Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi


Normativ hüquqi aktın razılaşdırılması



Yüklə 0,73 Mb.
səhifə14/61
tarix13.12.2023
ölçüsü0,73 Mb.
#175881
1   ...   10   11   12   13   14   15   16   17   ...   61
DEVdR3Vob0xy97cUnAKQBSERK0f3jUI1B4oeBZj2

Normativ hüquqi aktın razılaşdırılması iki vasitə ilə həyata keçirilir;

  • dövlət orqanı tərəfindən mövcud irad və təkliflər əsaslandırılmaqla və ya təklif edilən normativ göstərişlərlə razılaşmadıqda, normativ hüquqi aktın layihəsi və ya onun ayrıca struktur elementi normayaratma texnikasının müəyyən edilmiş qaydalarına uyğun əlavə olunmaqla müvafiq layihəyə dair yazılı formada razılığın verilməsi və verilməməsi;

  • dövlət orqanının rəhbəri tərəfindən normativ hüquqi aktın layihəsinin vizalanması (ona dair irad və təkliflər olduqda onları əsaslandırmaqla və normativ hüquqi aktın layihəsi və ya onun ayrıca struktur elementinin təklif edilən redaksiyası normayaratma texnikasının müəyyən edilmiş qaydalarına uyğun əlavə edilməklə).



Baş Prokurorluğa daxil olmuş layihəyə viza verilməsi üçün hazırlanmış arayışın nümunəsi

A R A Y I Ş
Azərbaycan Respublikasının Nazirlər Kabinetindən “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 19 fevral 2019-cu il tarixli 1511-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 627 nömrəli Fərmanının 1.1.4-cü yarım bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmış “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirindən istifadənin digər hallarına dair təkliflər” layihəsi viza verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna daxil olmuşdur.
“Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 19 fevral 2019-cu il tarixli 1511-VQ nömrəli Qanununun 7.2-ci maddəsində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirindən istifadənin digər hallarının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilməsi nəzərdə tutulmuşdur.
Qanunun tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 627 nömrəli Fərmanının1.1.4-cü yarımbəndində Qanunun 7.2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirindən istifədənin digər hallarına dair təkliflərin hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tapşırığı qoyulmuşdur.
“Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirindən istifadənin digər hallarına dair təkliflər” layihəsində milli operatorun poçt qutularında, bələdiyyələrin regional assosiasiyasının möhüründə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsinin blankında, Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemində, müvafiq hüquqi aktla təsdiq edilmiş təsis sənədlərində nəzərdə tutulduğu hallarda dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin sənəd blanklarında və möhürlərində, hərbi və hüquq -mühafizə orqanlarının xidməti geyim forması və fərqləndirmə nişanlarında, əmək kitabçasında və əmək kitabçasına əlavə içlikdə, dövlət sirri təşkil edən məlumatları alan təşkilatın nümayəndələrinə verilən etibarnamədə, liman kabitanının möhüründə, dövlət orqanlarının internet səhifələrində Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirindən istifadə edilməsi təklif edilmişdir.
Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetindən daxil olmuş “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirindən istifadənin digər hallarına dair təkliflər” layihəsinə vizanın verilməsi məqsədəmüvafiqdir.



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin