Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi


Normativ hüquqi aktların kolliziyası. Qanunvericilikdə boşluqlar



Yüklə 0,73 Mb.
səhifə8/61
tarix13.12.2023
ölçüsü0,73 Mb.
#175881
1   ...   4   5   6   7   8   9   10   11   ...   61
DEVdR3Vob0xy97cUnAKQBSERK0f3jUI1B4oeBZj2

Normativ hüquqi aktların kolliziyası. Qanunvericilikdə boşluqlar.

Normativ hüquqi aktların kolliziyası və qanunvericilikdə olan boşluqlar normayaratma fəaliyyəti zamanı rast gəlinən tipik problemlərdəndir.


Hüquq ədəbiyyatına əsasən normativ hüquqi aktların kolliziyası dedikdə ictimai münasibətləri tənzimləyən normativ hüquqi aktlarda olan ziddiyyət başa düşülür. Belə ziddiyyətin mahiyyəti ondan ibarətdir ki, oxşar və ya eyni ictimai münasibətləri tənzimləyən iki və ya daha çox hüquq norması mövcud olduğu halda, onlardan birinin tətbiqi digərlərinin tətbiq edilməsini istisna edir. Normativ hüququ aktların kolliziyası bir sıra səbəblərlə, o cümlədən qanunvericilik sisteminin mürəkkəbliyi və çoxşaxəliliyi ilə izah edilir. Normativ hüquqi aktların kolliziyasına demək olar ki, bütün hüquq sistemlərində təsadüf olunur ki, bu faktor kolliziyaların həlli üçün müxtəlif mexanizmlərin formalaşdırılmasını şərtləndirmişdir.
Milli qanunvericiliyin tətbiqində yaranan normativ hüquqi aktların kolliziyasının həlli qaydaları Konstitusiya Qanununun 10-cu, bu kolliziyaların aradan qaldırılması üsulları isə həmin Qanunun 12-ci maddəsində nəzərdə tutulmuşdur.
Konstitusiya Qanunun 12-ci maddəsinə əsasən normativ hüquqi aktların kolliziyası normativ hüquqi aktın ləğv edilməsi, normativ hüquqi aktda dəyişikliklər edilməsi, normativ hüquqi aktların məcəllələşdirilməsi yolu ilə aradan qaldırılır.
Normativ hüquqi aktların kolliziyasına yol verməmək məqsədi ilə yeni normativ hüquqi aktın qəbul olunması ilə əlaqədar ləğv edilməli, dəyişikliklər edilməli olan normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahısı həmin normativ hüquqi aktın yekun müddəalarında və ya əlavəsində əks etdirilməlidir.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi normativ hüquqi aktın şərhi ilə bağlı qəbul etdiyi qərarında normativ hüquqi aktların kolliziyasını təsdiqləyərsə, həmin kolliziyanı aradan qaldırmaq məqsədi ilə ya normativ hüquqi akt ləğv edilməli, ya normativ hüquqi aktda dəyişikliklər edilməli, ya normativ hüquqi aktların məcəllələşdirilməsi həyata keçirilməlidir.
Hüquq nəzəriyyəsinə əsasən qanunvericilikdə boşluq qanunun normasında lazimi qanuni tənzimləmənin edilməməsidir. Belə boşluq qanunverici orqan tərəfindən, adətən məqsədli şəkildə deyil, qərəzsiz buraxılır. Konstitusiya Qanununa əsasən qanunvericilikdə boşluqlar dedikdə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının olmaması başa düşülür. Milli qanunvericiliyə əsasən qanunvericilikdə boşluqlar aşkar edildikdə 2 qaydadan istifadə oluna bilər



Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir ki, bu qanunun analogiya üzrə tətbiqi hesab olunur.
Hüququn analogiyasından konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarını tapmaq mümkün olma­dıqda istifadə edilir. Bu zaman Azərbaycan Respublikasının Kons­ti­tu­si­ya­sında və qanunlarda təsbit edilmiş hüququn konkret sahələrinə aid prinsiplərdən və hüququn ümumi prinsiplərindən istifadə olunur. Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.
Cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olun­ma, hüquqların məhdudladırılması və vəzifələrin müəyyən edilməsi hallarında qanun və hüququn analogiyası istisna edilir.
Hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə olunması haq­q­ında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azər­bay­can Respublikasının Hüquqi aktların Dövlət Reyestrinin elektron vari­an­tın­da dərc edildiyi gündən qüvvəyə minir.
Konstitusiya Qanununa əsasən, qanunvericilikdə boşluqlar zahiri xarakter daşıdıqda, normativ tənzimləmə zərurəti olmadıqda, normativ tənzimləmə qanunla qadağan olunduqda, eləcə də, normativ tənzimləmə mövcud olduqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz.
Milli qanunvericiliyə görə boşluqlar, eyni zamanda normativ hüquqi aktların kolliziyaları aşkar olunduqda normayaratma orqanı onları aradan qaldırmalı, digər səlahiyyətli orqanlar (şəxslər) isə səlahiyyətli orqanlara müvafiq normativ hüquqi aktlarda dəyişikliklər edilməsi və ya onların ləğv edilməsi barədə təkliflər verməlidirlər.



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin