Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi


Normativ hüquqi aktın layihəsinin hazırlanmasına



Yüklə 0,73 Mb.
səhifə11/61
tarix13.12.2023
ölçüsü0,73 Mb.
#175881
1   ...   7   8   9   10   11   12   13   14   ...   61
DEVdR3Vob0xy97cUnAKQBSERK0f3jUI1B4oeBZj2

Normativ hüquqi aktın layihəsinin hazırlanmasına:



  • normayaratma təşəbbüsünə baxılması və layihənin hazırlanması üzrə qərarın qəbul edilməsi;

  • layihənin hazırlanmasının təşkilati-texniki və maliyyə təminatı;

  • zəruri materialların və məlumatların toplanması;

  • layihənin konsepsiyasının hazırlanması;

  • layihənin mətninin tərtib edilməsi;

  • layihənin razılaşdırılması;

  • hüquqi, linqvistik, maliyyə və digər zəruri ekspertizaların keçirilməsi daxil edilə bilər.




Normativ hüquqi aktın layi­hə­si müvafiq dövlət orqa­nının hüquq xid­mə­ti­nin müt­ləq iştirakı ilə hazır­lanır.
Normayaratma orqanı normativ hüquqi aktın layihəsinin hazırlanmasını müstəqil surətdə həyata keçirə və ya normayaratma təşəbbüsünün digər subyektinin səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin subyektə tapşıra bilər, habelə layihənin hazırlanmasına müvafiq mütəxəssisləri cəlb edə, bunun üçün xüsusi yaradılmış müvəqqəti komissiyalara və ya işçi qruplarına tapşırıq verə bilər. Normativ hüquqi aktın layihəsi müvafiq dövlət orqanının hüquq xidmətinin mütləq iştirakı ilə hazırlanır.
Normativ hüquqi aktların layihələri tərtib edilərkən daxilən uzlaşdırılmalı, mən­tiq­­li qurulmalı və normayaratma texnikasına uyğun olmalıdır.
Normativ hüquqi aktın normaları ifadə edilərkən həm həddindən artıq ümumi­ləş­di­ril­miş, həm də həddindən artıq təfərrüatlı ifadələrə, eləcə də eyni məsələ ilə bağlı normativ göstərişlərin təkrarlanmasına və onların çoxluğuna yol verilməməlidir.
Normativ hüquqi aktın (onun struktur elementinin) adı - yığcam olmalı, aydın ifadə edilməli və həmin aktın (struktur elementinin) əsas mahiyyətini əks etdirməlidir.
Normativ hüquqi aktın mətnində əvvəl ümumi, sonra isə daha konkret müddəalar yerləşdirilir.
Normativ hüquqi aktın növü (Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin Fərmanı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı və s.), hüquqi tənzimləmə predmetini və əsas mahiyyətini əks etdirən adı (sərlövhəsi), aktın qəbul edildiyi tarix, yer və qeydiyyat nömrəsi, müvafiq normativ hüquqi aktı rəsmi imzalamaq səlahiyyətinə malik olan şəxsin adı, soyadı, vəzifəsi və imzası normativ hüquqi aktın məcburi rekvizitləridir.
Preambula, bölmə, fəsil, maddə, hissə, bənd, yarımbənd və abzas normativ hüquqi aktın struktur elementləridir.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin