icrası onun ərazisində yaşayan vətəndaşlar və onun ərazisində yerləşən hüquqi şəxslər üçün məcburidir.
Yerli icra hakimiyyəti və yerli özünüidarə orqanlarının normativ xarakterli aktları qərar formasında qəbul edilir.
Yerli icra hakimiyyəti orqanları normativ xarakterli aktların layihələrini müvafiq struktur bölmələrinin iştirakı ilə müstəqil surətdə hazırlaya və ya layihənin hazırlanmasına müvafiq mütəxəssisləri cəlb edə, bunun üçün xüsusi yaradılmış müvəqqəti komissiyalara və ya işçi qruplarına tapşırıq verə bilərlər.



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin